Icma.az
close
up
RU
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri Maraqlı STATİSTİKA

Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri Maraqlı STATİSTİKA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali təhsil illərdir “təhlükəsiz gələcək” vədi kimi təqdim olunmasına baxmayaraq, universiteti bitirdikdən sonra əmək bazarında yer tapa bilməyən gənclərin sayı azalmaq əvəzinə artırr. Rəsmi statistik rəqəmlər göstərir ki, diplom artıq məşğulluq təminatı rolunu oynamır.
Bu mənzərə bir tərəfdən ali təhsil müəssisələrinin əmək bazarının real tələbləri ilə nə dərəcədə uzlaşdığı, digər tərəfdən isə məşğulluq və kadr siyasətinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Universitet diplomu əldə etmiş minlərlə gəncin işsizliyi ali təhsilə qoyulan həm dövlət, həm də ailə resurslarının nə dərəcədə səmərəli istifadə olunduğunu yenidən müzakirə mövzusuna çevirir. 
Modern.az saytı Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən, ölkədə fəaliyyət göstərən 34 universitetin işsiz məzunlarının sayını araşdırıb. 
Reytinqə görə, 2018-2022-ci illər ərzində 34 universitetdə 606 ixtisas üzrə təhsil alan 120 min 164 məzunun 56 min 405-i ilk 2 ildə heç bir iş tapa bilməyib. Bu da onu göstərir ki, 5 ildə məzun olanların 46,9 faizi işsizdir. 


Məzunlarının yarıdan çoxu iş tapmayan universitetlər

Ölkə daxilində fəaliyyət göstərən ali təhsil mərkəzlərindən ən çox məzunu işsiz qalan Naxçıvan Müəllimlər İnstitutudur. Belə ki, bu institutda 5 il ərzində məzun olan 1159 nəfərin 63,9 faiz, yəni 741-i işsizdir. 
Siyahıda ikinci gələn dövlət ali təhsil mərkəzi isə paytaxtda yerləşən Bakı Slavyan Universitetidir. Bu universitetdən 5 il ərzində məzun olan 3 min 193 nəfərin 1911-i işsiz olaraq Agentlik tərəfindən qeydiyyata alınıb. Bu da o deməkdir ki, məzunların 59,8 faizi rəsmi şəkildə çalışmır. 
Mingəçevir Dövlət Universitetinin məzunlarının 59,8 faizi işsizdir. Belə ki, bu universitetdən məzun olan 2247 nəfərin 1343-ü oxudğu ixtisası bitirdikdən sonra işlə təmin olunmayıb. 
Məzun sayına görə illlərdir ölkədə lider statusu daşıyan Bakı Dövlət Universitetində 5 il ərzində 19 min 24 nəfər məzun olub ki, onlardan da 10 min 767 nəfər 2 il ərzində iş tapa bilməyib. Bu da ümumi göstəricinin 56,6 % deməkdir. 
Siyahını Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti davam etdirir.
ADPU-nun Şamaxı filialı üzrə işsiz məzunların sayı 263-dür ki, bu da ümumilikdə 54,8 faiz təşkil edir.
Azərbaycan Dövlət Aqrar Universitetindən 5 il ərzində məzun olan 3073 nəfər, ümumilikdə 54,4 faiz işsizdir. 
Naxçıvan Dövlət Universiteti də bu siyahıda yer alır. Belə ki, 5 il ərzində məzun olan 4052 nəfərin 52,1 faizi ali təhsildən sonra iş tapmayıb. 

Məzunlarının yarıdan çoxunun iş tapmadığı növbəti ali təhsil müəssisəsi Azərbaycan İdman Akademiyasıdır. 5 il ərzində idman sahəsində ixtisaslaşan məzunların 50,7 faizi ən azı 2 il ərzində heç bir iş tapmayıb. 

Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi
Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası üzrə 42,9 faiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə 40,3%, Bakı Musiqi Akademiyası üzrə isə 42 faiz məzun ali təhsildən sonra iş tapa bilib. 

Qeyd edək ki, illik təhsil haqqının ən yüksək olduğu ixtisaslar məhz bu ali təhsil mərkəzlərində tədris olunur. Mədəniyyətin müxtəlif sahələri - bəstəkarlıq, dirijorluq, instrumental ifaçılıq və vokal sənəti ixtisaslarına müraciət edə biləcək tələbələrin sayı da azlıq təşkil edir. Bu ixtisaslarda tədris ili üzrə təhsil haqqı 9000 manata qədər təşkil edir ki, onlar da dövlət sifarişlidir. Ödəniş haqqının bu qədər baha olmasına səbəb isə kadr və texniki məsələlərlə bağlıdır.

Region universitetlərində arasında Sumqayıt Dövlət Universitetinin məzunlarının 49,5 faizi, Lənkəran Dövlət Universitetinin məzunlarının 44,7 faizi,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunlarının isə 46,9 faizi 5 il ərzində iş tapa bilməyib.


Özəl universitetlər
Özəl universitetlərin məzunlarının ortalama 46,6 faizi işlə təmin olunmayıb. Bu universitetlər arasında Bakı Qızlar Universiteti liderdir. Belə ki, sadəcə qızların təhsil aldığı bu ali təhsil mərkəzindən 5 ildə məzun olan 961 nəfərin 585-i işsiz qalıb. Bu da ümumi göstəricinin 61 faizini təşkil edir. 


Digər özəl universitetlər üzrə işsiz məzunların göstəriciləri belədir:
Azərbaycan Texnologiya Universiteti – 48,7 faiz, Bakı Mühəndislik Universiteti – 35,5 faiz, Azərbaycan Universiteti – 47,1 faiz, Xəzər Universiteti – 44 faiz, Bakı Avrasiya Universiteti – 46 faiz, Azərbaycan Kooperasiya Universiteti – 47,3 faiz, Qərbi Kaspi Universiteti – 44,3 faiz,  Azərbaycan Texniki Universiteti – 46,8 faiz. 

İşsiz məzunlarının sayı nisbətən az olan dövlət universitetləri:

Azərbaycan Dövlət Pedaqoji Universiteti – 47 faiz;
Azərbaycan Dövlət İqtisad Universiteti – 44,1 faiz;
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 43,4 faiz;
Bakı Biznes Universiteti – 40,2 faiz;
ADA Universiteti – 37,3 faiz;
Dövlət İdarəçilik Akademiyası – 36,2 faiz;
Milli Aviasiya Akademiyası – 36,1 faiz;
Azərbaycan Turizm və Menecment Universiteti – 37,1 faiz;
Azərbaycan Memarlıq və İnşaat Universiteti – 34,8 faiz;
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 33,4 faiz;
Bakı Ali Neft Məktəbi – 24,9 faiz.

Bəs işlə təmin olunanlar harada çalışır?
Əmək bazarında gənc kadrların əsas cəmləşmə nöqtələri pərakəndə ticarət, bank sektoru və xidmət sahələri olub. İşəgötürənlər üzrə məzun sayının “Top-10” siyahısı göstərir ki, ali və orta ixtisas təhsilini başa vuranların əhəmiyyətli hissəsi real sektorun geniş şəbəkəyə malik şirkətlərində iş tapır.

Siyahıya "Araz" Supermarketlər şəbəkəsi başçılıq edir. Şirkət ümumilikdə 1071 məzunu işlə təmin etməklə həm regionlarda, həm də paytaxtda gənclər üçün əsas iş platformalarından biri olub.
İkinci pillədə Kapital Bank qərarlaşıb. Həmin illərdə məzun olan 920 tələbə bu qurumda çalışır.
Təhsil sektoru da siyahıda ilk üçlükdə yer alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 758 məzun işlə təmin olunub.
Dördüncü və beşinci yerlərdə xidmət və telekommunikasiya sahəsi təmsil olunur. Dost İş Mərkəzi 696, "ABC-Telecom" isə 497 məzunu işə cəlb edib.
Bank sektorunda daha bir böyük işəgötürən Unibank olub. 482 məzun bu bankda çalışır.
Pərakəndə ticarət seqmentində Oba Market (451 məzun), ANC Group (448 məzun) və Azərbaycan Supermarket (426 məzun) ardıcıl şəkildə siyahıda yer alıb.  
İlk onluğu "McDonald’s Azərbaycan" tamamlayır. 413 məzun bu şirkətdə müxtəlif işləri görür. 

Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır.
Ümumilikdə işlə təmin olunan məzunların 87,7 faizi özəl, 12,3 faizi isə dövlət sektorunda çalışır. 

P.S: Platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri