Icma.az
close
up
RU
Doktor İlqar Tahiroğlu: müqəddəslik və böyüklük

Doktor İlqar Tahiroğlu: müqəddəslik və böyüklük

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müqəddəsləri Allah seçir. Kainatın dərkolunmaz həqiqətləri fonunda biz onlardan öyrənməyə çalışır, kamilləşir və yetkinləşirik. Onların varlığı və mirası zamanla həyat məktəbimizə çevrilir. Adlarını isə sükranlıqla, ehtiramla anırıq. Bu müqəddəslərdən sonra insan həyatında xüsusi yeri olan bir zümrə dayanır ki, bunlar da həkimlərdir. Yaratmaq, vücuda gətirmək Allaha məxsusdur. Amma can vermək, nəfəs bəxş etmək, ölümə meydan oxumaq, son ümid kimi insanlara xoşbəxtlik bəxş etmək həkimlərin missiyasıdır. Bu, sədaqət andı, insanı qorumaq üçün onlara verilmiş əhddir. Elə buna görə də həkimlər ağ xalatlı mələklər kimi qəbul olunur. Onlar Tanrının seçimi kimi insanları yaşatmaq üçün göndərilən şəxslərdir.

Adı həkimlik üçün sədaqət andı, insanı qorumaq üçün əhd olan Mərkəzi Gömrük Xəstəxanasının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq, yandal uzmanı İlqar Tahiroğlu məhz mütərəqqi amallar uğrunda seçilmişlərdəndir.
Onun fəaliyyəti ilə tanış olanda bir həqiqəti görməmək mümkün deyil. İlqar Tahiroğlu üçün hər xəstə bir taledir və hər bir taleyə toxunmaq onun üçün böyük məsuliyyətdir. Peşəkar həkim kimi cəmiyyətin dayaq nöqtəsinə çevrilmiş İlqar Tahiroğlu məhz kardiologiya sahəsi üzrə ölkəmizdə barmaqla sayılacaq mütəxəssislərdən biridir. Onun fəaliyyəti insan həyatına məsuliyyətli və həssas yanaşmanın nümunəsidir. Mərkəzi Gömrük Xəstəxanasında şöbə rəisi və invaziv kardioloq kimi çalışdığı müddətdə bu nadir uzmanımız çox ağır və kritik hallarda verdiyi doğru qərarlarla xəstələrin həyatlarının xilas olunmasına töhfə verərək peşəkar fəaliyyət sərgiləyir.
Gənclərimizin xaricdə yüksək təhsil alaraq vətənə dönməsi, xalqına xidmət etməsi Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. İlqar Tahiroğlu da məhz belə müqəddəs nümunəni göstərən ziyalılarımızdandır.
2004–2010-cu illərdə Türkiyənin Ondokuz Mayıs Universitetinin tibb fakültəsində təhsil alan İlqar həkim daha sonra həmin ali məktəbin internatura mərhələsini də uğurla tamamladı. 2015–2019-cu illərdə isə İsrailin Qüds şəhərində yerləşən Hadasa Tibb Mərkəzində kardiologiya üzrə rezidentura təhsili aldı, həmçinin intervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə ixtisaslaşma proqramını yüksək səviyyədə mənimsədi. Bütün bu beynəlxalq təcrübəyə baxmayaraq o, şöhrət və şəxsi uğur arxasınca getmədi, vətənini seçdi, qazandığı bilik və bacarığı ölkəsində insanların sağlamlığına həsr etməyə başladı. Azərbaycana dönən kimi qazandığı təcrübəni real klinik praktikada tətbiq edərək insanların həyatına birbaşa təsir edən həkim kimi tanınaraq şöhrət qazandı. Çox keçmədən fəaliyyəti xüsusilə kardiologiya sahəsində ağır və kritik vəziyyətlərin idarə olunmasında özünü göstərdi. Xəstəyə fərdi yanaşma, dəqiq diaqnostika və düzgün qərar vermək onun iş prinsipinin əsasını təşkil edərək peşəkar yanaşmasının göstəricisinə çevrildi. Onun ürəyə etdiyi müdaxilələrin nəticəsi olaraq xilas edilən xəstələrin sayı artdı və bu da onu pasiyentlər üçün etibarlı bir ünvan kimi göstərdi. Beləliklə, İlqar həkim bir mütəxəssis kimi cəmiyyətdə ümid yeri olaraq qəbul olunmağa başladı. Günbəgün artan bu etimad İlqar həkimin adını insanlara güvən və ümid verən şəxs kimi yaddaşlara həkk etdi. Əməliyyat otaqlarının ətrafında xəstə yaxınlarının yaşadığı həyəcanlı anlar dərin inamla əvəz olundu. Çünki peşəkarlıq öz sözünü dedi. Yıxıla-dura, bağrı sanki indicə partlayacaq kimi ağrılarla üzləşən ürək xəstələri İlqar həkimin yanında təkcə şəfa tapmadılar, həm də həyata yenidən bağlanmağın, ümidlə yaşamağın nə demək olduğunu hiss etdilər. Onun müdaxiləsi və gülümsəyən çöhrəsi xəstələr üçün müalicə olmaqla yanaşı ayağa qalxmaq üçün əlavə güc və enerjidir. İnsan bir anın içində ürəyindən ölə bilir. İlqar həkimin sayəsində isə bir neçə dəqiqə içində ürək yenidən normal fəaliyyət göstərə bilir. Müqayisə kifayət qədər güclüdür. Paradoks isə ondadır ki, həyatla ölüm arasındakı o incə xətt məhz bir insanın biliyi, təcrübəsi və soyuqqanlı qərarları ilə müəyyən olunur. Bunu İlqar Tahiroğlu bacarır və kamil mütəxəssis kimi fəaliyyəti bu cür nümunələrlə zəngindir. Demək olar ki, hər gün belə hallarla rastlaşır və sonda qalib gələn yenə peşəkarlıq olur. Bu isə onun seçdiyi yolun təsadüfi olmadığını, illərin zəhməti, məsuliyyəti və insan həyatına verdiyi dəyərin nəticəsi olduğunu bir daha sübut edir. İlqar Tahiroğlu həkim, alim, ziyalı olaraq bir etalondur, xəstənin dostudur, xəstənin adamıdır. Təhlükəsiz ürəyin keşiyində dayanaraq şərəflə xidmət göstərir. Biz xəstəliyi, sarsıntıları ürəyimizdə yaşatdığımız halda, İlqar həkim o ürəyə güzgü tutur, onun görən və sağaldan tərəfinə çevrilir. Müqəddəslik və böyüklük də elə budur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri