Icma.az
close
up
RU
Dirçələn Zəngilan: zəfərdən böyük qayıdışa doğru

Dirçələn Zəngilan: zəfərdən böyük qayıdışa doğru

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 20-si Azərbaycanın müasir tarixinə şanlı Zəfər səhifələrindən biri kimi qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi təsis edilmişdir. Bu əlamətdar gün həm 30 illik həsrətin sonunu, həm də Zəngilanın yenidən doğuluşunu, cənub darvazamınızın sürətli dirçəlişini təcəssüm etdirir.

Zəngilan torpağı əsrlər boyu zəngin mədəni, dini və tarixi irsi ilə seçilmişdir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati ərazi bölgüsünə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bura daxil olunmuşdu. Lakin 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin təkidi ilə qədim türk torpağı olan Zəngəzurun yuxarı hissəsi Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirildi. Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı.
Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi bolsulu çayların axdığı, zəngin faydalı qazıntıları (qızıl, qara mərmər, tikinti daşı) və füsunkar təbiəti olan Zəngilan rayonu həm də mühüm kənd təsərrüfatı və nəqliyyat infrastrukturu üzərində bərqərar olmuşdu. Zəngilanda 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
1993-cü ilin payızında Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində qəhrəmancasına döyüşdülər. 25-29 oktyabr 1993-cü ildə əhali son anadək vuruşaraq, 235 şəhid və itkin verərək Araz çayını keçməyə məcbur oldu və ölkəmizin 43 rayonunda müvəqqəti məskunlaşdı.
İşğal dövründə düşmən Zəngilanda misilsiz vandalizm aktları törətdi. XVII əsrə aid İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki XIV əsrə aid Səkkizguşəli türbə (Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi), Şərifan abidələri, Qız qalaları, qədim pirlər və ziyarətgahlar vəhişcəsinə dağıdıldı və təhqir olundu. Tarixi Zəngilan şəhər məscidindən işğalçılar tərəfindən tövlə kimi istifadə edilməsi erməni faşizminin iç üzünü bütün dünyaya göstərdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Zəngilan istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi. Oktyabrın 18-də başlayan Zəngilan əməliyyatı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndlər işğaldan azad olundu. Ümumilikdə Zəngilan döyüşləri nəticəsində şəhər, 4 qəsəbə və 49 kənd azad edildi.
Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi tam bərpa olundu. Döyüşlərdə xüsusi igidlik göstərmiş 6974 hərbi qulluqçu Prezidentin sərəncamları ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün Zəngilan Böyük Qayıdışın flaqmanıdır. Zəngilan şəhərində, Ağalı və Məmmədbəyli kəndlərində soydaşlarımızın məskunlaşması sürətlə davam edir. 2026-cı ilin oktyabr tarixinə olan məlumata əsasən, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində 179 ailə doğma yuvalarına qayıtmış, onlar müvafiq iş yerləri ilə təmin olunmuşlar.
Dünyanın ən müasir kəndlərindən biri hesab edilən Ağalı “Ağıllı kənd” layihəsi ekoloji baxımdan tam təmiz “yaşıl” texnologiyalar və bərpa olunan enerji mənbələri, Arximed turbinli su elektrik stansiyası, günəş panelləri və kollektorları üzərində qurulub. Kənddə GPON fiber-optik internet, Tele-səhiyyə, E-təhsil, “ASAN” və “DOST” xidmətləri sakinlərə yüksək rifah bəxş edir.
Nazirlər Kabinetinin təsdiq etdiyi “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq şəhərdə çoxmənzilli yaşayış kompleksləri, sosial obyektlər və məktəblər inşa edilir. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi bərpa olunmuş, yanında yeni möhtəşəm ibadət evi ucaldılmışdır.
Zəngilan həm də regional və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm mərkəzidir. İstifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı, təməli qoyulmuş Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və avtomobil yolu Zəngəzur dəhlizinin əsasını təşkil edir.
Eyni zamanda, Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” pilot kənd təsərrüfatı kompleksi regionda müasir maldarlıq, toxumçuluq və bitkiçiliyin inkişafına, “Made in Qarabağ” brendinin dünya bazarına çıxarılmasına böyük töhfə verir. Regionun turizm potensialı da sürətlə genişlənir. “Ağalı” hoteli, Zəngilan İstirahət Kompleksi və təməli qoyulmuş “Zangilan City Park Hotel” qonaqları qəbul etməyə hazırlaşır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad Zəngilana dəfələrlə etdiyi səfərlər, təməlqoyma və açılış mərasimləri bu torpağın hər bir qarışına dövlətimizin göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Zəngilana qayıdan həyat bütövlükdə Azərbaycanın gücünün, iradəsinin və parlaq gələcəyinin təcəssümüdür.

Anar Məmmədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri