Icma.az
close
up
RU
Doğuşdan sonra saçların tökülməsi. MƏSLƏHƏTLƏR

Doğuşdan sonra saçların tökülməsi. MƏSLƏHƏTLƏR

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Doğuşdan sonra qadınların bir çox hissəsi saçların intensiv şəkildə tökülməsi ilə üzləşir.

Bu qadının orqanizmində baş verən güclü hormonal dəyişikliklərlə bağlıdır. Adətən saçlar doğuşdan 3-6 ay sonra tökülməyə başlayır və bu bütün əmizdirmə dövrü ərzində davam edir.

Lakin bundan qorxmaq lazım deyil. Əksər qadınlarda saçlar bir müddətdən sonra tam bərpa olunur. Məsələ burasındadır ki, qadın hormonları qadınları keçəlləşmədən qoruyur. Bu səbəbdən keçəlləşməyə  qadınlar arasında kişilərlə müqayisədə çox nadir hallarda rast gəlinir. Bu təbiətin qanunudur. Lakin saçların daha tez bərpa olunması üçün qadın bəzi tövsiyələrə əməl etməlidir.

- Əmizdirən analar üçün xüsusi vitamin-mineral kompleksləri mövcuddur ki, bu komplekslərin tərkibinə, o cümlədən, saçların sağlamlığı üçün vacib olan maddələr daxildir.

- Sağlam tamdəyərli qidalanma da olduqca vacibdir. Bir çox hallarda uşağa baxımla məşğul olan cavan ana qidalanmasına fikir vermir, vaxtında qidalanmır. Bu qəti şəkildə yolverilməzdir. İlk növbədə bu qadının ümumi səhhəti üçün ziyanlıdır. Digər tərəfdən orqanizmdə lazım olan vitamin və mikroelementlərin çatışmazlığı ilk növbədə dəri və saçların vəziyyətinə təsir edir. Orqanizm əsas orqan və sistemləri vacib maddələrlə təmin etməyə çalışır, dəri, saçlar, dırnaqlar isə belə vəziyyətdə arxa plana çəkilir.

- Saçları yuduqda balzamdan istifadə etməyin. Balzam saçların tökülməsini gücləndirə bilər. Saçları möhkəmləndirən xüsusi maskalardan istifadə etmək olar. Fen, saç ütüsü, saçların boyanması, burulması bu dövr ərzində əks-göstərişdir.

- Xalq təbabətində tökülən saçların bərpası üçün müxtəlif effektli vasitələr var. Gənəgərçək və ayıpəncəsi yağları ilə saç maskaları, saçların gicitkən, pıtraq dəmləmələri ilə yaxalanması və s. çox yaxşı effekt verir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 06:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri