Doğum gününü qeyd edən Afaq Bəşirqızı: “Onun üçün çox darıxıram, amma bildirmirəm...“
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün, avqustun 15-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, Prezidentin fəxri təqaüdçüsü Afaq Bəşirqızının doğum günüdür. Sevilən sənətkar 71 yaşını qeyd edir.
Musavat.com-un əməkdaşı Xalq artistinin doğum günü münasibətilə hisslərini, yaradıcılıq planlarını və qarşıdakı dövr üçün arzularını öyrənib.
Moderator.az müsahibəni təqdim edir:
–Doğum gününüzü necə qeyd edirsiniz? Sağlamlığınız necədir, özünüzü necə hiss edirsiniz?
–Allaha şükür! Belə bir gündə gərək hər şeyə “yaxşıyam, gözələm, sağlamam, şükürlər olsun” deyəsən. Ümumiyyətlə, maşallah, yaxşıyam. Yavaş-yavaş artıq bərpa olunuram. Ad günümü də ailəmlə, yaxınlarımla birgə keçirəcəyik.
–Nəvənizi də bu günlərdə əsgər yola saldınız...
–Hə... Onun üçün çox darıxıram. Amma yanında bir o qədər də büruzə verməməyə çalışıram. Allah qoysa, inşallah, bir az vaxt keçsin, yanına gedəcəm.
–Afaq xanım, sentyabrda başlayacaq yeni mövsümdə sizi teatrda və serialda görə biləcəyikmi?
–Əlbəttə. Mən “Space” kanalı ilə birillik müqavilə bağlamışam. Bu, bir sürpriz olacaq. Həm serial, həm də tamaşaçılarla görüş xarakterli gözəl bir veriliş yayımlanacaq.
–Bəs teatrda?
–Əlbəttə, teatrda da planlarım var. Allah qoysa, inşallah, mütləq reallaşdıracağıq.
–Yeni yaşını qeyd edən Afaq Bəşirqızına nə arzulamaq istərdiniz?
–Mən Afaq Bəşirqızına yalnız və yalnız cansağlığı arzulayıram. Cansağlığı olanda Afaq Bəşirqızı çox güclü olur və istədiyi arzuları Allahın köməkliyi ilə yerinə yetirə bilir. O arzular da yalnız səhnədə olmaq, tamaşaçıları təbəssümə və gülüşə həsrət qoymamaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 15 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















