Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Milli astrofizikada məktəb yaratmış alim

Milli astrofizikada məktəb yaratmış alim

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Cəfər Quluzadə – 90

Ulu öndər Heydər Əliyevin təbirincə desək, adamları ən böyük sərvəti olan Tovuz - yalnız zəngin tarixi-mədəni irsi ilə deyil, həm də elmə, maarifə və milli düşüncəyə bağlılığı ilə seçilmiş, elm və mədəniyyətimizə bir-birindən dəyərli alimlər bəxş etmişdir. Təsadüfi deyil ki, bu rayon fizika və astrofizika məktəbinə 10-dan çox elmlər doktoru və professor bəxş etmisdir. Bu zəngin elmi ənənənin parlaq simalarından, adı Azərbaycan astrofizikasının salnaməsində xüsusi ehtiramla çəkilən alimlərdən biri də professor Cəfər Müseyib oğlu Quluzadədir.

Cəfər Quluzadə 27 avqust 1936-cı ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş, 1954-cü ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Hələ məktəb illərində yüksək intellekti, geniş dünyagörüşü və çoxşaxəli istedadı ilə seçilən Cəfər Quluzadə ədəbiyyat, tarix və idmanla yanaşı, dəqiq elmlərə də xüsusi maraq göstərirdi.

Onun elm yolunun müəyyənləşməsində isə İsaak Nyutonun mexanika qanunları ilə tanışlığı mühüm rol oynadı. Təbiət hadisələrinin vahid qanunauyğunluqlarla izahı və elmi düşüncənin məntiqi ardıcıllığı gənc Cəfərdə fizikaya dərin maraq yaratdı. Sonrakı professorluq fəaliyyəti dövründə də o, tələbələrinə “İsaak Nyuton bəşər tarixinin yetişdirdiyi ən böyük fizikdir” fikrini tez-tez xatırladırdı. Onun elmi dünyagörüşündə Nyuton fizikası müasir elmin – nisbilik nəzəriyyəsi və kvant mexanikası da daxil olmaqla – fundamental təməli kimi qiymətləndirilirdi.

1955-ci ildə Cəfər Quluzadə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. Tələbəlik illərində yüksək akademik göstəriciləri və elmi tədqiqatlara xüsusi marağı ilə seçilən gənc alim III kursu başa vurduqdan sonra təhsilini davam etdirmək üçün SSRİ-nin aparıcı elm mərkəzlərindən biri olan Leninqrad Dövlət Universitetinin astrofizika ixtisasına göndərilmişdir. Həmin dövrdə Leninqrad astronomiya və astrofizika məktəbi Günəş fizikası, ulduz atmosferləri, spektral analiz və nəzəri astrofizika sahələrində mühüm tədqiqatları ilə seçilirdi. Cəfər Quluzadə burada akademiklər V.V.Sobolev, A.A.Mixaylov, professor O.A.Melnikov və digər görkəmli alimlərin elmi məktəbindən bəhrələnmiş, tədqiqatçı kimi formalaşmışdır. Onun diplom işi professor O.A.Melnikovun rəhbərliyi ilə hazırlanmış və yüksək qiymətləndirilərək nəşrə tövsiyə edilmişdir.

Elmi potensialını yüksək qiymətləndirən O.A.Melnikovun təşəbbüsü ilə Cəfər Quluzadə Leninqrad Dövlət Universitetinin Astrofizika kafedrasının aspiranturasına qəbul olunmuşdur. Aspirantura tədqiqatlarında Günəş fotosferində spektral udulma xətlərinin yaranma mexanizmlərini araşdırmış, güclü Fraunhofer xətlərinin formalaşmasında Günəş xromosferi emissiyasının mühüm rol oynadığını əsaslandırmışdır. Bu tədqiqatlar onun müstəqil elmi düşüncəsinin və astrofizika sahəsində gələcək uğurlarının mühüm başlanğıcı olmuşdur.

1966-cı ildə Cəfər Quluzadə Leninqrad Dövlət Universitetinin Elmi Şurasında “Müxtəlif intensivlikli Fraunhofer xətlərinin profilləri haqqında” mövzusunda fizika-riyaziyyat elmləri namizədi dissertasiyasını uğurla müdafiə etmişdir. Dissertasiya tanınmış alimlər V.A. Krat və A.A. Nikitin tərəfindən yüksək qiymətləndirilmiş, ona Leninqrad Universitetində və Pulkovo Rəsədxanasında çalışmağı təklif etmişlər. Lakin Cəfər Quluzadə qazandığı elmi təcrübəni Azərbaycanda tətbiq etməyi üstün tutaraq Vətənə qayıtmışdır.

1969-cu ildə Bakı Dövlət Universitetinə dəvət olunması onun elmi-pedaqoji fəaliyyətində yeni mərhələ açmışdır. O, Azərbaycanda astrofizika üzrə sistemli tədris və tədqiqat bazasının yaradılmasına öncüllük etmiş, Astrofizika laboratoriyasının təşkilinə və yeni ixtisas kurslarının tətbiqinə nail olmuşdur. Astronomiya, Astrofizika, Astrospektroskopiya, Günəş fizikası, ulduz atmosferləri, kosmologiya və digər istiqamətlər üzrə fənlərin tədris proqramlarına daxil edilməsi Azərbaycanda astrofizika təhsilinin inkişafında mühüm addım olmuşdur.

1975-ci ildə ADU-da (indiki BDU) müstəqil Astrofizika kafedrasının yaradılması ilə bu fəaliyyət daha da sistemləşmişdir. Professor Cəfər Quluzadə 1997–2019-cu illərdə kafedraya rəhbərlik edərək burada Günəş fizikası və astrospektroskopiya üzrə elmi məktəbin formalaşmasına mühüm töhfə vermişdir. Onun rəhbərliyi ilə Günəş spektri, Fraunhofer xətləri, Günəş və ulduz atmosferləri, spektral xətlərin formalaşması və digər fundamental problemlər üzrə tədqiqatlar aparılmış, Azərbaycanda astrofizikanın müasir elmi istiqamətlərinin inkişafı üçün möhkəm baza yaradılmışdır.

Professorun fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmamış, Azərbaycanda astrofizika elmi məktəbinin və mütəxəssis hazırlığının formalaşmasına da yönəlmişdir. Onun rəhbərliyi ilə 2 elmlər doktoru, 6 fəlsəfə doktoru və 30-dan çox magistr hazırlanmış, müxtəlif elmi mərkəzlərlə beynəlxalq əməkdaşlıq əlaqələri qurulmuşdur. Türkiyədə, o cümlədən İstanbul Universitetində astrospektroskopiyanın tədrisinə töhfə verməsi də onun elmi-pedaqoji fəaliyyətinin mühüm istiqamətlərindən olmuşdur. O, tələbələrinə yalnız elmi bilik deyil, həm də faktlara obyektiv yanaşmağı, elmi nəticələri tənqidi təhlil etməyi və elmə vicdanla xidmət etməyi aşılamışdır.

Professor Cəfər Quluzadənin mühüm elmi nailiyyətlərindən biri Fraunhofer xətlərinin incə quruluşunun öyrənilməsi üçün orijinal kəmiyyət metodunun işlənib hazırlanmasıdır. Alim spektral xətlərin asimmetriyasını diferensial, inteqral, qalıq və nisbi asimmetriya kimi göstəricilər vasitəsilə qiymətləndirərək onların bütöv profilinin kompleks təhlilinə imkan verən yeni yanaşma ortaya qoymuşdur. Sonrakı elmi araşdırmalarda bu yanaşmaya “Quluzadə üsulu” və “Quluzadə təsnifatı” kimi istinad edilmişdir.

Cəfər Quluzadənin tədqiqatları Günəş atmosferinin fiziki parametrlərinin, spektral xətlərin yaranma və genişlənmə mexanizmlərinin daha dəqiq müəyyənləşdirilməsinə mühüm töhfə vermişdir. 2003-cü ildə “Günəşin ayırd olunmuş və ayırd olunmamış spektrində zəif və orta intensivlikli Fraunhofer xətlərinin profillərinin incə quruluşunun tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etməsi onun bu sahədəki uzunmüddətli araşdırmalarının mühüm yekunudur.

Cəfər Quluzadə eyni zamanda Azərbaycan dilində “Atom spektroskopiyası”, “Klassik astronomiya”, “Günəş fizikası” kimi fundamental dərslik və monoqrafiyaların müəllifidir. 2006-cı ildə nəşr olunan “Günəşin Fraunhofer spektri” monoqrafiyasında uzun illər apardığı tədqiqatları ümumiləşdirərək Günəş spektrinin incə quruluşu, spektral xətlərin asimmetriyası və Günəş atmosferinin fiziki xüsusiyyətləri ilə bağlı elmi nəticələrini sistemləşdirmişdir. Onun zəngin elmi irsi 230-dan artıq elmi məqalə, bir monoqrafiya və 15-ə yaxın kitab, dərslik və dərs vəsaitini əhatə edir. Tədqiqat nəticələrinə xarici ölkələrdə nəşr olunan elmi əsərlərdə, o cümlədən C.V.Allenin “Astrophysical Quantities” kitabında və akademik V.V.Sobolevin “Kurs teoreticheskoy astrofiziki” əsərində istinad edilməsi alimin elmi nəticələrinin beynəlxalq əhəmiyyətini göstərir.

Professorun yaradıcılığı elmlə məhdudlaşmamış, ədəbiyyat və publisistika ilə də zənginləşmişdir. “70 illik ömrün səhifələri”, “Torpaq, uğrunda ölən varsa Vətəndir”, “Ana ürəyi”, “Atanın qeyrəti” və digər əsərlərində Vətən, insan, tarix və milli-mənəvi dəyərlər və s. mövzulara müraciət etmişdir. Xüsusilə Novruzun milli-mədəni irs kimi qorunmasını müdafiə edən yazıları onun vətəndaş mövqeyini əks etdirir.

Alimin xidmətləri yüksək qiymətləndirilmişdir. O, Avropa Astronomiya Cəmiyyətinin üzvü seçilmiş, Əməkdar müəllim adına, kosmosun öyrənilməsi və kadr hazırlığı sahəsində xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 2016-cı ildə onun 80 illik yubileyi münasibətilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq elmi konfransın keçirilməsi də alimin elmi nüfuzunun göstəricilərindən biri olmuşdur.

90 illik yubileyi ərəfəsində professor Cəfər Quluzadənin irsinə nəzər saldıqda onun Azərbaycan astrofizikasında bütöv bir elmi mərhələnin formalaşmasına xidmət etdiyi aydın görünür. O, fundamental tədqiqatçı, böyük müəllim və elmi təşkilatçı olmaqla yanaşı, Azərbaycanda Günəş fizikası və astrospektroskopiya üzrə milli elmi məktəbin formalaşmasına mühüm töhfə vermişdir. Onun ən böyük irsi isə yalnız əsərlərində deyil, yetişdirdiyi alimlərdə, yaratdığı elmi mühitdə və elmə sədaqət prinsipində yaşayır.

İskəndər ƏSGƏROV,
fizika–riyaziyyat elmləri doktoru, professor

Namiq QƏDİMOĞLU,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see313

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see264

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see261

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see258

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see250

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see230

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see230

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see218

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see213

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see211

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see207

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see202

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see197

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see193

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see190

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see189

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see187

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see184

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see184

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri