Diqqət! Bu gecədən...
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gecədən Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Pravda.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
AAYDA sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

