Icma.az
close
up
RU
Dirçələn Füzuli: Tarixi Zəfərdən Böyük Qayıdışın parlaq üfüqlərinə

Dirçələn Füzuli: Tarixi Zəfərdən Böyük Qayıdışın parlaq üfüqlərinə

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

​Füzuli torpağı Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və strateji coğrafi mövqeyi ilə həmişə xüsusi əhəmiyyət kəsb edən mühüm yaşayış məskənlərimizdən biri olmuşdur. Qarabağ xanlığının vacib iqtisadi və inzibati mərkəzlərindən sayılan bu bölgə asrlər boyu zəhmətkeş insanları, yetişdirdiyi görkəmli şəxsiyyətləri, elmi və mədəni xadimləri ilə ölkəmizin tərəqqisinə böyük töhfələr vermişdir. Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın azğınlaşmış təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun böyük bir hissəsi işğala məruz qaldı. Otuz ilə yaxın davam edən bu ağır işğal dövründə doğma yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə füzulili məcburi köçkünlük həyatı yaşamağa məhkum edildi. Şəhər və kəndlərimiz xarabazara çevrildi, tarixi, dinı və mədəni abidələrimiz vandalizmə məruz qalaraq yerlə-yeksan edildi. Lakin bütün bu çətinliklərə və iztirablara baxmayaraq, Füzuli əhalisinin doğma torpağa olan sevgisi, inamı və Azərbaycan dövlətinin sarsılmaz iradəsi heç vaxt sönmədi. Ümummilli Lider Heydər Əliyevin başladığı dövlətçilik xətti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqı hər zaman öz torpaqlarına qayıdacağı günü böyük ümidlə gözlədi.

​2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı və parlaq səhifəsini yazdı. Bu tarixi döyüşlərdə Füzuli uğrunda gedən əməliyyatlar hərbi nöqteyi-nəzərdən müharibənin taleyini həll edən mühüm əhəmiyyət kəsb edən döyüşlər kimi tarixə həkk olundu. Düşmənin uzun illər boyunca möhkəmləndirdiyi, keçilməz hesab etdiyi bir neçə qatdan ibarət "Onyal səddi" rəşadətli Azərbaycan Ordusu tərəfindən böyük şücaət, peşəkarlıq və qəhrəmanlıqla darmadağın edildi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müjdəsi Qarabağın tam azadlığına gedən yolda həlledici dönüş nöqtəsi oldu. Bu şanlı qələbə yalnız hərbi zəfər deyil, həm də illər boyu tapdalanmış milli qürurumuzun, ədalətin və bütövlüyümüzün bərpası idi. Məhz bu tarixi günü əbədiləşdirmək məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə 17 Oktyabr – Füzuli şəhəri günü kimi təsbit olundu və hər il böyük qürur hissi ilə qeyd edilir.

​Zəfərdən sonra qarşıda duran en böyük və təxirəsalınmaz vəzifə işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi və bərpası idi. İşğal dövründə düşmən tərəfindən həyata keçirilən mənfur siyasətin acı nəticəsi olaraq, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına və basdırılma sıxlığına görə en çox çirkləndirilmiş rayon kimi mürəkkəb bir reallıqla üz-üzə qaldı. Hər addımda gizlədilmiş minalar və partlamamış hərbi sursatlar dinc əhalinin təhlükəsizliyinə böyük təhdid yaratmaqla yanaşı, bərpa və quruculuq işlərinin sürətlənməsinə də ciddi maneələr törədirdi. Lakin dövlətimizin qətiyyəti, minatəmizləmə agentliklərimizin gərgin əməyi və müasir texnologiyaların tətbiqi sayəsində Füzuli torpaqları addım-addım bu təhlükədən təmizlənməyə başlandı. Bu mürəkkəb bərpa prosesində Azərbaycan tək qalmadı. Qardaş Qazaxıstan Respublikasının böyük dəstəyi iki ölkə arasındakı sarsılmaz dostluğun, strateji tərəfdaşlığın və türk dünyası həmrəyliyinin parlaq təzahürünə çevrildi. Qazaxıstan tərəfindən Füzulidə müasir standartlara cavab verən Qurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası və istifadəyə verilməsi dost xalqın Azərbaycanın zəfərinə və Böyük Qayıdış prosesinə verdiyi paha biçilməz töhfənin əyani sübutudur.

​Qarabağın və Füzulinin yenidən qurulmasında, müasir infrastrukturun yaradılmasında və Böyük Qayıdışın konseptual əsaslarının qoyulmasında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti və ardıcıl səfərləri müstəsna rol oynayır. İşğaldan azad edildikdən dərhal sonra başlanan misilsiz quruculuq marafonunda Füzuli mühüm nəqliyyat, loqistika və yaşayış mərkəzinə çevrildi. Ölkə Prezidentinin Füzuliyə hər bir səfəri rayonun sosial-iqtisadi həyatında yeni bir mərhələnin təməlini qoydu. 2021-ci il oktyabrın 26-da cəmi 8 ay ərzində rekord müddətdə inşa olunan və "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimi regional inkişafın və Böyük Qayıdışın ilk böyük rəmzlərindən birinə çevrildi.

​Dövlət başçısının regiona mütəmadi səfərləri bərpa işlərinə güclü təkan verdi. 2022-ci il mayın 10-da Füzulidə Peşə Liseyinin təməlqoyma mərasimi keçirildi ki, bu da azad edilmiş ərazilərdə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması baxımından böyük əhəmiyyət kəsb edirdi. Həmin il mayın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq Zəngəzur dəhlizinin vacib tərkib hissəsi olan strateji infrastruktura verilen diqqəti nümayiş etdirdi. Şəhidlərimizin əziz xatirəsinə ehtiramın göstəricisi olaraq 2022-ci il sentyabrın 27-də Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatırə lövhəsini ziyarət etdi. Noyabrın 7-də isə rayon ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq ordumuzun döyüş qabiliyyətinin və təhlükəsizliyinin hər zaman ali diqqətdə saxlanıldığını göstərdi.

​2023-cü ilin may ayı Füzulinin quruculuq salnaməsində xüsusi intensivliyi ilə seçildi. Mayın 5-də ölkə rəhbərinin iştirakı ilə Pirəhmədli və Dədəli kəndlərinin təməlləri qoyuldu, strateji əhəmiyyətli Füzuli-Hadrut avtomobil yolunun açılışı reallaşdırıldı. Həmçinin Füzuli yaşayış kompleksinin tikintisinin gedişi, şəhərin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı, inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq, eləcə də şəhərin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlinin qoyulması Füzulinin necə hərtərəfli, müasir və "ağıllı şəhər" konsepsiyasına uyğun qurulduğunu əyani şəkildə ortaya qoydu.

​Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilən yeni qayğı proqramları və Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində on illər boyu həsrət çəkən keçmiş məcburi köçkünlərimizin, soydaşlarımızın öz doğma yurd-yuvasına mərhələli və təhlükəsiz qayıdışı artıq reallığa çevrilmişdir. Füzuliyə köçürülən sakinlərin müasir, hər cür rahatlıqla təmin olunmuş mənzillərlə, iş yerləri ilə təmin edilməsi, sosial infrastrukturun tam formalaşdırılması dövlətin öz vətəndaşına olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. 2026-cı ilin oktyabrına qədər olan dövrü əhatə edən genişmiqyaslı layihələr sayəsində Füzuli nəinki tamamilə yeniden qurulmuş, həm də bölgənin iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevrilmişdir. Bu gün Füzuli küçələrində uşaq gülüşlərinin eşidilməsi, yeni məktəblərin, müəssisələrin fəaliyyət göstərməsi, müasir yolların və rəqəmsal infrastrukturların qurulması Azərbaycan dövlətinin gücünü, Müzəffər Ali Baş Komandanın yenilməz iradəsini və xalqımızın qurub-yaratmaq əzimini bütün dünyaya nümayiş etdirir.

Səltənət Möhsünlü

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri