Icma.az
close
up
RU
Dişləri qorumaq üçün edilməməsi gərəkənlər

Dişləri qorumaq üçün edilməməsi gərəkənlər

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt gigiyena qaydalarına əməl etməkdir. Gigiyena qaydaları deyəndə isə ilk növbədə yadımıza dişləri vaxtında və düzgün fırçalamaq düşür. Amma dişlərə düzgün qulluq qaydalarını çoxlarımız bilmirik. Hər gün doğru bilərək etdiyimiz yanlışlar dişlərin vaxtından tez sıradan çıxmasına, onların itirilməsinə səbəb olur. Mütəxəssislər də gündəlik yol verilən bir çox yanlışların dişlərdə, diş ətində problemlərə yol açdığını düşünürlər.

Həmin xətalar hansılardır?

Diş fırçalarını uzun zaman istifadə etmək

Bir diş fırçasının təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu dəyişməlisiniz. Uzun zaman işlənən fırça dişləri düzgün təmizləyə bilməməklə yanaşı, həm də bakteriya mənbəyi sayılır.

Dişləri lazım olduğu qədər fırçalamamaq - Fırçalamaya təxminən 1 dəqiqəyə yaxın zaman ayırmaq lazımdır. Fırçanı düzgün hərəkət etdirmək lazımdır.

Diş fırçası həm dişlər, həm də diş əti ilə təmasda olmalıdır. Ön, üst və alt dişlərin arxasını belə, fırçalamaq lazımdır. Fırçanı hər zaman 45 dərəcəlik bucaq altında tutmaq, qısa dairəvi hərəkətlər etdirmək lazımdır. Dişləri hər gün fərqli tərəfdən başlayıb fırçalamaq lazımdır. Bir dəfə sonda təmizlənən bölgəni növbəti dəfə birinci fırçalamaqla daha yaxşı təmizliyə nail olmaq olar.

Dişləri fırçalayandan sonra ağızı çox su ilə yaxalamaq - Fırçalayandan sonra ağızı bol su ilə yaxalamaq olmaz. Çünki belə edəndə diş məcununun tərkibində olan flor mənimsənilmir.

Diş fırçasını hamamda saxlamaq - Diş fırçasını hamam saxlamaq düzgün deyil. Fırça hamamdan kənarda, qapalı yerdə saxlanmalıdır. Böyüklərlə uşaqların diş fırçaları bir yerə qoyulmamalıdır.

Diş sapı istifadə etməmək - Hər gün diş sapı istifadə etməyi alışqanlıq halına gətirmək lazımdır. Diş fırçası təmas edə bilmədiyi yerlərdə, dişlərin arasında qalan qida qalıqları mütləq təmizlənməlidir.

Dili təmizləməmək - Dişlərlə yanaşı dilin üzəri də fırçalanmalıdır. Çünki dilin üzərində çoxlu sayda bakteriyalar toplanır. Dili təmizləmək həm də nəfəsdən pis qoxunun gəlməsinin qarşısını alır.

Sərt diş fırçası istifadə etmək - Bu, dişlərə, diş ətinə zərər verir. Yumşaq və ya orta sərtlikdə olan fırça seçmək lazımdır. Sərt fırça xüsusən soyuq qidalar, su qəbul edildiyi halda həssaslıq yaradaraq ağrıya səbəb olur.

Gündə iki dəfədən çox diş fırçalamaq - Dişləri gündə iki dəfədən çox fırçalamaq olmaz. Bəziləri dişlərini gündə 3-4 dəfə fırçalayır. Bu, düzgün deyil. İki dəfədən çox fırçalamaq diş ətinə ziyan verir, diş minasını aşındırır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri