Icma.az
close
up
RU
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu İlqar Tahiroğlu qlobal təcrübə, peşəkar yanaşma

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu İlqar Tahiroğlu qlobal təcrübə, peşəkar yanaşma

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Sağlamlıq dünyada ən dəyərli nemət hesab olunur.

Onu itirəndə və ya həmin dəyər əldən gedəndə ilk ümid yeri həkim olur. Ən çətin, üzücü və ümidsiz vəziyyətlərdə həkimlərə üz tuturuq. Onlar gecə-gündüz, yorulmadan, yüksək bilik, bacarıq və peşəkarlıqları ilə xəstəyə həyat bəxş edirlər. Həkim əlləri ilə bir ömrə yenidən həyat verir, bir ümid yenidən parlamağa başlayır. Onlar yuxusuz gecələr, böyük narahatlıqlar və zəhmət hesabına xəstənin çarpayısının yanından ayaq çəkmədən, bilik, təcrübə və əzmkarlıq hesabına xilaskara çevrilirlər. Xəstənin gözünə işıq, üzünə təbəssüm qayıdanda ən çox sevinən də elə onlar olurlar.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu belə həkimlərdəndir. Onun fəaliyyəti, peşəkarlığı, xəstələrə olan münasibəti, həkimlik sənətinə məhəbbəti ölkəmizdə və xaricdə tanınan ağxalatlı peşə sahiblərindən birinə çevirib.

Təhsilə və inkişaf yoluna sadiqlik

İlqar Tahiroğlunun uğur yolu təhsilə, zəhmətə və öz üzərində daim çalışmağa əsaslanır. O, 2010-cu ildə Türkiyənin Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini fərqlənmə ilə bitirib, orada kardiologiya üzrə internatura keçərək ilk tibbi təcrübələrini qazanıb. 2015-2019-cu illərdə İsrailin Hadasah Tibb Mərkəzində kardiologiya üzrə rezidentura təhsili alıb, 2019-2021-ci illərdə isə intervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə ixtisaslaşıb. Həmin təhsil proqramları yalnız nəzəri deyil, həm də təcrübi biliklər baxımından onun peşəkarlığını daha da artırıb.

Peşəkar fəaliyyət sahəsi – bilik və texnologiyanın vəhdəti

Onun icra etdiyi müdaxilələr sadəcə prosedur deyil – bu, həyatın özüdür. TAVİ, mitral clip, karotis stent, ASD və PFO qapatmaları, kardiostimulyator implantasiyası, koronar və perifer damar angioplastikası, sağ ürək boşluqlarının hemodinamik kateterizasiyası kimi müasir və mürəkkəb kardioloji prosedurlar onun gündəlik fəaliyyətinin bir hissəsidir. Həmin əməliyyatların hər biri neçə-neçə xəstənin həyatında dönüş nöqtəsi olur.

Elm və beynəlxalq uğurlar

İlqar Tahiroğlu elmə və tibbi biliklərin inkişafına böyük töhfələr verən ziyalıdır. O, İsrail Ürək Cəmiyyətinin 62, 63, 64 və 65-ci illik konfranslarında iştirak edib, 2018-ci ildə mitral klipdən əvvəl və sonra ağciyər arteriya təzyiqi ilə bağlı elmi təqdimatla çıxış edib. Həmin təqdimat XXIV Ümumdünya Exokardioqrafiya və Ürək-Damar Görüntüsü Konqresində böyük maraqla qarşılanıb. O, Londonda keçirilən “TAVI Platforması” üzrə təlimdə sertifikat alıb, 2023-cü ildə İstanbulda Medtronic Akademiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq TAVİ təlimində isə trener olaraq iştirak edib. Həmin il “International Journal of Current Medical and Biological Sciences” jurnalına redaktor təyin olunması isə onun elmi nüfuzunun göstəricisidir.

Azərbaycan səhiyyəsinə xidmət və gənc nəslə dəstək

2021-ci ildən etibarən İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllimlik edən İlqar Tahiroğlu gələcək tibb işçilərinin yetişməsində mühüm rol oynayır. Onun dərsləri yalnız nəzəri biliklərlə deyil, real klinik təcrübə nümunələri ilə zəngin olduğu üçün tələbələr tərəfindən böyük maraq və hörmətlə qarşılanır.
İlqar Tahiroğlu 2022-ci ildən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin rəisi vəzifəsində çalışır. Bu müddət ərzində şöbədə tətbiq olunan innovativ yanaşmalar, müasir müalicə protokolları, pasiyentyönümlü xidmət mədəniyyəti onun rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.

Mükafatlar və ictimai nüfuz

İlqar həkim peşəkar fəaliyyəti ilə yanaşı, ictimai sahədə də çalışır. O, 2023-cü ildə “Medtronic” firmasının sertifikatını alıb, 2024-cü ildə isə Beynəlxalq Gömrük Günü münasibətilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Fəxri Sertifikatı ilə təltif olunub. ÜGT-nin baş katibi İan Saundersin imzaladığı həmin sertifikat onun kolleksiyasında ən əsas yerlərdən birini tutur, peşəkar və sosial fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Şəxsi keyfiyyətləri ilə sevilən həkim
Həkimlik sənəti yalnız diaqnostika və müalicə deyil – o, həm də bir qəlb işidir. İlqar Tahiroğlunun xəstələrə olan münasibəti – diqqət, anlayış və empatiya ilə müşayiət olunan davranışı onu fərqləndirir. Onun qəbuluna gələn hər kəs özünü ümidli və inamlı hiss edir. Xəstələrin gözləri onun əllərindən şəfa və imdad umur. Elə buna görə də o, təkcə təcrübəli kardioloq və şöbə rəhbəri kimi deyil, həm də məsləhətinə, dəstəyinə və şəfasına inanılan bir həkim kimi tanınır.
İlqar Tahiroğlunun qəbuluna yazılmaq üçün: (012) 404-08-08

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri