Icma.az
close
up
RU
Doğrudanmı, Azərbaycandan Rusiyaya çevriliş məktubu göndərilib?!

Doğrudanmı, Azərbaycandan Rusiyaya çevriliş məktubu göndərilib?!

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Dövlət əleyhinə cinayətlərdə ittiham edilmiş Ramiz Mehdiyevlə bağlı yeni xəbər var. APA bir məktub yayıb. Agentliyin məlumatına görə, bu məktubu Mehdiyev Rusiyanın "müəyyən strukturlarının rəhbərlərinə" göndərib.

Həmin məktubda Azərbaycanda referendum keçirilməsi, "Dövlət Şurası" yaradılması təklif olunur. Ölkədə bütün dövlət hakimiyyətinin 50 nəfərdən ibarət olması nəzərdə tutulan bu "Şura" ya verilməsi də bu təklifə daxildir. Şura həm dövlət başçısının, həm Konstitusiya Məhkəməsinin, həm Təhlükəsizlik Şurasının bütün səlahiyyətlərini özündə cəmləşdirməli imiş. İcra hakimiyyətini - Nazirlər Kabinetini isə parlament seçkilərinin nəticələri əsasında ən çox səs qazanmış partiyanın lideri olan baş nazir formalaşdıracaqmış və sair.

Əgər bu məktubu, doğrudan da, Ramiz Mehdiyev yazıbsa, bu, istintaqla rəsmən sübut olunsa və məhkəmə hökmü ilə məntiqi sonluğa bağlansa, deməli, ölkədə çevriliş cəhdi olub. O halda bu, dövlətin qanuni seçilmiş hakimiyyət orqanlarını devirmək planı imiş. Həm də xarici dövlətin (konkret halda Rusiyanın) köməyi ilə!

Belə bir niyyət hakimiyyəti xalqdan deyil, xarici ölkədən almaq cəhdidir. Bunlar çox ağır cinayət şübhələridir və təsdiqini tapacağı halda təkcə Ramiz Mehdiyev deyil, onun siyahısında olan ən azı 50 nəfər də məsuliyyətə cəlb oluna bilər.

Bəs həmin o 50 nəfər kimlərdir? Bu suala, əlbəttə, istintaq cavab verə bilər. Mediada belə bir versiya da irəli sürülür ki, əgər Azərbaycanın xüsusi xidmət orqanları çevriliş cəhdi ilə bağlı mötəbər əməliyyat məlumatları əldə edibsə, yəqin ki, "Dövlət Şurası" nda təmsiı olunacaq 50 nəfərin adları da bəllidir. Bu adamların hamısının olmasa da, bir qisminin kimliyini az-çox təxmin etmək olar. Mediada artıq bəzi adlar çəkilib, müəyyən ehtimallar irəli sürülüb. Ramiz Mehdiyevin yaradılmasını nəzərdə tutduğu iddia edilən "Dövlət Şurası"nın tərkibinə dair mümkün siyahıdakı adamların çoxmilyonluq, hətta çoxmilyardlıq varidatları yavaş-yavaş açıqlanır. Bunlar vaxtilə dövlət idarəçiliyində təmsil olunmuş, yaxud hələ də təmsil olunan adamlardır. Ehtimal olunur ki, qanunsuz yolla əldə olunmuş bu onmilyonlar, yüzmilyonlar, milyardlar ölkədə çevriliş planlarının maliyyələşməsinə yönəlməli imiş. Bu məlumatlar istintaqla təsdiqini tapdığı zaman xeyli keçmiş məmur, deputat, iş adamı və sair qanunun ən sərt üzü ilə qarşılaşmalı olacaq. Ancaq mediada yayılan əvvəlki məlumatlarda açıq qoyulmuş "tövbə qapısı" haqda bir işarə də var idi. Məlumatı yayan media resursunun iddiasına görə, bu çevriliş planlarından xəbəri və bu əməllərdə hər hansı formada iştirakı olanlar istintaqla əməkdaşlıq etsələr, onlar cəzadan azad ola və az cəza ala bilərlər.

Yenidən "Dövlət Şurası" məsələsinə qayıtmaq istərdim. Bu, orta çağlardan gəlmə bir ideyadır. Kralların, çarların yanında belə şuralar olub. Həm də məşvərətçi statusunda. Mehdiyevə aid edilən məktubda isə bu "Şura" əsas (ali) hakimiyyət səlahiyyətlərini özündə cəmləşdirən struktur olaraq keçir. Bu məsələ şərh edilərkən, bəzən tarixdə mövcud olmuş Milli Şuralar da məlum "Dövlət Şurası" nın prototipi kimi təqdim olunur. Hətta iqtidar mediasında yazılanlara görə

12 il bundan əvvəl Azərbaycandakı bəzi qruplar da Rusiya prezidenti Vladimi Putinə bir məktub göndəriblər və Ramiz Mehdiyevə aid edilən son məktub da əvvəlkinin analoqu, protptipi kimi şərh edilir.

Daha əvvəl Azərbaycandan kimlərsə Rusiya hakimiyyətinə belə bir məktub göndəribmi? O məktubla bu gün yayılan mətn arasında bir əlaqə varmı, yoxmu, bunu bilmirəm. Tək bildiyim bir şey var: Azərbaycan öz tarixinin çox mürəkkəb və məsul bir anını - tarixi dönüş məqamını yaşayır. Ortada dövlətə xəyanət varsa, Rusiyanın, yaxud başqa bir xarici dövlətin, xarici bir qüvvənin əli ilə dövlət çevrilişi etməyə cəhd varsa, bu əməlin təşkilatçıları və iştirakçıları kimliyindən asılı olmayaraq, öz cəzasına çatmalıdır. Çünki elə günahlar var, onu bağışlamaq özü böyük günahdır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Oktyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see293

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see270

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see221

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see211

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see208

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see185

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see179

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see168

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see152

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see145

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri