Icma.az
close
up
RU
Hörmətli Canəli müəllim

Hörmətli Canəli müəllim

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Son vaxtlar cəmiyyətdə elə insanlara rast gəlmək olur ki, bəzən onun necəliyini tanımaq üçün oturub fikirləşməli olursan. Diqqətlə baxanda hiss edirsən ki, düzgün, qeyrətli tanıdığımız adamlar elə bil yoxa çıxıb. Onların yerini isə yaltaq, ikiüzlü, yalançı adamlar tutub desək, yanılmarıq. Amma müşahidələrim mənə deməyə imkan verir ki, nədənsə yalançı, xəbərçi, yaltaq adamlar da kollektivdə daha böyük hörmətə malik olurlar.
Müəyyən vəzifəyə keçmək üçün öz müdirinin yanından ayrılmır, iş yerində nə hadisə baş verirsə, hər şeyi son nöqtəsinə qədər ona çatdırır. Buna baxmayaraq nədənsə öz müdirləri tərəfindən onların fəaliyyətlərinə xitam verilir.
Bununla bağlı yaşadığım bir hadisəni sizlərlə bölüşmək istərdim. Bu hadisə uzun illər tanıdığım, lakin xasiyyətinə yaxşı bələd olmadığım bir tanışımla bağlıdır.
Adı Canəli olan bu “dostum” orta məktəbin 9-cu sinfində olanda dərsin düz ortasında atası ilə sinfə daxil oldu. Açığını desəm mən Canəli ilə bir o qədər də oturub durmurdum. Onun danışığını, dediklərini dinləsəm də bütün bunları qulaqardına vururdum. Canəlinin dediyinə görə onun babasının adı Əlican olub. Odur ki, Əlican babası ona bu adın tərs variantını qoymuşdur.
Doğrudan da Canəlinin özünü aparmasından, danışığından heç də yaxşı uşağa oxşamırdı. Buna baxmayaraq, şagirdlər arasında özünə hörmət qazana bilmişdi. Canəlinin qısa bir zamanda sinfimizin atamanı sayılan Vəli ilə dostluğu onun nüfuzunu daha da yüksəldirdi.
Canəlinin necə bir adam olduğunu bir olay əsasında tam öyrəndim. Belə ki, məktəbimizin yanında rayonun mərkəzi idman meydançası vardı. Günlərin birində orada hansısa böyük bir tədbir keçirilirdi. Bizə məktəbdən həmin tədbirə getməməyimizi tapşırmışdılar. Buna baxmayaraq, başda Vəli ilə Canəli olmaqla uşaqların böyük əksəriyyəti dərsdən qaçıb tədbirə getmişdilər. Bu da müəllimlərimizin qəzəbinə səbəb olmuşdu və onlar rəhbərlik tərəfindən də lazımınca danlanıldı. Onu da qeyd edim ki, bu prosesdə Canəli xüsusi fəallıq göstərərək nəinki tədbirə gedənləri, hətta kimin orda nə iş gördüyünü hamısını bircə - bircə direktora xəbər verdi. Bu hərəkətinə görə Canəlinin sinfin oğlanları tərəfindən cəzalandırılacağını gözləyirdim. Amma elə olmadı. Sanki bu xəbərçinin şahidliyindən sonra onun nüfuzu daha da artdı. Nə qədər qəribə də olsa Canəliyə bu hərəkətinə görə irad tutan olmadı. Bu “işverənliyinə” baxmayaraq Canəlinin hörməti əksinə bir az da artdı.
Aradan illər keçdi. Imtahan verərək universitetə daxil oldum. Təhsilimi bitirib rayonumuzun kənd məktəblərinə işə düzəldim. Tanışlarımın birindən Canəlinin ali məktəbi “birtəhər” bitirməsi haqqında eşitdim.
Bir dəfə məktəbin direktoru İcra Hakimiyyəti başçısının hesabat iclasına gedə bilmədiyi üçün bu işi mənə və müavininə tapşırdı. Biz heç bir etiraz bildirmədən razılıq verdik. İclas zalına çatanda birdən Canəli müəllim gözə dəydi. Keçmiş sinif yoldaşım yaxasına qırmızı qalstuk vurub şux geyimdə qapıya yaxın yerdə durub icra başçısının gəlişini gözləyirdi. Sən demə Canəli artıq məktəbin direktoru seçilibmiş.
Bir neçə dəqiqədən sonra başçı zala daxil oldu. Hesabata başlayan başçı təhsillə bağlı məsələyə gələndə “Nümunəvi direktor olaraq” Canəli müəllimin adını çəkdi. O, “problemlərin aşkarlanması və həll olunmasında Canəli müəllim əsl fədakarlıq göstərir”, - deyə zalın ortasında bir xeyli ayaq üstə durmuş keçmiş sinif yoldaşımı göstərdi. Zalda alqış səsləri ucaldı.
Bir müddət keçdikdən sonra Canəlinin məktəb işindən ayrılıb hansısa tikinti şirkətində çalışdığını eşitdim. Hərə bir söz danışırdı. Bəziləri onun sertifikasiya imtahanından keçə bilmədiyini, bəziləri də tikinti şirkətində yaxşı pul verildiyinə görə təhsildən uzaqlaşdığını deyirdilər. Bilinən isə o idi ki, Canəli şirkətin müdir müavini olmuşdu.
Bir dəfə axşamüstü marketdən ərzaq alıb evə qayıdırdım ki, qarşımda iki nəfərin söhbət edə-edə getdiklərini gördüm. Onların söhbətlərindən belə anladım ki, hansısa tikinti şirkətində fəhlə işləyirlər və əmək haqlarının alınmasında nədənsə problem yaranmışdı. Onlardan biri o birisinə deyirdi: - bizə yeni prorab gəlib, o gələndən sonra aləm qarışıb bir-birinə. Gördün? Müdirlə aramızı necə vurdu? Heç pullarımızı düz-əməlli ala bilmirik.
- Canəlini deyirsən?
- Bəli, Canəlini deyirəm, onu görüm lənətə gəlsin..!
Mehman Fərmanov
Newscenter.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Dekabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri