DİQQƏT! Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Keçən il Bakıya düşən güclü yağışlardan sonra şəhərin bəzi ərazilərində fərdi evlərin ucuzlaşması davam edir. Küçə və məhəllələrin uzun müddət su altında qalması təkcə infrastruktur problemlərinin yaranması ilə yekunlaşmadı. Bu cür yaşayış massivlərində nəqliyat çatışmazlığı da daşınmaz əmlak bazarına təsisrsiz ötüşmür.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Elnur Azadov Hafta.az-a bildirib ki, subasma hallarının hələ də aktual qalması alıcıları ərazinin xüsusiyyətlərinə görə daha əlverişli seçim aparmağa vadar edir:
“Düzdür, belə bir problemə demək olar ki, Bakı şəhərində heç vaxt bu qədər geniş şəkildə rast gəlinməmişdi. Artıq bu il alıcılar bu istiqamətdə daha diqqətli olublar. Ev almaq istəyənlər çökək ərazilərdə, kanalizasiya olmayan və bu kimi problemlərlə üzləşə biləcəkləri massivlərə maraq göstərmirlər. Həmçinin kommunikasiya xətlərinin, su-kanalizasiya sistemlərinin üzərində yerləşən əmlaklar da indi alıcıların diqqətini demək olar ki, çəkmir. Sözsüz ki, bu, zamanla unudulacaq. Toyuqlu pizza
Məsələn, Türkiyədə zəlzələ baş vermişdi. O zəlzələdən sonra Azərbaycanda da bir neçə ay ərzində yeni tikilən binalarda mənzillərin satışı kəskin azaldı, fərdi evlərə maraq çoxaldı.
Əgər payız-qış aylarında paytaxta düşən yağınıtının miqdarı çoxalmasa, subasma problemləri ötənilki kimi olmasa, yuxarıda qeyd etdiyimiz mənzillərlə bağlı problem tədricən unudulacaq və bu evlərin qiymətində dəyişiklik baş verəcək.”
Elnur Azadovun sözlərinə görə, problemli ərazilərdə satılan əmlaka daha çox bölgələrdən gələn alıcılar maraq göstərirlər, o da onların yağmurlu havlarda bu ərazilərdə yaranan çətinliklərdən tamamilə xəbərsiz olmasından, ya da ki, şəhərin daha əlverişli yerlərində əmlak ala bilmələri üçün büdcələrinin imkan verməməsindən irəli gəlir.
Baxış sayı:150
Bu xəbər 24 Avqust 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















