Icma.az
close
up
RU
Doğuşdan sonra mümkün olan ağırlaşmalar

Doğuşdan sonra mümkün olan ağırlaşmalar

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əfsuslar olsun ki, doğuşdan sonrakı dövrdə həkim müdaxiləsi tələb edən vəziyyətlər yarana bilər.

Öz vəziyyətinizə diqqət yetirin, doğuşdan sonra heç olmasa 1 həftə ərzində bədən hərarətinizi ölçün.

Çünki, demək olar ki, doğuşdan sonrakı bütün fəsadlar hərarətin yüksəlməsi ilə müşayiət olunur.

Endometrit (uşaqlığın daxili qişasının iltihabı) zamanı qadının bədən hərarəti yüksəlmiş olur. Xəstəliyin yüngül gedişi zamanı hərarətin yüksəlməsi az olur, ağır formalarında isə hərarət 40 - 41°С-yə qədər yüksəlir. Temperaturun yüksəlməsi üşütmə, əzginlik, baş ağrısı ilə müşayiət olunur. Onu da qeyd etmək lazımdır ki, doğuşdan sonrakı dövrdə qadınların əksəriyyətində hərarətin bir qədər yüksəlməsi baş verir və bu, südün gəlməsindən məlumat verir. Bu dövrdə əksər qadınlarda ümumi zəiflik də olur. Bunları bilsəniz də, orqanizminizdə baş verən hər bir kiçik dəyişiklik barədə belə, həkiminizə məlumat verin! Əgər hərarətiniz evə yazıldıqdan sonra qalxarsa, dərhal həkiminizlə əlaqə saxlayın!

Endometrit qarının aşağı hissələrində, beldə yaranan ağrılarla müşayiət olunur. Ana südü ilə əmizdirmənin ilkin dövründə uşaqlığın yığılması ilə əlaqədar olan ağrılardan fərqli olaraq, endometrit zamanı olan ağrılar daimi xarakter daşıyır.

Endometrit zamanı, doğuşdan sonrakı dövrdə qadın cinsiyyət orqanlarından olan ifrazatların xarakteri dəyişir. Normada doğuşdan sonrakı ilk 2-3 gün ərzində bu ifrazatlar qanlı və kifayət qədər çox olur, sonralar onların miqdarı azalır, pəngi isə əvvəlcə qəhvəyiyə bənzər, sonra sarımtıl çalarlıq alaraq 6-8 həftə sonra tamamilə kəsilir. Endometrit zamanı bu ifrazatlar daha uzun müddət ərzində miqdarca çox və qanlı olur. Bir çox hallarda onlar pis iyli, bəzi hallarda isə yaşılımtıl olur.

Sadalanan bu əlamətlər qeyd edilən kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Endometrit təhlükəli xəstəlikdir ki, sonsuzluğa və hətta qadının həlak olmasına gətirib çıxara bilər. Endometritin müalicəsi antibiotiklərlə aparılır.

Qadınların doğuşdan sonra üzləşdiyi problemlərdən biri də – laktostazdır (südün döş vəzilərində durğunluğu). Laktostaz zamanı döş vəzilərinin ölçüləri böyüyür, onlar bərkiyir, ağrılı olur, bədənin hərarəti artır. Bunun qarşısını almaq üçün doğuşdan sonrakı ilk 3-4 gün müddətində, gün ərzində qəbul edilən mayenin miqdarını 800 ml-dək azaltmaq və uşağı müntəzəm surətdə əmizdirmək lazımdır. Əmizdirmə rejimi düzgün qurulduqda (əmizdirmənin lap əvvəlindən etibarən 5-7 dəqiqə bir döşlə, 5-7 dəqiqə o biri döşlə olmaqla – hər əmizdirmədə bu qayda gözlənilməlidir) döş vəzilərinin bərkiməsi tədricən keçib gedir. 1-2 gündən sonra isə vəziyyət xeyli yaxşılaşır.

Düzgün müalicə edilmədiyi halda laktostaz çox təhlükəli bir xəstəlik olan mastitə (süd vəzilərinin iltihabı) keçə bilər. Mastitin əsas əlamətləri aşağıdakılardır: bədən temperaturunun yüksəlməsi; üşütmə; ümumi halsızlıq; zəiflik; süd vəzilərində olan ağrı; vəzi nahiyəsində dərinin qızarması və onun müəyyən bir sahəsinin bərkiməsi.

Mastitin ilkin əlamətləri qeyd edilən kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır.

Vaxtında düzgün müalicə aparılmadığı halda, iltihabi proses ağırlaşaraq əvvəlcə irinli, sonra isə fleqmanoz mastitə keçir. Fleqmanoz mastit xüsusilə təhlükəli hesab edilir. Bu halda iltihabi proses süd vəzisinin böyük bir hissəsini əhatə edir - onun toxuması əriyir və iltihabi proses ətraf toxuma və dəriyə də yayılır. Bu zaman qadının vəziyyəti həddən artıq ağır olur: bədən hərarəti 40°С-yə yüksəlir, güclü üşütmə və tərləmə, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, bəzi hallarda hərarətin ən yüksək olduğu zaman qusma, təngnəfəslik və s. əlamətlər qeyd edilir. Bəzi hallarda arterial təzyiqin kəskin şəkildə enməsi və şok da baş verə bilər. Yerli əlamət olaraq süd vəzisi kəskin şəkildə böyüyür, onun üzərindəki dəri qatı ödemləşir, qızarır və göyümtül çalarlıq alır.

Buna görə də mastitin ilkin əlamətləri qeyd edilən kimi, özbaşına müalicə ilə məşğul olmayaraq, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Həkim ilkin olaraq xəstənin süd vəzilərini müayinədən keçirərək, lazım olduqda qan və sidiyin ümumi müayinəsi, ana südünün bakterial floraya görə əkilməsi və digər müayinələr apardıqdan sonra qadına tələb olunan müalicə təyin edir. Mastitin müalicəsinin əsasını antibakterial preparatların (antibiotiklərin) təyin edilməsi təşkil edir. İrinli və fleqmanoz mastitlər isə yalnız cərrahi yolla müalicə olunurlar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri