Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Diş sağlamlığı üçün şəkərli qidalardan uzaq durmaq kifayətdirmi?

Diş sağlamlığı üçün şəkərli qidalardan uzaq durmaq kifayətdirmi?

Icma.az bildirir, Azpost portalına istinadən.

Tədqiqatlar göstərir ki, diş əti sağlamlığı ürək xəstəliyindən şəkərli diabetə, həmçinin Alzheimerə qədər bir çox xəstəliklə bağlıdır. Ağız sağlamlığını qoruyan qidalar dişlərə zərər verən qidalar qədər vacibdir.

BBC xəbər verir ki, dietoloq Anna Qrum diş sağlamlığı üçün C və D vitaminlərinin, kalsium və fosforun əhəmiyyətinə diqqət yönəldib: “C vitamini kollagenin sintezində və dolayısı ilə sağlam toxumaların qorunmasında rol oynayır. Lakin C vitamini çatışmazlığı diş ətinin qanamasına gətirib çıxarır. D vitamini bədəndə kifayət qədər kalsium saxlamağa kömək edərək dişləri qoruyur. Fosfor da kalsiumla birlikdə işləyir. C vitamini çatışmazlığı az rastlanan haldır, lakin pomidor, bibər, brokoli və hətta kartofda bu vitamin bol olur. D vitamini yağlı balıq, yumurta və ət məhsullarında da mövcuddur”.

Britaniya Milli Sağlamlıq Xidmətlərinin mütəxəssisləri, xüsusilə payız və qış aylarında əlavə olaraq D vitamini qəbul etməyi məsləhət görürlər. Süd məhsulları, brokoli, portağal və s. kalsium mənbələri arasında yer alır. Fosfor ət, yumurta, fındıq, süd məhsulları və tam taxıllı qidalarda boldur. Aprel ayında aparılan kiçik bir tədqiqat pəhrizin diş sağlamlığına təsirini araşdırıb. Daha az ət və emal olunmuş karbohidrat istehlak edərək omeqa-3, yağ turşuları, antioksidantlar, bitki nitratları, liflər, C və D vitaminləri ilə zəngin pəhriz saxlayanlarda diş əti iltihabının və qanaxmanın azaldığı müşahidə edilib. Lakin bu, 30 nəfərdən ibarət kiçik qrup üzrə sınaq idi və qəti nəticələr üçün daha çox araşdırmaya ehtiyac var.

Qazlı içkilər və şəkərli qidalar dişlərin ən böyük düşmənidir. Ancaq ağız sağlamlığına zərər verən başqa qidalar da var – limonlu qaynar su diş minasını aşındırır; Qurudulmuş meyvələr dişlərə yapışır və onları təmizləmək çətindir; Çipslər dişlərə yapışır; Bəzi meyvə çaylarında şəkərin miqdarı çox yüksək ola bilər; Qazlı suyu yeməklə birlikdə qəbul etmək tövsiyə olunur; Meyvə qəlyanaltıları dişlərə yapışır; Fermentasiya edilmiş qidalar turşu xüsusiyyətlərinə görə aşındırıcıdır. Bütün bunları yemək vaxtları xaricində istehlak etsək, ağzımızı yaxalamaqla zərəri azalda bilərik.

Şəkərsiz saqqız çeynəmək və ya bir tikə pendir də faydalı ola bilər. Qəlyanaltılarla diqqətli olmaq vacibdir. Hər dəfə şəkərli və ya nişastalı qidalar qəbul etdikdə ağzımızın pH səviyyəsi azalır. Çünki şəkərlə qidalanan bakteriyalar turşu ifraz edir. Əgər hər yarım saatdan bir qəlyanaltı yeyiriksə, bu o deməkdir ki, ağzımız turşu mühitdə boşluq riski artır.

Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Valmsley xəbərdarlıq edir: “Əgər daim qəlyanaltı ediriksə, dişlərimizdə tez bir zamanda çürüklər əmələ gətirəcək. Təəssüf ki, meyvələr də eyni təsirə malikdir. Mütəxəssislər gün ərzində təbii şəkəri yüksək olan meyvələrin yeyilməsinin də karies riskini artırdığını söyləyirlər. Qəlyanaltıların sayını gündə iki və ya üç ilə məhdudlaşdırmağı, yemək vaxtı şəkərli və ya turşulu içkilər qəbul etmək tövsiyə olunur. Yemək zamanı qidanı çeynəmək tüpürcək ifrazatını artırır. Bu da zərərli turşuları və qida hissəciklərini çıxarır, turşunun neytrallaşmasına kömək edir, dişləri çürümədən qoruyur. Mütəxəssislər xatırladırlar ki, düzgün qidalanma ilə yanaşı, müntəzəm diş fırçalama, diş sapları və dişlərin təmizlənməsi vacibdir”.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri