Icma.az
close
up
RU
Dişlərin müalicəsi zamanı pasiyentlər infeksion xəstəliklərə yoluxma riski ilə qarşılaşırlar Stomatoloqdan AÇIQLAMA

Dişlərin müalicəsi zamanı pasiyentlər infeksion xəstəliklərə yoluxma riski ilə qarşılaşırlar Stomatoloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Uşaqdan böyüyə hamı diş problemləri ilə üzləşir. Diş müalicəsi zamanı isə sterilizasiyaya diqqət etmək lazımdır. Çünki pasiyentlərin müalicə zamanı infeksion xəstəliklərə yoluxma riski daha çoxdur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Amerika Stomatoloji Assosiasiyasının üzvü, həkim Fərid Zeynalov bildirdi ki, stomatoloqa müraciət etmək sağlamlığa qayğı göstərməyin vacib bir hissəsidir.

“Lakin, təəssüflər olsun ki, bəzi hallarda pasiyentlər stomatoloji müayinə və müalicə zamanı yoluxma riski ilə qarşılaşırlar. Stomatoloji müdaxilə zamanı əsasən infeksion xəstəliklərə yoluxma riski mövcuddur: Hepatit B, Hepatit C, HİV, müxtəlif növ bakterial infeksiyalar, bəzi zöhrəvi xəstəliklər və virus mənşəli tənəffüs xəstəlikləri. Vacib amillərdən biri stomatoloji klinikalarda aseptika (orqanizmə və ya yaraya mikrobların düşməsinin qarşısını alan tədbirlər kompleksi - red.) və kliniki gigiyena şərtlərinə qəti şəkildə əməl olunmasıdır. Həm həkim, həm də orta tibbi personal tərəfindən xüsusi qurunma tədbirləri mütləq görülməlidir", - deyə o vurğuladı.

Fərid Zeynalov onu da qeyd etdi ki, klinikada qorunma tədbirlərində alətlərin sterilizasiyasına diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, bütün alətlər avtoklav vasitəsilə sterilizasiya edilməli və ya birdəfəlik dezinfeksiyaedici vasitələrlə işlənməlidir:

"Bütün prosedurlar xüsusi protokol təlimatlarına uyğun həyata keçirilməlidir. Səthlər dezinfeksiya olunmalıdır, mebel, avadanlıq və təmas nöqtələri mütəmadi olaraq xüsusi vasitələrlə təmizlənməlidir. Personal birdəfəlik əlcək, maska, qoruyucu eynək və xalatlardan istifadə etməlidir. Kabinetin havalandırılması və dezinfeksiyası üçün müayinələr arasında vaxt intervalına riayət edilməlidir. Klinik əməkdaşlar mütəmadi tibbi müayinədən keçməlidir və sağlamlıqlarını təstiqləyən arayışlar olmalıdır. Birdəfəlik materiallardan istifadə edilməsi məcburidir”.

Həkim onu da əlavə etdi ki, stomatoloji müayinədə özünüzü qorumaq, riskləri minimuma endirmək üçün bəzi tövsiyələrə əməl edilməlidir:

“Klinikanı diqqətlə seçin. Əmin olun ki, klinika lisenziyaya malikdir, sanitar normalara əməl edir və alətlər avtoklavda sterilizasiya olunur. Dezinfeksiya metodları haqqında suallar verməkdən çəkinməyin. Əl gigiyenasına riayət edin. Müayinədən əvvəl əllərinizi yuyun və müayinədən sonra antiseptikdən istifadə edin. Sterilliyə diqqət yetirin. Alətlərin sizin qarşınızda steril paketdən açıldığından və birdəfəlik materialların yalnız sizin üçün istifadə olunduğundan əmin olun. Həkimə sağlamlıq vəziyyətiniz barədə məlumat verin. Xroniki xəstəliklər və ya son zamanlar keçirdiyiniz infeksiyalar barədə məlumat verin ki, həkim əlavə tədbirlər görə bilsin. Prosedurlardan sonra tövsiyələrə əməl edin. Ağız boşluğunun qayğısına dair həkimin göstərişlərinə riayət edin ki, fəsadlardan qaça biləsiniz”.

Fərid Zeynalov bildirdi ki, müasir stomatologiya gigiyena və dezinfeksiya standartlarına əməl edildiyi halda pasiyentlər üçün təhlükəsizdir.

"Bununla yanaşı, klinikanın düzgün seçilməsi və qorunma tədbirlərinə əməl olunması risklərin daha da azalmasına kömək edəcək”, - deyə o qeyd etdi.

BƏNÖVŞƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri