Icma.az
close
up
RU
Psixoloq: Süni intellekt uşaqlarda təxəyyül və diqqət qabiliyyətini zəiflədir

Psixoloq: Süni intellekt uşaqlarda təxəyyül və diqqət qabiliyyətini zəiflədir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Son illərdə süni intellekt demək olar ki, hər bir insanın həyatına inteqrasiya olunub. Lakin psixoloqlar xəbərdarlıq edirlər ki, bu texnologiyadan istifadə zamanı xüsusilə psixoloji gərginlik və ya pozuntu yaşayan şəxslər daha diqqətli olmalıdırlar.

AZƏRTAC-a müsahibəsində psixoterapevt, klinik psixoloq Zöhrə İslamzadə bildirib ki, psixi pozuntular zamanı insanın düşüncələri təhrif olunmuş formada olur, mənfi fikirlər daha çox yer tutur. Süni intellektlə qarşılıqlı ünsiyyət isə bu mənfi düşüncələri daha da möhkəmləndirə bilər. “Süni intellekt empatiya göstərə bilmir və emosional məsuliyyət daşımır. Onun əsas məqsədi qarşısındakını razı salmaq, verdiyi suala uyğun cavab təqdim etməkdir. Nəticədə insanın mənfi düşüncələri daha da güclənir, bu da depressiyanın dərinləşməsinə, hətta özünə zərərvermə fikirlərinin artmasına səbəb ola bilər”, – deyə mütəxəssis qeyd edib.

Zöhrə İslamzadənin sözlərinə görə, süni intellektlə dialoq insana müəyyən rahatlıq gətirsə də, o, real münasibətin yerini vermir. Çünki bu sistem terapiyada istifadə olunan texnikaları, obyektiv yanaşmanı tətbiq edə bilmir və qarşısındakı şəxsin emosional vəziyyətini dəyərləndirmək qabiliyyətinə malik deyil. “Psixoloji dəstək almaq istəyən şəxslərin süni intellektə deyil, ixtisaslı mütəxəssislərə müraciət etməsi daha doğru olardı,” – deyə psixoloq vurğulayıb.

Mütəxəssis qeyd edib ki, xüsusilə uşaqlar, yeniyetmələr və gənclər süni intellektə daha çox maraq göstərirlər. Onlar bu texnologiyanı dost və ya sirdaş kimi qəbul etdikdə, təxəyyül və müstəqil düşünmə qabiliyyətlərinin zəifləməsi, diqqət dağınıqlığı və dopamin sistemində pozulmalar müşahidə oluna bilər. “Uşaqların beyni öyrənməyə və inkişaf etməyə meyillidir. Süni intellekt isə saniyələr içində cavab verərək onları düşünməkdən uzaqlaşdırır. Bu isə səbirsiz, asılı və analitik düşüncədən uzaq nəsil formalaşdıra bilər”, – deyə psixoloq əlavə edib.

Zöhrə İslamzadə valideynlərə, müəllimlərə və psixoloqlara tövsiyə edib ki, uşaqlara süni intellektin insanı əvəz etmədiyini, onun yalnız texnoloji bir vasitə olduğunu izah etsinlər: “Uşaqlara başa salmaq lazımdır ki, süni intellekt nə dost, nə də insan kimi bizi anlayan varlıqdır. Xüsusilə yeniyetməlik dövrünə qədər uşaqları bu texnologiyadan uzaq saxlamaq onların sağlam psixoloji inkişafı üçün vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see203

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see155

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see144

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see143

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see140

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see133

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri