Icma.az
close
up
RU
Doğma yurduna qayıdanlara dövlət dəstəyi

Doğma yurduna qayıdanlara dövlət dəstəyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Böyük Qayıdış proqramının icrası uğurla davam edir, sakinlər davamlı olaraq öz doğma yurdlarına köçürlər. İşğaldan azad olunmuş ərazilərdə diqqət mərkəzində saxlanılan məsələlərdən biri də həmin ərazilərdə məşğulluğun təmin olunmasıdır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda sakinlərin sosial dəstək, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunması başlıca vəzifələrdəndir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi həmin ərazilərdə əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparır. Artıq 4 minə yaxın şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Təxminən 2500 nəfər şəxs işlə təmin olunub və daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.

İşğaldan azad olunan ərazilərimizə köçürülən və köçürüləcək şəxslər üçün  məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər hazırlanır. Sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi həmin tədbirlər sırasındadır.  Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır.  Artıq 130-a yaxın şəxs kurslara cəlb edilib. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfat quran şəxslərin sayı artıq 460-a çatıb. 

Bu günlərdə  Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, foto atelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Həssas qruplara aid şəxslərin kiçik biznes qurmalarına imkan yaradan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 2025-ci ilədək ümumilikdə 22 min şəxs aktivlərlə təmin olunacaq.

Qarabağ və Şərqi Zəngəzurda əmək bazarının dirçəlməsi və dayanıqlı məşğulluğun təmin olunması məqsədilə əmək yarmarkalarının təşkili mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, 2023-cü ildə  Füzuli və Laçında ilk dəfə olaraq əmək yarmarkası təşkil edilib. Füzuli şəhərində keçirilən yarmarkada 16 işəgötürən üzrə 109, Laçın şəhərində isə 16 işəgötürən üzrə 200 vakansiya təqdim edilib. Ötən il həmin ərazilərdə 10 əmək, bir peşə yarmarkası həyata keçirilib. Yarmarkalarda bank, sığorta, istehsal və xidmət, emal sahəsi ilə bağlı olan vakansiyalara üstünlük verilir. Azad olunan ərazilərdə daha çox tikinti-quruculuq işləri, xidmət sahələri üzrə əməkdaşlara ehtiyac olduğuna görə daha çox yönləndirmə bu istiqamətlər üzrədir.

Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur ərazilərində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlçatan reabilitasiya imkanları yaratmaq məqsədilə yeni müəssisələrin açılması istiqamətində işlər aparır. 

İşğaldan azad edilən ərazilərimizdə də sosial xidmət mərkəzləri şəbəkəsi genişləndiriləcək. Bu bölgələrimizdə tənha ahıl və əlilliyi olan şəxslərin sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı, evlərində stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni zamanda, dövlət sosial sifarişləri əsasında qeyd edilən ərazilərdə günərzi qayğı və icma əsaslı reabilitasiya xidmətləri göstərən mərkəzlər qurulacaq.

2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində açılışı olan Qarabağ Regional DOST Mərkəzi Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd rayonları və Xankəndi şəhərinin sakinlərinə xidmət göstərir. Mərkəzdə ötən dövrdə “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında 161 növ sosial xidmət göstərilib. Qarabağ Regional DOST Mərkəzi gün ərzində təxminən 650-700 vətəndaş qəbul edə bilir. Bir ildə təxminən 20 min nəfərə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və rea­bilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət və sosial-pedaqoji xidmətlər göstərilir. Son iki ildə 147 min vətəndaşın bu xidmətlərdən məmnunluğu 99,7 faiz təşkil edib.

Mərkəzin nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də açılıb. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də Peşəyönümü və Karyera Mərkəzi, inzibati və texniki otaqlardan ibarət olan həmin Mərkəzdə  48 peşə istiqaməti üzrə tədrisin həyata keçirilməsi, bir dəfədə 300, ildə 1200 nəfərin peşə hazırlığı keçməsi üçün hər bir şərait yaradılıb. 

Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə təmin olunur. Bərdə şəhərindəki Qarabağ Regio­nal DOST Mərkəzində bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir. Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir. 

Reabilitasiya məntəqəsində ötən dövr­də əlilliyi olan 1450-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məntəqədə əlilliyi olan şəxslərə ambulator formada müalicə ilə yanaşı, ehtiyac duyduqları 800-dən çox reabilitasiya vasitəsi də verilib. Ambulator Reabilitasiya Mərkəzi - “RehaPoint”  infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri gələcəkdə 12 DOST Mərkəzi üzrə genişləndiriləcək və ümumilikdə, 72 mindən çox əlilliyi olan şəxsi əhatə edəcək.

Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri