Icma.az
close
up
RU
Dişlər niyə tündləşir? Həkim səbəblərdən DANIŞDI

Dişlər niyə tündləşir? Həkim səbəblərdən DANIŞDI

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ağappaq təbəssüm bir çox insanın arzusudur. Lakin zamanla dişlər daha tünd rəng ala bilər. Bunun düzgün olmayan qidalanmadan tutmuş ciddi xəstəliklərə qədər bir çox səbəbi ola bilər.

Oxu.Az-ın gazeta.ru saytına istinadən verdiyi məlumata görə, rusiyalı həkim-stomatoloq, parodontoloq Niyat Kadiyeva dişlərin niyə qaraldığı və bu problemi necə həll etmək barədə danışıb.

O qeyd edib ki, dişlərin rəng dəyişikliklərini şərti olaraq iki böyük qrupa bölmək olar - anadangəlmə və sonradan qazanılmış dəyişikliklər.

"Anadangəlmə diş rəngi dəyişiklikləri hamilə qadının müəyyən dərmanlar, məsələn tetrasiklin antibiotiklərini qəbul etməsi ilə əlaqəli ola bilər. Bu, həmçinin piqment mübadiləsinin pozulması ilə əlaqəli anadangəlmə xəstəlik də ola bilər", - deyə o bildirib.

Stomatoloqun sözlərinə görə, rəng dəyişikliyinin səbəblərindən biri də sudakı flüorun artıqlığı ola bilər. Bu zaman flüoroz baş verir - dişdə ağdan tünd qəhvəyi rəngə qədər ləkələr əmələ gəlir.

"Lakin biz çox vaxt qazanılmış diş qaralmalarını görürük. Böyük qrup - mayelərdən, qidadan aldığımız piqmentlərdir. Bura siqaret çəkməyi də aid etmək olar. Tütün piqmenti, giləmeyvələr, meyvələr, tərəvəzlər, çay, qəhvə və bəzi digər məhsullardan gələn piqment əvvəlcə dişlərin səthində oturur, sonra isə daxili qata - dentinə nüfuz edərək dişi daha dərindən rəngləyir", - deyə stomatoloq bildirib.

Həkim yaş dəyişikliklərini də qeyd edib. O bildirib ki, həyat boyu dişlərimizin mina qatı aşınır, nazikləşir və buna görə də piqmentin içəri nüfuz etməsi daha asan və sürətli olur, bundan da dişlərin daha tünd rəngi yaranır.

Stomatoloq bildirib ki, daha az hallarda dişlərin qaralması hər hansı dərmanların və ya ağız boşluğu üçün qarqara məhlullarının istifadəsi ilə əlaqədar olur. Bu problem, həmçinin zərərli istehsalatda işləyənlərdə müşahidə oluna bilər.

"Lakin elə hallar olur ki, yalnız bir diş qarala bilər. Çox vaxt söhbət nə vaxtsa kiçik ağ ləkə ilə başlayan, dişin içində və ya xaricində tünd qəhvəyi, yaxud qara ləkə ilə bitən kariyes prosesinin inkişafından gedir. Ola bilər ki, kariyes artıq sinirin iltihabına və ya sinirin artıq öldüyü prosesə keçib. Bu, dişin içindəki sinir-damar dəstəsində dəyişikliklərə səbəb olur və bununla da rəng dəyişir. Eyni sxem üzrə diş travması özünü göstərir - əzilmə və ya sınıq zamanı sinir-damar dəstəsinin bütövlüyü pozulur və rəng dəyişir", - deyə mütəxəssis bildirib.

Həkim digər qrupun - müəyyən plomb materialları ilə müalicə edilmiş dişlər olduğunu bildirib.

Dişlərin ağlığını necə qaytarmaqdan danışarkən həkim qeyd edib ki, səbəbdən asılı olaraq üsullar fərqli ola bilər.

"Birinci və ən əsası - vaxtında ixtisaslı stomatoloqa müraciət etməkdir. Birinci mərhələdə peşəkar diş təmizliyi və fərdi gigiyena vasitələrinin seçimi olacaq. Bəzi hallarda bu kifayət edəcək, bəzilərinə isə ağız boşluğunda bütün kariyeslərin və ya sinir iltihabı şəklində ağırlaşmaların müalicəsi lazım olacaq. Ola bilər ki, həkim ağartma təklif etsin, bu həm kliniki, həm də ev şəraitində ola bilər. Həmçinin dişlərin qaralması probleminin həlli variantlarından biri vinirlərin hazırlanması ola bilər ki, burada siz özünüz bəyəndiyiniz diş rəngini seçə bilərsiniz", - deyə stomatoloq qeyd edib.

Sonda o vurğuladı ki, müntəzəm profilaktik müayinələr və altı ayda bir dəfə profilaktika üçün peşəkar diş təmizliyi bir çox problemlərin qarşısını almağa kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri