Icma.az
close
up
RU
DNK şəxsiyyətimizi necə formalaşdırır?

DNK şəxsiyyətimizi necə formalaşdırır?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Niyə bəzi insanlar asanlıqla dost tapır, digərləri isə tək qalmağa üstünlük verir? Niyə kimisi hər şeyi əvvəlcədən planlaşdırır, başqası isə spontan yaşamağı sevir? Bəs insanın xarakterində genetikanın rolu nə qədərdir?

Beynəlxalq alimlər qrupu bir milyondan çox insanın genom məlumatlarını təhlil edərək şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli 1260 müstəqil genetik variant müəyyən edib. Alimlər araşdırmada psixologiyada geniş istifadə olunan “Böyük beşlik” modelinə əsaslanıblar. Bu model insan şəxsiyyətini beş əsas xüsusiyyətlə təsvir edir: ekstraversiya, xoşxasiyyətlilik, vicdanlılıq, neyrotizm və təcrübəyə açıqlıq.

Məsələn, ekstraversiyası yüksək insan ünsiyyət qurmağı, yeni insanlarla tanış olmağı sevir. Digəri isə sakitliyə və təkliyə üstünlük verə bilər. Eyni şəkildə, bəzi insanlar son dərəcə intizamlı və planlı, digərləri isə daha spontan olur. Kimisi stresə davamlıdır, kimisi isə mənfi hadisələri daha ağır yaşayır.

Bəs bütün bunları genlər müəyyən edir?

Xeyr.

Əkizlər üzərində aparılan əvvəlki tədqiqatlar genetikanın şəxsiyyətə təsir etdiyini göstərmişdi. Lakin konkret genetik variantları müəyyənləşdirmək olduqca çətin idi. Çünki şəxsiyyət poligen xüsusiyyətdir. Yəni burada bir “xarakter geni” yoxdur. Minlərlə kiçik genetik fərq birlikdə müəyyən meyllər yaradır.

Texas Universitetindən Elliot Taker-Drobun rəhbərlik etdiyi beynəlxalq komanda 46 tədqiqat üzrə bir milyondan çox insanın məlumatlarını araşdırıb. Təxminən 10 milyon genetik variant təhlil edilib və nəticədə 1260 variantın şəxsiyyət xüsusiyyətləri ilə etibarlı əlaqəsi müəyyənləşdirilib.

Maraqlıdır ki, ekstraversiya ilə bağlı 258 genetik variant aşkarlanıb. Bu, əvvəl məlum olan variantların sayından 18 dəfə çoxdur.

Lakin alimlər mühüm bir məqamı vurğulayırlar: bu genetik variantlar insanın taleyini müəyyən etmir.

Onların geniş yayılmış formaları “Böyük beşlik” üzrə insanlar arasındakı fərqlərin cəmi 5–10 faizini izah edir. Qalan hissədə isə tərbiyə, həyat təcrübəsi, sosial mühit və çoxsaylı digər amillər mühüm rol oynayır.

Araşdırmada bəzi maraqlı əlaqələr də üzə çıxıb.

Məsələn, yüksək ekstraversiya ilə əlaqəli genetik profil daha aşağı həyəcan və depressiya riski ilə, eyni zamanda bəzi neyroinkişaf pozuntularına daha yüksək genetik meylliliklə əlaqələndirilib.

Vicdanlılıqla bağlı genetik xüsusiyyətlər isə daha çox fiziki aktivlik, daha sağlam qidalanma, psixoaktiv maddələrdən daha az istifadə və daha sağlam qocalma ilə əlaqələndirilib.

Neyrotizmlə bağlı genetik profil isə mənfi emosiyalar, həyəcan və emosional qeyri-sabitliklə yanaşı, müxtəlif psixi pozuntular, yüksək bədən kütlə indeksi və siqaret çəkmə ehtimalı ilə əlaqəli olub.

Alimlər həmçinin həyat yoldaşlarının genetik xüsusiyyətlərini də müqayisə ediblər. Nəticə maraqlı olub: insanlar xarakter xüsusiyyətlərinə görə genetik baxımdan özlərinə bənzəyən tərəfdaşları seçməyə ciddi meylli deyillər.

Deməli, insanın xarakteri nə yalnız genlərdən, nə də yalnız mühitdən ibarətdir.

DNK bizə müəyyən başlanğıc meyllər verə bilər. Amma həmin meyllərin necə formalaşacağına həyat, seçimlərimiz, təcrübələrimiz və ətrafımızdakı insanlar təsir edir.

Başqa sözlə, genlər xarakterimizin ssenarisini yazmır.

Onlar sadəcə həmin ssenarinin başlanğıc nöqtələrindən birini müəyyənləşdirirlər.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri