Icma.az
close
up
RU
Dişlərin çürüyəcəyi proses başlamadan bəlli olacaq İnqilabi yenilik

Dişlərin çürüyəcəyi proses başlamadan bəlli olacaq İnqilabi yenilik

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Honkonq Universitetinin, Çin Elmlər Akademiyasının və “Tsindao” klinikasının mütəxəssislərinin hazırladığı süni intellekt əsaslı sistem hər bir dişin kariesə tutulma riskini 90%-dən çox dəqiqliklə proqnozlaşdırmağa qadirdir.
Yeniavaz.com
xəbər verir ki, tədqiqatın nəticələri “Cell Host & Microbe” (CHM) jurnalında dərc edilib.
Tədqiqatçılar məktəbəqədər yaşda olan 89 uşağın ağız boşluğundan götürülmüş diş daşı nümunələrindəki mikrob mühitini analiz edərək 2500-dən çox dişi öyrəniblər. Məlum olub ki, sağlam ağız boşluğunda ön və arxa dişlərdə müxtəlif bakteriyalar məskunlaşıb. Lakin karies inkişaf etdikdə bu tarazlıq pozulur: kəsici dişlərə xas mikroorqanizmlər azı dişlərin səthində peyda olur və bu, kariesin ilk xəbərdarlıq siqnalı hesab olunur.
Bu məlumatlar əsasında “Spatial-MiC” adlı sistem yaradılıb. Sistem mikrobların tərkibini analiz edərək kariesin ilk əlamətləri görünmədən təxminən iki ay əvvəl onun yaranma riskini müəyyənləşdirə bilir. Proqnozlaşdırma dəqiqliyi 93% təşkil edir.
Bu yenilik xüsusilə Çin üçün aktualdır, çünki orada beş yaşlı uşaqların 70%-də karies aşkarlanır. Hazırda tətbiq edilən profilaktik tədbirlər fərqli dişlərin müxtəlif həssaslıq səviyyələrini nəzərə almır. Yeni yanaşma isə yüksək riskli sahələri qorumağa və lüzumsuz müdaxilələrdən qaçmağa imkan verir.
“Biz əvvəllər düşünürdük ki, diş çürüməsi qaçılmazdır. İndi isə dişə zərər vurmadan öncə bunun qarşısını almaq mümkündür”, – deyə professor Şi Huanq bildirib.
Tərtibatçılar texnologiyanı geniş istifadəyə uyğunlaşdırmağı planlaşdırırlar. Bildirilir ki, bu, stomatoloqa müraciətlərin sayını azaltmağa, uşaqlarda müalicəyə dair qorxunu azaltmağa və pulpit kimi ağırlaşmaların, eləcə də diş itkisi riskinin qarşısını almağa kömək edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 İyul 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri