“Dohadakı görüşdə tərəflər yarımçıq qalmış məsələləri müzakirə edəcəklər” ŞƏRH
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Dohada keçirilən görüşdə əsas diqqət yarımçıq qalmış məsələlər üzərində cəmləşə bilər. Belə ki, sülh müqaviləsi paraflansa da, onun icra mexanizmləri tam tətbiq olunmayıb və Ermənistan hələ bəzi öhdəliklərini yerinə yetirməyib”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında politoloq Samir Hümbətov deyib:
“Bu məsələlər həll olunmalıdır, xüsusən siyasi sahədəki problemlərin aradan qaldırılması müzakirə mövzusu ola bilər.
Tərəflər həmçinin hüquqi əməkdaşlığın qurulması məsələsini də müzakirə edə bilərlər. Çünki 30 il ərzində müharibə vəziyyətində olan dövlətlər əvvəl diplomatik əlaqələr yaratmayıblar və bunların birdən-birə qurulması asan məsələ deyil.
Eyni zamanda, beynəlxalq və regional təşkilatlar vasitəsilə tam əməkdaşlıq olmasa da, tərəflər bir-birinə qarşı kəskin mövqedən çəkilə, əksinə, müəyyən dəstək verici addımlar ata bilərlər”.
Politoloq hesab edir ki, görüşdə həm Ermənistanı, həm də Azərbaycanı maraqlandıran mövzular müzakirə oluna bilər:
“Hələ ki, konkret mövzular açılmayıb, lakin ikili əlaqələrin qurulması və qarşılıqlı etimadın artırılması istiqamətində ümumi razılaşmalar gözlənilə bilər. Beləliklə, düşünürəm ki, tərəflər əsas diqqəti bu istiqamətdə danışıqlara yönəldəcəklər”.
Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 05 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















