Diş fırçalarını qapaqsız və ayrı ayrılıqda saxlamaq daha doğrudur
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ortodont Hanira Sançes insanların diş fırçalarını saxlayarkən tez-tez yol verdiyi iki ümumi və zərərli vərdiş barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, “20 dəqiqə” proqramına danışıb.
"Bir çox insan diş fırçasını qapaqda saxlamağın onu qoruduğunu düşünür. Əslində isə tüklər arasında qalan nəm mühit göbələk və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır”, - deyə Sançes bildirib.
Onun sözlərinə görə, qapaqdan tamamilə imtina etmək mümkün deyilsə, havalandırma sistemi olan qapaqlara üstünlük verilməli və diş fırçası yalnız tamamilə quruduqdan sonra bağlanmalıdır.
Həkim həmçinin diş fırçasının saxlandığı qabın yeri barədə də xəbərdarlıq edib. Əgər tualetə yaxın ərazidə saxlanılırsa, o zaman havadakı zərərli hissəciklərin diş fırçasına düşməsinin qarşısını almaq üçün onu qapalı şkafda saxlamaq daha məqsədəuyğundur.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















