Icma.az
close
up
RU
Diplomları tanınmayan universitetlərin SİYAHISI AÇIQLANDI FOTO

Diplomları tanınmayan universitetlərin SİYAHISI AÇIQLANDI FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müraciətlərin təhlili onu göstərir ki, vətəndaşlarımızın bir hissəsi xarici ölkələrdə təhsil alarkən aidiyyəti qurum tərəfindən yerli akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan təhsil müəssisələrində təhsil alır.

Milli.Az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumatda deyilib.
Bildirilib ki, qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir.

Eyni zamanda bildirilib ki, xaricdə əldə olunan kvalifikasiyaların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün TKTA-ya edilən müraciətlərin ekspertizası nəticəsində Qaydaların 4-cü maddəsində qeyd olunan tanınma üzrə ümumi tələblərə cavab verməyən və ən çox imtina alan universitetlərin siyahısı müəyyən olunub.

Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir.

Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır:

Akkreditasiyasız ali təhsil müəssisəsi;
Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;
Dövlət nümunəli olmayan diplom;
Təhsil forması;
Tədris yükünün normativdən az olması;

Xarici ölkələrdə təhsil almaq istəyən vətəndaşlarımıza seçdikləri ali təhsil müəssisəsinin yerli akkreditasiyasının və lisenziyasının olmasını bu keçiddən istifadə etməklə yoxlamalarını, eləcə də TKTA-ya edilən müraciətlər əsasında tərtib edilən ən çox imtina almış universitetlərə xüsusi diqqət yetirmələrini tövsiyə edirik.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Sözügedən Qaydaların 4-cü maddəsinin 4.1.1-ci yarımbəndi (müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması) tanınma üçün başlıca şərtlərdəndir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri