Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Doğum sayının azalması Azərbaycana ciddi problemlər vəd edir? AÇIQLAMA

Doğum sayının azalması Azərbaycana ciddi problemlər vəd edir? AÇIQLAMA

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin ilk yarısında ölkədə doğum göstəriciləri azalıb. Ədliyyə Nazirliyinin məlumatına görə, yanvar–iyun aylarında 45616 körpə qeydə alınıb. Bununla əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Maraqlıdır, belə bir vəziyyət gələcəkdə hansı sosial və iqtisadi problemlərə yol aça bilər?

İqtisadçı ekspert Eldəniz Əmirov Ölkə.az-a açıqlamasında bildirib ki, Azərbaycanda demokratik göstəricilərin dəyişməsinin bir neçə səbəbi vardır.

Onun sözlərinə görə, bu səbəblər arasında nikahların və boşanmaların sayındakı dəyişikliklər, iqtisadi və sosial amillər, həmçinin qloballaşma prosesinin təsirləri xüsusi yer tutur:

"Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ölkələr inkişaf etdikcə əhali artımının dinamikası zəifləyir. Bu prinsip yalnız çox az sayda ölkədə özünü doğrultmur. Digər bütün ölkələrdə isə prinsip belədir.

Yəni hətta elmi ədəbiyyatlarda belə bu məsələ öz təsdiqini tapır. Ölkə nə qədər az inkişaf edərsə, əhali sayında artım dinamikası bir o qədər yüksək olur. Ölkənin qloballaşan dünyaya inteqrasiyası artdıqca, birmənalı şəkildə əhali sayının artımında da dəyişiklik müşahidə olunur. Yəni bunu birbaşa sosial faktorlarla bağlamaq doğru deyil. Ölkə olaraq da biz buna hazır olmalıyıq.

Mən hesab edirəm ki, elə bir gün gələcək və həmin dövrdə demoqrafik göstəricilərin artım dinamikası xeyli zəifləyəcək. Bu isə dövlətin demoqrafik siyasətinə müəyyən korrektələr etməsini zəruri edəcək. Lakin bu, yaxın 3–5 ilin deyil, daha çox 10 il və ondan sonrakı dövrün məsələsidir.”

Ekspert qeyd edib ki, Azərbaycan kimi mövcud əhali sayı və ərazisi olan ölkələrdə, eyni zamanda, iqtisadi göstəricilərə malik olan ölkələrdə əhalinin sayının azalması hər hansısa bir ciddi problem yaratmır:

"Azərbaycanda olan göstəriciləri Qazaxıstanla və yaxud da Rusiya ilə müqayisə edin. Qazaxıstanın 3 milyon kvadrat kilometrə yaxın ərazisi, 20 milyon da əhalisi var. Qazaxıstanın ərazisi Azərbaycandan 31 dəfə çoxdur, əhalisi isə cəmi 2 dəfə. Təsəvvür edin ki, 15  dəfə, yəni 15 dəfə 1400  faiz deməkdir. 1400 faiz Qazaxıstan yüksək göstəriciyə malikdir. Belə olan halda əmək bazarının işçi qüvvəsi ilə təmin olunmasında, iqtisadiyyatın inkişafında və s. məsələlərdə böyük işçi qüvvəsinə ehtiyac olur. Hansı ki, Rusiya da bu problemi yaşayır, amma Azərbaycan kimi ölkədə ərazi sayına və əhali sayına görə olan göstəricilərdə əhali sayında olan hazırkı dinamika heç də qorxulu hədd deyil.

Bu məsələ çox geniş müzakirə ediləsi və həssas məsələdir. Bu gün 10 milyon əhali var və böyük hissə əhalinin yarısı az qala Bakıdadır. Hərəkət donub, hərəkət etmək mümkün deyil. Sabah 20 milyon əhali olduğu zaman və onun 10 milyonu Bakıda olduğu zaman nə baş verəcək? Bu gün ölkə iqtisadiyyatında o qədər işçi qüvvəsi çatışmazlığı yoxdur. Bunu etiraf edək. 

Hansı ölkələrdəki işçi qüvvəsinə tələbat kəskin artıb və demoqrafik göstəricilər yaxşı deyil, o zaman iqtisadi problemlər yaranır. Bu gün Azərbaycan adambaşına düşən ümumdaxili məhsulda Gürcüstandan da, Ermənistandan da geridədir. Əhali sayı artsa, nə baş verəcək? Əhali sayı artanda adambaşına düşən ümumi daxili məhsul daha da azalmış olacaq. O zaman deyə bilərlər ki, iqtisadiyyatı inkişaf etdirək. Amma mövzu bu gün iqtisadi inkişafla deyil, əhalinin sayı ilə bağlıdır".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Avqust 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri