Icma.az
close
up
RU
Diş ətini gen terapiyası və donuz dərisi ilə artırmağı öyrəndilər

Diş ətini gen terapiyası və donuz dərisi ilə artırmağı öyrəndilər

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Diş ətindəki toxuma çatışmazlığı, xüsusən ortodontik müalicə sonrası diş həkimliyində geniş yayılmış bir problemdir. Bu problemi həll etmək üçün adətən yuxarı ağız boşluğunun selikli qişasından istifadə olunur, amma belə əməliyyatlar çox travmatik, ağrılı olur. Alternativ olaraq, məməlilərdən alınan matrislər də istifadə olunur, lakin onların effektivliyi, yeni toxumalarda damarların zəif inkişafı səbəbindən məhduddur.

Redaktor.az gazeta.ru-ya istinadən xəbər verir ki, Seyçenov Universitetinin alimləri yeni yanaşma inkişaf etdiriblər: diş ətini bərpa etmək üçün donuz kollagen matrisası və plazmid istifadə edirlər. Bu plazmid, yeni toxumalarda damarların yaranmasını stimullaşdıran bir DNT molekuludur. Tədqiqatda qeyd edilir ki, bu metod diş ətinin yumşaq toxuma çatışmazlığını aradan qaldırmaqda daha effektiv ola bilər.

Yeni yanaşmada, Seyçenov Universiteti və digər tədqiqat mərkəzlərinin alimləri donuz dərisindən hazırlanmış kollagen matrisası və pCMV-VEGF165 plazmidi tətbiq edirlər. Bu plazmidin tərkibində VEGF165 adlı damarların yaranmasını stimullaşdıran bir gen var. Alimlər, bu iki metodu birləşdirərək, toxumanın daha yaxşı bərpasını təmin etməyə ümid edirlər.

Təcrübələrdə, müalicə olunan heyvanların bir qrupuna yalnız kollagen matrisası, başqa bir qrupuna isə pCMV-VEGF165 plazmidi verilmişdir. Üçüncü qrupda isə hər iki metod birləşdirilmişdir. Nəticələr göstərib ki, həm kollagen matrisası, həm də plazmid tətbiq edilən qruplarda, nəzarət qrupuna nisbətən, bərpa olunan toxumanın qalınlığı daha böyük olub. Lakin ən yaxşı nəticələr üçüncü qrupda müşahidə edilib: burada, bərpa olunan yumşaq toxumaların həcmi nəzarət qrupuna nisbətən demək olar ki, 10 dəfə daha çox olub və damar şəbəkəsi 3 dəfə daha sıx formalaşıb. Yeni toxumada sıx və inkişaf etmiş damar şəbəkəsinin yaranması, bu toxumanın sağ qalması və integrasiyası üçün vacibdir. Buna görə də, bu yanaşmanın regenerasiya prosesini daha effektiv hala gətirə biləcəyi vurğulanır.

Alimlər, bu yanaşmanın "sinergetik effekt" yaratdığını qeyd edirlər: yəni kollagen matrisası toxumaya struktur dəstəyi verərkən, gənə terapiyası həmin toxumanın böyüməsini stimullaşdırır. Nestasya Koşeleva, Klinik Smart-Nanotexnologiyalar İnstitutunun rəhbəri, bu yeni yanaşmanın gələcəkdə regenerativ tibb sahəsində mühüm inkişafa səbəb ola biləcəyini vurğulamışdır.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri