Icma.az
close
up
RU
Doğma yurdlara dönən karvanlar...

Doğma yurdlara dönən karvanlar...

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beşinci ildönümü bir neçə gündən sonra qeyd olunacaq Böyük Zəfərdən dərhal sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.

Şanlı qələbəmizdən keçən bu müddət ərzində cənnətməkan torpaqlarımızda tikinti-quruculuq işləri uğurla aparılır. Erməni terrorçuları tərəfindən tamamilə yerlə-yeksan edilmiş bütün ərazilərimiz bərpa edilir, dağıdılmış şəhər və rayonlarımız, kəndlərimiz yenidən qurulur.

İşğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi hazırda dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionda təhlükəsizliyə və əmin-amanlığa mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yer alıb.

Ölkə başçısı görüləcək işlər barədə danışarkən dəfələrlə vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulur, evlər, yeni yol-nəqliyyat infrastrukturu, istehsalat sahələri yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar, məktəblər tikilir, inzibati və müasir yaşayış binaları inşa olunur.

Vətən müharibəsində müzəffər xalq kimi özümüzü dünyada təsdiq etdik. Bu təsdiqdə əsas yükü, məsuliyyəti çiyinlərinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu götürdü. Ordu cəsarət göstərərək bu qürurun memarı oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi”.

5 ildir ki, bütün türk dünyası Azərbaycanın qələbəsi ilə fəxr edir. Prezident İlham Əliyevin hər səfərində bu torpaqlarda erməni vandalizminin izləri sürətlə silinir.

44 günlük Vətən müharibəsində eşitdiyimiz xoş xəbərlər bu gün daha sevincli günlərlə əvəz olunur. Elə ay olmur ki, səhər açılar-açılmaz köç karvanı müqəddəs torpaqlara–cənnətməkan Qarabağa yön almasın. O müqəddəs yurd sakinlərinin üzündə, çöhrəsində qəribsəmiş çizgilər açıq-aşkar büruzə verir. Heç vaxt oranı görməyən məsum körpələrin də sevinc hissləri əks olunur–biz Qarabağa, ata-baba yurduna köç edirik.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu ayda bir neçə köç karvanının doğma yurda köçməsinin şahidi olduq. Belə ki, oktyabrın 29-da Ağdam rayonunun Xıdırlı və Ağdərə rayonunun Həsənriz kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu dəfə Xıdırlıya 91 ailə (366 nəfər), Həsənriz kəndinə isə 17 ailə (83 nəfər) köçürülərək onlara evlərin açarları təqdim edilib.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 53 mindən çox insan yaşayır.

Bir neçə il öncə yenicə işğaldan azad olunmuş müqəddəs torpaqlarımızı televiziya ekranında, sosial şəbəkələrdə ürək ağrısı ilə müşahidə edirdiksə, bu gün isə tam əksinə, abadlıq-quruculuq işlərinin sürətlə aparılmasının, şəhər və kəndlərin yüksək zövqlə tikilərək açılışlarının şahidi oluruq. O torpaqlara yeni həyat, isti nəfəs verilir. Doğma torpaq uzun illər uzaq düşmüş sakinlərə – Ağdama, Xocalıya, Kəlbəcərə, Laçına, Zəngilana, Cəbrayıla, Ağdərəyə dönən keçmiş məcburi köçkünlərə qucaq açır.

Yurd yerləri üçün qəribsəmiş insanlar o torpaqları sevinc göz yaşları ilə əzizləyir, əbədi olaraq tərk etməyəcəklərini pıçıltı ilə səsləyirlər. İndi o bərəkətli torpaqlarda sakinlər əkib–becərir, sanki torpaq da əvvəlki bərəkətini bərpa edib. Müqəddəs torpaq da isti əlləri və nəfəsi duyur sanki.

Hər köç karvanı yola düşəndə düşünürsən: biz müqəddəs torpaqlara əbədi qayıtmışıq. Bu yurdların əzəli sahibləri isə qurub-yaratmaq eşqi ilə...

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see268

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see220

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see190

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see182

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see181

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see179

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see178

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see177

ABŞ müttəfiqlərlə münasibətləri maraqlar əsasında quracağını açıqlayıb

31 May 2026 06:23see172

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see171

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see171

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see171

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see168

Barmaqda sıxışıb qalan üzüyü necə çıxarmaq olar? Ev üsulu

31 May 2026 05:26see165

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see164

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see160

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see154

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see154

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see149

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri