Diplomların təsdiqi üçü daha notariusa getmək lazım olmayacaq Elçin Süleymanov
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Təhsil sənədlərinin rəqəmsallaşdırılması və rəqəmsal şəkildə tətbiqi mütərəqqi bir addımdır. Eyni zamanda bu, sənəd sahibləri üçün müəyyən notarius təsdiqi xərclərinin azalması deməkdir. Çünki müxtəlif qurumlara müraciət edilərkən diplomların "əsli ilə düzdür" mövzusunda notarius təsdiqi tələb olunurdu. İndi isə artıq QR kod vasitəsilə istənilən dövlət qurumu sənədi yoxlaya biləcək".
Bu fikirləri Redaktor.az-a təhsil haqqında sənədlərin elektron formada verilməsindən danışan təhsil eksperti Elçin Süleymanov bildirdi.
Müsahibimiz əlavə etdi ki, bunun ikinci müsbət cəhəti saxta diplomların qarşısının alınmasıdır:
"Sənədlərin mərkəzi bazada yoxlanılması bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə tətbiq olunur. Burada əsas məsələ kibertəhlükəsizlik, dövlət sənədlərinin və məlumat bazalarının qorunmasıdır. Başqa bir nüans da ondan ibarətdir ki, təbii olaraq diplomun müəyyən nostalji dəyəri var. Məzun diplomunu çərçivələyib iş masasının üzərinə qoya və ya müxtəlif yerlərdə fərqli formada təqdim edə bilər. Bu, artıq şəxsi istək məsələsidir və diplom istənilən şəkildə – həm rəngli, həm də sənəd formasında ola bilər".
Onun sözlərinə görə, Qərbdə də bir çox universitetlərdə məzun olarkən təqdim olunan diplomlar simvolik xarakter daşıyır.
"Universitetlər məzunlarını məzun proqramlarında bu cür sənədlərlə və ya məzun olduqlarını təsdiqləyən sənədləri xüsusi qovluqlarda təqdim etməklə həmin hissləri də müəyyən mənada qarşılamış olurlar. Lakin rəsmi əməliyyatlarda və sistem üzrə yoxlamalarda “MyGov” sistemində diplomun yer alması bürokratik maneələri, sənəd mübadiləsi zamanı yarana biləcək problemləri aradan qaldırır. Artıq rəqəmsallaşma və sürət dövrüdür və bu proseslər də həmin yanaşmanın tərkib hissəsidir. Ona görə də bu addım həm saxtalaşdırmanın, saxta diplom təqdim edilməsi kimi problemlərin aradan qaldırılması baxımından, həm operativlik, həm də maliyyə baxımından əhəmiyyətlidir. Çünki bəzən diplomun bir neçə yerə təqdim edilməsi üçün bir neçə notarius təsdiqi tələb olunurdu və bu da əlavə xərclər yaradırdı. Düşünürəm ki, bu, mütərəqqi bir addımdır", - deyə Elçin Süleymanov bildirdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















