Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
Icma.az, Apasport saytına istinadən bildirir.
“Fənərbaxça”nın baş məşqçisi Dirk Kuyt UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Liverpul”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Hamımız üçün həyəcanverici oyun olacaq. Mənim üçün də xüsusi qarşılaşmadır. Rəqibimiz Çempionlar Liqasında ən yaxşı çıxış edən komandalardan biridir. Bu matç özümüzü göstərmək üçün yaxşı fürsətdir. Oyunu səbirsizliklə gözləyirəm”.
Kuyt “Fənərbaxça”nın hazırkı vəziyyətinə də toxunub:
“Komandanın başında olmaq mənim üçün çox xüsusi hissdir. Təbii ki, “Fənərbaxça” olaraq çətin perioddan keçirik. Yaxşı vəziyyətdə deyilik. Amma bu qarşılaşma bizim üçün dönüş nöqtəsi ola bilər”.
“Fənərbaxça” – “Liverpul” qarşılaşması noyabrın 4-də İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 3 oyunda 2 xal toplayıb və 36 komanda arasında 31-ci pillədə qərarlaşıb. “Liverpul” isə 9 xalla 3-cü sıradadır.
“Seltik” – “Beşiktaş” matçının hakimi bəlli oldu “Tenerife”nin futbolçusu meydanda aldığı zədədən sonra vəfat etdi - VİDEO Asiya Kubokunun keçirilmə vaxtı dəyişdirilib Çerçesov Rusiya klubundan ayrıldı - MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİ “Qalatasaray”ın matçı bu kanalda - TV AFİŞA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Noyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















