Icma.az
close
up
RU
Divara yapışdırılan banan 6.2 milyon dollara satılıb

Divara yapışdırılan banan 6.2 milyon dollara satılıb

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

  İtalyan rəssam Mauritsio Kattelanın "Divara yapışdırılmış banan" adlı əsəri 2019-cu ildə 120 min dollara satılıb. Yapışqanlı bantla divara bərkidilmiş adi bananın minlərlə dollara satılması sosial mediada böyük səs-küyə səbəb olub və onu “sənət əsəri” adlandırması geniş müzakirələrə səbəb olub. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, "Sothebys" hərrac evi əsərin üç nüsxəsindən birini yenidən satışa çıxarıb. Əsərin 1-1,5 milyon dollara alıcı tapacağı gözlənilirdi. Hərracda gümüş lentlə divara yapışdırılmış adi banan 6,2 milyon dollara satılıb. Kriptovalyuta sahibkarı Castin Sun, 2019-cu ildə viral olan əsərin üç nəşrindən birini satın alıb və onu "mədəni fenomen" adlandırıb. Kriptovalyuta təkliflərinin qəbul edildiyi rəqabətli və sürətli hərracda təkliflər 800.000 dollardan başlayıb. Telefon və onlayn təkliflərin sürətlə artması ilə işin satış qiyməti təxminləri aşıb. Bananı alan Castin Sun banan və bir rulon yapışqan lenti, həmçinin orijinallıq sertifikatı da alacaq. C.Suna əsərin necə qorunacağı dair  təlimat veriləcək və istəsə bananı necə dəyişə biləcəyi də izah ediləcək. C.Sun hərracda verdiyi açıqlamada, "bu, sadəcə bir sənət əsəri deyil, mədəni bir fenomeni təmsil edir. İnanıram ki, bu əsər gələcəkdə daha çox düşüncə və müzakirələrə ilham verəcək və tarixin bir parçası olacaq". Sun, "həm sənət tarixində, həm də populyar mədəniyyətdəki yerini şərəfləndirmək" üçün banan yeməyi planlaşdırdığını söyləyib. 2021-ci ildə "Art Newspaper"ə verdiyi müsahibədə rəssam Cattelan bunun "zarafat olmadığını" söylədi və viral işi "qiymətləndirdiyimiz şeylərin əksi" adlandırıb.  Rəssam Cattelan və fransız incəsənət qalereyası Perrotin 5 il əvvəl "Art Basel Miami Beach" sərgisində "Komediyaçı" əsərini nümayiş etdirərək dünya miqyasında trend olub. Əsər Mayami ərzaq mağazasında alınmış banandan istifadə edilməklə yaradılıb, lakin qalereya onun rəssamın göstərişi əsasında dəyişdirilə biləcəyini bildirib. Sənət dünyası əsərin dəyərinə görə ikiyə bölünüb, lakin bəzi tənqidçilər bu sənət anlayışının sənətin dəyərini şübhə altına alan konseptual əsərlərə əsaslandığını iddia edir. Bananın sərgiləndiyi qalereyada böyük  izdiham yaranıb və hamı “Məzhəkə” adlı əsəri görmək üçün növbəyə düzülüb. Corciyada doğulan və ABŞ-də yaşayan ifaçı David Datuna əsəri divardan qopararaq yeyib. Hadisə zamanı “Sənət ifası... Ac rəssam...” deyən Datuna qarşı heç bir şikayət olmasa da, əsər sərgiləndiyi yerdən çıxarılıb. Nyu-Yorka dönərkən mövzu ilə bağlı mətbuat konfransı keçirən Datuna, "Bu, vandalizm deyil. Performans sənəti idi. Qəti peşman deyiləm", deyib. Əsəri yeməzdən əvvəl ac qalmaq üçün 2 saat gözlədiyini ifadə edən Datuna, "Bu, banan deyil. Bu bir anlayışdır. Mən yalnız rəssamın konseptini yedim. Düşünürəm ki, tarixdə ilk dəfə bir sənətçi bu şəkildə yemək yeyir”, söyləyib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri