Icma.az
close
up
RU
Dolğu etdirmək istəyənlərə QORXUNC XƏBƏRDARLIQ Bədəniniz çürüyə BİLƏR

Dolğu etdirmək istəyənlərə QORXUNC XƏBƏRDARLIQ Bədəniniz çürüyə BİLƏR

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara – o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza) səbəb olduğunun şahidi oluruq.

Xüsusilə burun, alın və dodaq ətrafı kimi damarlara yaxın bölgələrdə səhv inyeksiyaların həyati təhlükə yaratması ilə bağlı təcrübələr kifayət qədərdir.

Bəs dolğular hansı hallarda bədənin çürüməsinə səbəb ola bilir?

Mövzu ilə bağlı kosmetoloq Səadət Mustafayeva Bizim.Media-ya danışıb.

O, dolğunun əsas risk faktorlarından bəhs edib.

“Dolğuda iki əsas risk faktoru var: həkimin peşəkarlığı və istifadə olunan preparatın keyfiyyəti. Əgər həkim lazımi tibbi savada malik deyilsə və keyfiyyətsiz dolğu maddəsindən istifadə edilirsə, nəticələr ciddi ola bilər.

Həkim preparatı inyeksiya edərkən onun damara daxil olmamasına xüsusi diqqət yetirməlidir. Uyğun olmayan nahiyəyə tətbiq və ya süni, keyfiyyətsiz maddənin istifadəsi damarlarda tıxanma yarada bilər. Bu zaman qan dövranı pozulur, toxumalar oksigensiz qalır və nəticədə çürümə – yəni nekroz baş verir”.

Kosmetoloq bildirib ki, bəzi süni sintetik dolğular insan orqanizmində "yatmış bomba" effekti yaradır.

“Belə maddələr zamanla əyilmə, fibrozlaşma, iltihab və allergik reaksiyalara səbəb ola bilər. Hətta dolğunun içindəki maddə illər sonra fəsad verməyə başlayır. Təbii dolğuların keyfiyyətli və keyfiyyətsiz olan növləri var”.

S.Mustafayevanın sözlərinə görə, hazırda Azərbaycanda bu sahədəki ən böyük problem keyfiyyətsiz preparatların istifadəsidir. Bu isə həkimlərin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır.

“Əgər dolğu materialı keyfiyyətlidirsə və prosedur peşəkar şəkildə aparılıbsa, çürümə riski yoxdur”.

Kosmetoloq proseduru etdirərkən təcrübəli və ixtisaslı həkim seçməyi tövsiyə edib.

“Eyni zamanda prosedurun steril şəraitdə aparılmasına diqqət edilməli, yalnız sertifikatlı və keyfiyyətli dolğu preparatlarından istifadə olunmalıdır”, - deyə o xəbərdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyun 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri