Direktor 600 manatlıq hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edib?
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.
Yeniavaz.com xəbər verir ki, səsyazısında bir qrup şəxsin mübahisə etdiyi müşahidə olunur.
Belə ki, Lamiyə İlhamsoy olduğu iddia edilən qadın ona məktəbin müəllimləri tərəfindən ad günündə alınan hədiyyəni “dilənçi payı” adlandırır və özünə yaraşdırmadığını bildirir. Səsyazısında onun həmçinin digərlərini təhqir etdiyi müşahidə olunur.
Məktəbin müəllimləri isə bu mövzunun müzakirəyə açılmasını yanlış hesab etdiklərini bildirirlər.
İddiaya görə direktora alınan və bəyənmədiyi hədiyyə 600 manatlıq zinət əşyası olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələnin araşdırılacağı bildirilib.

Direktor müəllimləri ona verilən hədiyyəyə görə təhqir etdi AÇIQLAMA
02 Mart 2025 10:51
Direktor müəlllimləri təhqir edib? Araşdırma aparılır
01 Mart 2025 19:12
Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədi: Mənə dilənçi payı lazım deyil
02 Mart 2025 13:02
Direktor və müavin olmaq üçün SON TARİX
12 Fevral 2025 14:18
Azərbaycanda direktor müəllimi TƏHQİR ETDİ: Ay eşşək... VİDEO
06 Fevral 2025 22:07
