Icma.az
close
up
RU
Doğuşdan sonra SAÇ TÖKÜLMƏSİ. Səbəblər

Doğuşdan sonra SAÇ TÖKÜLMƏSİ. Səbəblər

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Bir çox qadın belə hesab edir ki, onların saçları hamiləlik dövründə daha sağlam və gözəl  idi, lakin doğuşdan sonra güclü tökülməyə başlayıb.

Bu həqiqətən belədir. Hamiləliyin ilk aylarında saç tökülməsi müşahidə olunsa da, sonrakı aylarda, demək olar ki, tamamilə dayanır.

Hamiləlik zamanı baş verən ciddi hormonal dəyişikliklər qadının orqanizminə və o cümlədən saçların inkişafı, yetişməsi və tökülməsinə müxtəlif təsirlər göstərir. Belə ki, saçlarımızın  keyfiyyətinə müsbət təsir göstərən estradiol hormonunun miqdarı hamiləlik dönəmində adi vaxta nisbətən dəfələrlə artmış olur.

Gənc qızlarda saç tökülməsi və seyrəlmələrin hormonal çatışmamazlıq üzündən baş verdiyini nəzərə alsaq, bu hormonların nə dərəcədə müsbət təsir etdiyini anlamış olarıq.

Elə hamiləlik hormonlarının təsirindən saçların inkişaf fazası uzanır və saçların 95%-i tədricən bu fazaya keçir. (Adi halda sağlam qadınlarda saçların 85%-i bu fazada olur.)

Başqa sözlə desək hamiləlik dövründə hətta fizioloji, normal saç itkisi də aradan qalxır. Başın tüklü hissəsində saçların sayı artır, bununla da həcm artmış olur.

Hamiləlikdən az sonra hormonların təsiri qurtarır, saçların çox hissəsi inkişafın son mərhələsinə keçir ki, bununla da saçların diffuz tökülməsi prosesi başlayır.

Belə saç tökülməsi hormonal kontraseptivlərin qəbulunu dayandırdıqdan sonra da müşahidə olunur. Çünki bu preparatlar orqanizmdə hamiləliyə bənzəyən hormonal fon əmələ gətirir. Dərmanın təsiri qurtaran kimi saçlar inkişafını dayandırıb "sakitlik" fazasına keçir.

Bəzən saç follikullarının bir qismi "sakitlik" fazasından sonra yenidən aktiv fazaya keçmək, yeni saçları əmələ gətirmək iqtidarında olmurlar və yeni saçların əmələ gəlməsi prosesi dayanır. Bu səbəbdən də saçlarda gözlə görünən seyrəlmələr əmələ gəlir.

Saç tökülməsinin artması doğuşdan 2-3 ay, çox vaxt hətta 4 ay sonra başlayır, bir neçə ay, hətta 1 il davam edə bilər.

Xalq arasında belə bir deyim var ki, "uşaq ananın üzünə güləndə ananın saçı tökülür". Uşağın ananın üzünə baxıb gülməsi də bu dönəmə düşdüyü üçün nənələrimiz bunu gülməklə əlaqələndiriblər. Əslində isə bu hamiləlik hormonlarının təsirinin bitməsi ilə əlaqəli olan bir prosesdir.

Buna gənc ananın doğuş zamanı aldığı psixo-fizioloji  travma, güclü qan itkisi, qanın plazmasında zülalların defisiti kimi amillər əlavə olunarsa, bu vəziyyət bir qədər də ağırlaşa bilər.

Bu səbəbdən də doğuşdan sonra əmələ gələn saç tökülmələrinin müalicəsi zamanı hamiləlikdən yarana bilən hər hansı ağırlaşdırıcı faktorların, məsələn mikroelementlərin defisiti, doğuşdan sonra bəzi hallarda əmələ gələn depressiyalar və s. ağırlaşmaların da korreksiya olunması gərəklidir.

Dr. Gültəkin Abdullayeva,

Həkim-trixoloq

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri