Icma.az
close
up
RU
DNK testindən imtina edən atalar, bu, alimentin məbləğinə birbaşa təsir göstərir

DNK testindən imtina edən atalar, bu, alimentin məbləğinə birbaşa təsir göstərir

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Yenisabah.az hüquqşünas Ayxan Məmmədli ilə müsahibəni təqdim edir:

- DNT analizi yalnız valideynin razılığı ilə keçirilə bilər, yoxsa məhkəmə qərarı ilə məcburi şəkildə icra olunur?

- Yalnız valideynin razılığı ilə deyil, həm də məhkəmə qərarı əsasında, məcburi qaydada. Əgər tərəflər könüllü şəkildə razılıq verirsə, ekspertiza problemsiz həyata keçirilir. Lakin aliment, atalıq və ya mirasla bağlı məhkəməyə müraciət olunduqda, məhkəmə obyektiv araşdırma aparmaq məqsədilə məcburi DNT ekspertizası təyin edə bilər. Marqarita pizza

Bu zaman valideyn imtina etsə belə, məhkəmənin qərarı hüquqi qüvvəyə malikdir. Hətta bəzi hallarda valideynin DNT testindən imtina etməsini məhkəmə atalığı təsdiqləyən dolayı sübut kimi qiymətləndirilə bilər.

Azərbaycanın qanunvericiliyinə görə, məhkəmə tərəfindən təyin edilən ekspertizadan yayınmaq tərəflərin hüquqi mövqeyinə mənfi təsir göstərir.

- Bir daha soruşum, ata DNT analizindən imtina edərsə, məhkəmə bu halı necə qiymətləndirir?

- Əgər ata məhkəmənin təyin etdiyi DNT analizindən imtina edərsə, bu hal məhkəmədə atalıq faktının dolayı sübutu kimi qiymətləndirilə bilər. Azərbaycan məhkəmə təcrübəsində belə imtina, adətən, atalığın təsdiqlənməsinə qarşı çıxmaq üçün əsaslı səbəbin olmadığını göstərən davranış kimi nəzərdən keçirilir.

Mülki Prosessual Məcəlləyə görə, tərəflər sübutların təqdim edilməsində və məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın aparılmasına kömək etməkdə öhdəlik daşıyırlar. Bu öhdəliyin icrasından imtina edilməsi tərəfin mövqeyinə mənfi təsir göstərə bilər və məhkəmə qərar qəbul edərkən bu faktı iddiaçının xeyrinə nəzərə ala bilər.

- Valideyn razılığının yoxluğu aliment almaq hüququnu məhdudlaşdıra bilərmi?

- Valideynin razılıq verməməsi aliment almaq hüququnu məhdudlaşdırmır. Ailə Məcəlləsinə görə, aliment uşağın qanuni hüququdur və valideynlərin şəxsi iradəsindən asılı deyil.

Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borc könüllü şəkildə yerinə yetirilmədikdə, aliment məhkəmə qaydasında tutulur.

Atalıq faktı məhkəmədə müəyyən edildikdən sonra ata aliment ödəmək öhdəliyindən imtina edə bilməz. Bu baxımdan, valideynin razılıq verməməsi uşağın hüquqlarına təsir göstərmir və məhkəmə uşağın maraqlarını qorumaq üçün alimentin ödənilməsini təmin edir.

- Alimentin təyin edilməsi üçün DNT testindən başqa hansı sübutlar əsas götürülə bilər?

- Alimentin təyin edilməsi üçün yalnız DNT testinin nəticələri deyil, digər sübutlar da əsas götürülə bilər. Ailə və Mülki Prosessual Məcəlləsinə görə, məhkəmə atalıq faktını müəyyən edərkən bütün sübutları hərtərəfli araşdırır. Bu sübutlara uşağın doğum haqqında şəhadətnaməsi, valideynlərin nikahı haqqında sənəd, atasının etirafı, şahid ifadələri, tərəflərin birgə yaşaması və ya təsərrüfat aparması barədə məlumatlar, foto və video materiallar, məktublar və yazışmalar, həmçinin uşağın saxlanılması üçün əvvəllər göstərilmiş maddi dəstək faktları daxildir. Məhkəmə bu sübutları qiymətləndirərək atalığın mövcudluğu barədə qərar qəbul edir və nəticədə alimentin ödənilməsini təmin edir.

- Bu məsələdə Azərbaycan qanunvericiliyi ilə digər ölkələrin (məsələn, Avropa ölkələrinin) yanaşması arasında hansı fərqlər var?

-  Azərbaycanda atalıq faktı məhkəmədə müəyyən edildikdən sonra aliment ödənilməsi məcburidir. Əsas sübut vasitəsi DNT testidir, lakin ata imtina etdikdə məhkəmə şahid ifadələri, yazışmalar, birgə yaşayış faktı kimi digər sübutları da nəzərə ala bilər. Atanın DNT testindən imtina etməsi çox vaxt atalığın dolayı sübutu kimi qiymətləndirilir.

Avropa ölkələrində isə qanunvericilik daha sərt və standartlaşdırılmış mexanizmlər təqdim edir. Çox ölkələrdə (məsələn, Almaniya, Fransa, İtaliya) məhkəmə qərarı ilə DNT testi məcburi qaydada icra olunur və valideynin imtinası hüquqi nəticələr doğurur.

Eyni zamanda, Avropada uşağın maraqları əsas prinsip kimi tanınır və valideynin razılığı olmadan da dövlət orqanları uşağın hüquqlarının təmin olunması üçün tədbirlər görə bilirlər.

Beləliklə, Azərbaycan qanunvericiliyi sübutların müxtəlifliyinə daha çox yer verirsə, Avropa ölkələrində məcburi DNT testinə üstünlük verilir və alimentin təyin edilməsi prosesi daha standartlaşdırılmış şəkildə həyata keçirilir.

- DNT analizinin nəticələri aliment öhdəliyinin müddətinə və məbləğin hesablanmasına təsir göstərə bilərmi?

- DNT analizinin nəticələri aliment öhdəliyinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Əgər test uşağın atası olduğunu təsdiqləyirsə, məhkəmə ata üzərində aliment öhdəliyi qoyur. Əksinə, test ata olmadığını göstərirsə, aliment öhdəliyi ləğv edilə və ya heç təyin olunmaya bilər.

Həmçinin, DNT testi ilə ata müəyyənləşdikdə məhkəmə uşağın ehtiyaclarını və atanın maliyyə imkanlarını nəzərə alaraq alimentin məbləğini və ödəniş müddətini müəyyən edir. Beləliklə, DNT analizinin nəticələri həm öhdəliyin mövcudluğuna, həm də alimentin məbləğinə və müddətinə birbaşa təsir göstərir.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri