Icma.az
close
up
RU
Diplomları tanınmayan və ən çox imtina alan universitetlərin SİYAHISI

Diplomları tanınmayan və ən çox imtina alan universitetlərin SİYAHISI

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müraciətlərin təhlili onu göstərir ki, vətəndaşlarımızın bir hissəsi xarici ölkələrdə təhsil alarkən aidiyyəti qurum tərəfindən yerli akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan təhsil müəssisələrində təhsil alır.

Lent.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumatda deyilib.

Bildirilib ki, qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir.

Eyni zamanda bildirilib ki, xaricdə əldə olunan kvalifikasiyaların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün TKTA-ya edilən müraciətlərin ekspertizası nəticəsində Qaydaların 4-cü maddəsində qeyd olunan tanınma üzrə ümumi tələblərə cavab verməyən və ən çox imtina alan universitetlərin siyahısı müəyyən olunub.

Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir.

Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır:

Akkreditasiyasız ali təhsil müəssisəsi;
Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;
Dövlət nümunəli olmayan diplom;
Təhsil forması;
Tədris yükünün normativdən az olması;

Xarici ölkələrdə təhsil almaq istəyən vətəndaşlarımıza seçdikləri ali təhsil müəssisəsinin yerli akkreditasiyasının və lisenziyasının olmasını bu keçiddən istifadə etməklə yoxlamalarını, eləcə də TKTA-ya edilən müraciətlər əsasında tərtib edilən ən çox imtina almış universitetlərə xüsusi diqqət yetirmələrini tövsiyə edirik.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Sözügedən Qaydaların 4-cü maddəsinin 4.1.1-ci yarımbəndi (müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması) tanınma üçün başlıca şərtlərdəndir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Noyabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri