Icma.az
close
up
RU
Doğulanların sayına görə 90cı illərə qayıdırıq: Bu gedişlə ölənlərin sayı daha çox olacaq

Doğulanların sayına görə 90cı illərə qayıdırıq: Bu gedişlə ölənlərin sayı daha çox olacaq

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə əhalisinin artımı doğulanların sayı ilə bağlı yanlış təəssürat yaradır. Bizə elə gəlir ki, doğum göstəricilərində problem yoxdur, artım varsa, bunun adını da çəkməyə dəyməz. Halbuki doğulanların sayı hər il azalır. Hətta 2024-cü ildə 2000-ci illərin ən aşağı göstəricisi qeydə alına bilər. Böyük ehtimalla belə də olacaq.

Bizimyol.info xəbər verir ki, doğulanların sayı ilə bağlı ictimaiyyətə tez-tez məlumat verilmir. Adətən, ilin ortasında və əvvəlində statistika açıqlanır. Məhz bu dövrlərdə müəyyən nəticəyə gəlmək olur.

2024-cü ilin yanvar-iyun aylarında 48 min 702 körpənin doğumu rəsmiləşib. Keçən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Yəni 10 faiz azalma qeydə alınıb.

2023-cü ildə ümumilikdə 112 min 620 körpə dünyaya göz açmışdı. 2022-ci illə müqayisədə 10 min nəfərdən çox azalma olmuşdu. Onda statistika ciddi müzakirəyə çıxarılmışdı. Bu qədər azalma gözlənilmirdi. Hərçənd, illərdir tendensiya davam edir.

İlin ortasında açıqlanan rəqəmlər belə ehtimala şərait yaradır ki, ümumi doğum sayı 100 minə çatmayacaq. Əhalinin hər 1000 nəfərinə düşən göstərici də 10 faiz aşağı düşüb. İlin sonuna qədər bu temp qalacaqsa, deməli, ciddi azalma görəcəyik. Doğum statistikasında 90-cı illər rəqəmlərinə qayıdırıq.

Doğulanların sayının artımı 2011-ci ilə qədər müşahidə edilib. Sonradan azalma başlayıb. 12 il ərzində illik azalma 64 min nəfərə çatıb. Bu gedişlə tezliklə ölənlərin sayı daha çox olacaq. Doğum sayı az qala iki dəfəyə yaxın azalıb.

Bəs doğum sayı niyə azalır? Hər şeydən əvvəl ona görə ki, nikahların sayında aşkar azalma var. Bu haqda dəfələrlə yazmışıq. Diqqət daha çox boşanmaların sayının artmasına yönəldilir. Halbuki nikahların sayının azalması daha ciddi problem sayılmalıdır. Niyə belədir? Çünki əhalinin sosial vəziyyəti pisləşib. Gənclər evlənə bilmir. Sosial şərtlər buna imkan vermir. Gənclər özünü ölkədə ifadə edə bilmədiyinə görə çıxış yolunu vətəni tərk etməkdə görür. Bu halda nikah da azalacaq, doğum sayı da. Vəziyyətin nə dərəcədə pis olmasını isə sonra gec də olsa anlayacağıq. Daha doğrusu: anlayacağıqmı?!

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see244

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see236

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see188

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see166

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see133

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri