Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Qəlblərə şəfa, ömürlərə ömür bəxş edən həkim Dr. İlqar Tahiroğlu

Qəlblərə şəfa, ömürlərə ömür bəxş edən həkim Dr. İlqar Tahiroğlu

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanın həyatda ən çox dəyər verdiyi şeylərdən biri sağlamlığıdır. Bu dəyər əldən getdikdə isə insanın ilk ümid yeri həkim olur. Ən çətin, üzücü və ümidsiz vəziyyətlərdə biz ağ xalatlılara üz tuturuq. Onlar gecə-gündüz, yorulmadan, yüksək bilik, bacarıq və peşəkarlıqları ilə xəstəyə həyat bəxş edirlər. Həkimin əllərində bəzən bir ömür, bir ailə, bir ümid yatır. Onların gecə-gündüz xəstənin çarpayısı başında ayaq saxlamadan, bilik, təcrübə, əzm və sevgi ilə göstərdikləri xidmət, sözün əsl mənasında, bir həyat hekayəsinə çevrilir. Xəstə şəfa tapanda, gözlərə işıq, üzə təbəssüm qayıdanda sevinən yalnız yaxınlar deyil – bəlkə də ən çox sevinən elə onu həyata qaytaran həkimin özüdür.
Məhz belə həkimlərdən biri də Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr. İlqar Tahiroğludur. Onun fəaliyyəti, peşəkarlığı, insanlara olan münasibəti, həkimlik sənətinə duyduğu hörmət və sevgi onu tibb ölkəmizdə və xaricdə seçilən simalardan birinə çevirib.
Təhsilə və inkişaf yoluna sadiqlik
Dr. İlqar Tahiroğlunun uğur yolu təhsilə, zəhmətə və öz üzərində daim çalışmağa əsaslanır. 2010-cu ildə Türkiyənin Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini fərqlə bitirən İlqar həkim, orada kardiologiya üzrə internatura keçərək ilk tibbi təcrübələrini qazanmışdır. Daha sonra, 2015-2019-cu illərdə İsrailin Hadasah Tibb Mərkəzində kardiologiya üzrə rezidentura təhsili almış, 2019-2021-ci illərdə isə intervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə ixtisaslaşmışdır. Bu təhsil proqramları yalnız nəzəri deyil, həm də praktik biliklər baxımından İlqar həkimin peşəkarlığını daha da gücləndirmişdir.
Peşəkar fəaliyyət sahəsi – texnologiyanın və insanlığın vəhdəti
İlqar həkimin icra etdiyi müdaxilələr sadəcə prosedur deyil – bu, həyatın özüdür. TAVİ, mitral clip, karotis stent, ASD və PFO qapatmaları, kardiostimulyator implantasiyası, koronar və perifer damar angioplastikası, sağ ürək boşluqlarının hemodinamik kateterizasiyası kimi müasir və mürəkkəb kardioloji prosedurlar onun gündəlik fəaliyyətinin bir hissəsidir. Bu əməliyyatların hər biri minlərlə insanın həyatında dönüş nöqtəsi olur.
Elm və beynəlxalq uğurlar
İlqar həkim həm də elmə və tibbi biliklərin inkişafına böyük töhfələr verən bir tibb ziyalısıdır. İsrail Ürək Cəmiyyətinin 62, 63, 64 və 65-ci illik konfranslarında iştirak etmiş, 2018-ci ildə mitral klipdən əvvəl və sonra ağciyər arteriya təzyiqi ilə bağlı elmi təqdimatla çıxış etmişdir. Həmin təqdimat XXIV Ümumdünya Exokardioqrafiya və Ürək-Damar Görüntüsü Konqresində böyük maraqla qarşılanmışdır.
O, Londonda keçirilən “TAVI Platforması” üzrə təlimdə sertifikat, 2023-cü ildə İstanbulda Medtronic Akademiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq TAVİ təlimində isə trener olaraq iştirak etmişdir. Elə həmin il “International Journal of Current Medical and Biological Sciences” jurnalına redaktor təyin olunması isə onun elmi nüfuzunun göstəricisidir.
Azərbaycan səhiyyəsinə xidmət və gənc nəsilə dəstək
2021-ci ildən etibarən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllimlik edən İlqar həkim, həm də gələcək tibb işçilərinin formalaşmasında mühüm rol oynayır. Onun dərsləri yalnız nəzəri biliklərlə deyil, real klinik təcrübə nümunələri ilə zəngin olduğu üçün tələbələr tərəfindən böyük maraq və hörmətlə qarşılanır.
Dr. İlqar Tahiroğlu 2022-ci ildən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin rəisi vəzifəsində çalışır. Bu müddət ərzində şöbədə tətbiq olunan innovativ yanaşmalar, müasir müalicə protokolları, pasiyent yönümlü xidmət mədəniyyəti onun rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.
Mükafatlar və ictimai nüfuz
İlqar həkim peşəkar fəaliyyəti ilə yanaşı, ictimai səviyyədə də təqdir olunur. O, 2023-cü ildə “Medtronic” firmasının sertifikatı, 2024-cü ildə isə Beynəlxalq Gömrük Günü münasibətilə Ümumdünya Gömrük Təşkilatının Fəxri Sertifikatı ilə təltif olunmuşdur. Bu sertifikat ÜGT-nin baş katibi İan Saunders tərəfindən imzalanaraq İlqar həkimin peşəkar və sosial fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini təsdiqləyir.
İnsani keyfiyyətləri ilə sevilən həkim
Həkimlik sənəti yalnız diaqnostika və müalicə deyil – o, həm də bir qəlb işidir. İlqar Tahiroğlunun pasiyentlərinə olan münasibəti – diqqət, anlayış və empatiya ilə müşayiət olunan davranışı – onu fərqləndirir. Onun qəbuluna gələn hər bir insan özünü güvəndə və dəyərli hiss edir. Xəstənin gözü İlqar həkimə çevriləndə, orada həkimdən çox bir dost, bir dayaq görür.
Məhz bu səbəbdəndir ki, İlqar həkim bu gün təkcə təcrübəli kardioloq və şöbə rəhbəri kimi deyil, həm də məsləhətinə, dəstəyinə və şəfasına inanılan bir həkim kimi tanınır.
Dr. İlqar Tahiroğlunun qəbuluna yazılmaq üçün: (012) 404-08-08

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri