Icma.az
close
up
RU
Diş çəkiləndən sonra...

Diş çəkiləndən sonra...

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir.

Stomatoloqlar deyir ki, ən yaxşı və bahalı süni diş heç zaman təbii dişin yerini verə bilməz. Müasir stomatoloji metodikalar hətta qismən dağılmış dişləri bərpa etmək imkan verir.

Lakin bəzən dişi saxlamaq mümkün olmur və həkim xəstənin dişini çəkmək məcbur olur. Dişin çəkilməsi kiçik cərrahiyyə əməliyyatıdır - ağrısazlaşdırma tətbiq edilir, bəzən diş yuvasına tikişlər qoyulur, ağrısızlaşdıran və antibakterial preparatlar ("antibiotik"lər) təyin edilir və s. Bu səbəbdən dişi çəkilən insan müəyyən qaydalara əməl etməlidir ki, qanaxma, iltihab kimi fəsadlar inkişaf etməsin.

- Diş çəkiləndən sonra 3 saat ərzində qida və maye qəbul etmək olmaz.

- Fiziki gərginliklər (xüsusilə əyilmək, ağır əşyaları qaldırmaq və s.), isti vanna, sauna  əks-göstərişdir. Bu dişdən qanaxmaya səbəb ola bilər.

- Diş çəkiləndən sonra qarqara etmək olmaz. Bu ağrıların çoxalmasına və diş yuvasının daha gec sağalmasına səbəb ola bilər. 1-2 gündən sonra həkim xüsusi antiseptik preparatlarla olan qarqara təyin edə bilər.

- Adətən ağrısızlaşdıran preparatların təsiri keçdikdən sonsa çəkilmiş dişdə ağrılar əmələ gəlir. Bu zaman ketanov və solpadein kimi preparatlardan birini qəbul etmək olar (qida qəbulu zamanı, bol maye ilə birlikdə).

Əgər sizdə mədə xorası, qastrit kimi xəstəliklər varsa, dərmanın qəbulundan əvvəl həkimlə məsləhətləşin.

- Çox güclü ağrılar iltihabın başlanmasının əlaməti ola bilər. Bu fəsad adətən çətin hallarda xüsusilə molyar dişlərin (arxadakı dişlər) çəkilməsi zamanı inkişaf edə bilər. Ağrılar çox güclüdürsə və dişin çəkilməsindən sonra 2-3 gün ərzində davam edirsə, mütləq stomatoloqa müraciət edin. Diaqnoz təsdiq olunduqda, həkim yerli anesteziyanın köməyi ilə diş yuvasını qandan və infeksiya ocaqlardan təmizləyəcək, xüsusi antiseptik preparatlarla işləməsindən sonra diş yuvasına dərmanla olan tampon qoyacaq.

- Həkimin məsləhəti olmadan çəkilmiş dişə isti və ya soyuq kompreslər etmək olmaz. Bu fəsadların inkişafına gətirib çıxarda bilər.

- Qida yumşaq və ilıq olmalıdır. İsti, çox soyuq, bərk, istiotlu qidaları qəbul etmək olmaz.

- Diş çəkiləndən sonra siqaret çəkmək və spirtli içkiləri qəbul etmək olmaz. Bu pis vərdişlər diş yuvasının sağalmasına mane olur.

- Bəzi hallarda diş çəkilməsindən sonra stomatoloq xəstəyə hər hansı antibakterial preparat ("antibiotik") təyin edir. Adətən bu sumamed, amoksiklav və s. kimi preparatlar olur. Bu preparatlar adətən antihistamin prepartlarla (klaritin, taveqil və s.) birlikdə təyin edilir.

Bəzi hallarda "antibiotik"lər xəstəyə dişin çəkilməsindən əvvəl (hazırlıq mərhələsində) təyin olunur. Əgər preparat sizdə allergik reaksiyaya səbəb olubsa (dəridə səpgilər, ödemlər, qaşınma və s.), preparatın qəbulunu dayandırın və bu haqda sizi müalicə edən həkimə məlumat verin.

Heç bir halda həkimin təyinatı olmadan antibakterial preparatları qəbul etməyin.

- Bəzən diş çəkilməsindən sonra evə qayıdan xəstədə təkrar qanaxma inkişaf edə bilər. Bu halda ilk tibbi yardım məqsədi ilə steril tənzifdən tampon düzəldin, onu diş yuvasına qoyun (tampon yanındakı dişlərdən hündür olmalıdır) və dişlərinizlə möhkəm sıxın. Daha sonra uzanın. Adətən bu sadə tədbirdən sonra qanaxma dayanır.

Qanaxmanı dayandırmaq mümkün olmadıqda, qanaxma çox güclü olduqda, dərhal stomatoloji klinikaya və ya xəstəxanaya müraciət edin.

- Diş çəkilməsi günü dişlərin təmizlənməsindən imtina edin. Ertəsi gün dişlərinizi adi qaydada yüngül (!) hərəkətlərlə təmizləyin. Diş fırçası mütləq təzə və yumşaq olmalıdır.

Diş yaxalayıcılardan istifadə etməyin. 2-ci gündən başlayaraq müalicəvi bitkilərlə olan sərin vannalar etmək olar. Bunun üçün adaçayı, palıd qabığı, dazı, çobanyastığı kimi otlardan birinin 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləmək, soyutmaq, süzmək və sonra bu dəmləməni ağızda çəkilmiş diş tərəfində saxlamaq lazımdır. Belə vannalar antiseptik effekt verir və diş yuvasının daha tez sağalmasına kömək edir.

Mənbə: www.zubzubov.ru

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri