Icma.az
close
up
RU
Dolğudan sonra burun çürüyə bilər? MÜSAHİBƏ

Dolğudan sonra burun çürüyə bilər? MÜSAHİBƏ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə estetik prosedurlar arasında ən çox diqqət çəkənlərdən biri də burun dolğusudur. Cərrahiyyə müdaxiləsi olmadan, sadə və effektiv bir şəkildə burunun forması dəyişdirilə bilər. Burun dolğusu, xüsusi maddələr ilə burunun daha estetik bir formaya salınmasını təmin edir və bu, həm kişilər, həm də qadınlar üçün mükəmməl bir seçimdir.

Bu yaxınlarda məşhur bloqerlərdən biri, təsadüfən əməliyyat zamanı burununda dolğu olduğu üçün daxildən çürüdüyünün aşkarlanmasını və onu həkimin düzəltdiyini açıqlayıb. Bu açıqlama, sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox insanı bu prosedurun təhlükəsizlik məsələləri haqqında düşündürüb.

Bəs, doğrudan da, buruna dolğu etdirərkən fəsadlar baş verə bilərmi?

Bakıvaxtı.az xəbər verir ki, Yeniçag.az-ın suallarını həkim Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyinin İdarə Heyətinin üzvü, LBC estetik klinikasının həkim-kosmetoloqu Nigar Rüfət cavablandırıb.

- Burun korreksiyası nədir və necə işləyir?

- Burun korreksiyası cərrahi müdaxilə olmadan burunun daha estetik bir formaya gətirilməsi prosedurudur. Bu, xüsusi dolğu materialları, (yüksək konsentratlı, daha az su toplayan, tez əridilə bilən, liftinq verən),saplar və ya botox istifadə edilərək həyata keçirilir. Burun dolğusunun məqsədi burundakı kiçik deformasiyaları düzəltmək, burun əyriliklərini və relyefini bərpa etmək, burun ucunu liftinq edərək daha dik və estetik hala gətirmək və burun kəmərini vizual olaraq qısaltmaqdır.

Burun korreksiyası ilə aşağıdakı problemlər aradan qaldırılır:

Burundakı əyrilik və çökəkliklərin hamarlanması: Burundakı kiçik əyriliklər və çökəkliklər dolğu ilə düzəldilir, daha bərabər və simmetrik bir görünüş əldə edilir.

Burundakı asimmetriyanın düzəldilməsi: Burunun hər iki tərəfi arasında uyğunsuzluq varsa, bu, dolğu materialları ilə bərabərləşdirilərək daha simmetrik bir forma əldə edilir.

Burunun vizual kiçildilməsi: Burun dolğusu burunun ölçüsünü vizual olaraq kiçiltməyə imkan verir, bu da daha nizamlı bir üz quruluşu yaratmağa kömək edir.

Burun ucunun dikləşdirilməsi: Burun ucunun forması, daha dik və estetik bir şəkildə düzəldilə bilər.

Estetik burun əməliyyatından sonra yaranan deformasiyaların düzəldilməsi: Burun əməliyyatlarından sonra meydana gələn kiçik deformasiyalar və bərpa problemləri dolğu ilə düzəldilə bilər.

Burunun vizual qısaldılması: Burun kəmərinin çox uzun olduğu hallarda, burunun daha qısa və balanslı görünməsi üçün dolğu ilə müdaxilə edilir.

Bu prosedur, minimal invaziv yanaşma təklif etdiyi üçün, əməliyyatdan çəkinən və daha az bərpa müddəti istəyən insanlar üçün ideal bir seçimdir.

- Burun korreksiyasının tətbiqi nəticəsində burunun “çürüməsi” kimi bir vəziyyətin baş verməsi mümkündürmü? Hər hansı bir risk və ya komplikasiya yaranarsa, bu necə həll olunmalıdır?

- Ümumiyyətlə, burun və digər üz bölgələrinə edilən doldurucu inyeksiyaların bəzi fəsadları və qorxulu hallar bunlar ola bilər:

Burun dolğusu və digər kosmetik prosedurların bəzi potensial riskləri vardır, bunlar arasında işemiya və emboliyaların baş verməsi mümkündür. Bu risklər, prosedurun düzgün icra edilməməsi və ya pasientin düzgün qayğı göstərməməsi nəticəsində ortaya çıxa bilər.

İşemiya, qan dövranının nəzərəçarpacaq dərəcədə azalması və ya tamamilə pozulmasıdır. Kosmetologiyada bu vəziyyət, dolğu materiallarının (xüsusən hialuron turşusu) damarları sıxaraq qan dövranını pozması nəticəsində meydana gəlir. Bu, toxumalarda oksigen çatışmazlığına və hipoksiyaya səbəb olur. Kontur plastikasından sonra, işemiyanın təsirləri dərhal görünə bilər: dolğu tətbiq olunan ərazidə dərinin ağarması, şişkinlik, qızarma, qaralma və bəzən irinli səpkilər və şiddətli ağrı ilə müşayiət olunan vəziyyətlər meydana gələ bilər.

Emboliya isə qan damarlarının dolğu ilə tıxanmasıdır. Bu, daha ciddi fəsadlara yol aça bilər, çünki qan axınına mane olan dolğu materialları toxuma nekrozuna səbəb ola bilər. Emboliya, dolğu yeridildikdən sonra müxtəlif mərhələlərdə özünü göstərir:

Dolğu yeridildikdən sonra 10 saniyəyə qədər: İnjeksiya sahəsində dərinin ağarması.

10 dəqiqə sonra: Dəri qırmızıdan mavi rəngə dəyişir (livedo).

Bir saat sonra: Dəri rəngi mavi və ya qaraya çevrilir və toxumalarda oksigenin sərf edilməsi nəticəsində metabolik fəaliyyət pozulur.

Bu halların qarşısını almaq üçün, dolğu və digər kosmetik prosedurlar zamanı düzgün texnika və yüksək təcrübə tələb olunur. Həkimlər, işemiya və emboliyanın ilk əlamətlərini aşkar etdikdə dərhal dolğunun tamamilə əridilməsi ilə müalicə etməli, uyğun protokollara əsaslanaraq müalicəyə başlamalıdırlar. Müalicədən sonra pasientdə heç bir narahatçılıq qalmır, toxumalar tam bərpa olur və sağalır. Əgər həkim nəzarəti olmazsa bu problem daha uzun çəkə bilər, burunda müəyyən çapıq izləri pasienti bir neçə müddət narahat edə bilər. Problemin bəzən öz özünə belə düzəlməyi mümkün olur, lakin fəsadların və izlərin qalmaması üçün həkim kosmetoloq öz işini mükəmməl bilməli və pasienti ilə yaxından maraqlanaraq müalicəni öz üzərinə götürməlidir.

Bu tip fəsadlar yalnız dolğu prosedurlarında deyil, əməliyyatlar zamanı da baş verə bilər. Əməliyyatlardan sonra çürümə prosesinin daha ağır nəticələnməsi mümkündür, çünki problem dərinin alt qatlarında yerləşir və müdaxilə etmək daha çətindir.

İnfeksiyalar də prosedurun təhlükəsizlik məsələlərindən biridir. Əgər steril şərait qorunmazsa, infeksiyalar baş verə bilər. Prosedurlar təmiz və steril mühitdə həyata keçirilməli və pasientlər prosedurdan sonra düzgün gigiyena qaydalarına əməl etməlidir.

Bu səbəbdən, proesedurlar təmiz və steril şəraitdə həyata keçirilməli, həmçinin prosedur sonrası qaydalara ciddi riayət edilməsi olduqca vacibdir.

Burun korreksiyasının həyata keçirilməsi prosesində ağrı olurmu?

- Prosedurdan əvvəl pasiyent lidokain kremi ilə keyidilir. Bu krem, tərkibindəki lidokain maddəsi sayəsində, prosedurun ağrısız və rahat bir şəkildə həyata keçirilməsinə kömək edir.

- Burun korreksiyası ilə hansı dəyişiklikləri gözləyə bilərəm? Məsələn, burunun forması və ya ölçüsü necə dəyişir?

- Burun əvvəlki vəziyyətindən daha yığcam, formalı və vizual olaraq kiçik görünür. Lakin unutmamaq lazımdır ki, bu bir əməliyyat deyil və hər burunda nəticələr fərqli ola bilər. Bəzi burun formalarına əməliyyat tətbiq etmək daha uyğun ola bilər. Hər burunda istədiyimiz nəticəni əldə etmək mümkün olmaya bilər. Müayinə zamanı mümkün dəyişiklikləri və nəticələrin əldə edilmə şansını müzakirə edirik və pasiyentlə birgə qərar veririk.

Əksər hallarda pasiyentlər prosedurdan çox məmnun qalır. Hətta bəzi hallarda, bir neçə uğursuz əməliyyatdan sonra yaranan deformasiyaları aradan qaldırdığımız üçün pasiyentlər otaqdan xoşbəxtlik göz yaşları ilə ayrılır.

Burun dolğusundan sonra nəticələr dərhal görünürmü, yoxsa müəyyən bir zaman lazımdır?

- Prosedurdan dərhal sonra nəticəni görmək mümkündür. Lakin tam nəticə 1 ay tamamında tam olaraq formalaşır. 2 ay sonra isə ikinci seans keçirilir və nəticənin qalıcı müddəti 1-2 il arasında olur.

Burun dolğusunun nəticəsi təbii görünürmü, yoxsa süni bir görüntü yaranır?

- Əməliyyat olmadığı üçün burun korreksiyasından sonra pasiyentin burnu sadəcə əvvəlki halından daha səliqəli və kiçik görünür. Bu isə onun daha təbii və natural görünməsini təmin edir.

- Burun dolğusundan sonra əməliyyat etmək olarmı?

- Əlbəttə, dolğudan sonra hər zaman əməliyyat etmək mümkündür. Lakin əməliyyatdan ən azı 1 həftə əvvəl pasiyent həmin dolğunu həkimə müraciət edərək əritməlidir ki, dolğu həkimin əməliyyatda müdaxiləsinə maneə törətməsin.

Ümumiyyətlə, bütün təbii dolğular istənilən vaxt hialuronidaza ilə əridilə bilər. Əgər dolğu əriməzsə, əməliyyat zamanı cərrah dolğunu təmizləyərək onu aradan qaldıra bilər.

Son günlər danışılan mövzular isə cəfəngiyyatdır və sadəcə həkimin reklam niyyəti ilə diqqəti özünə cəlb etmək istəyidir. Burun çürüməsi üzdə özünü büruzə verir və müddət keçdikdən sonra nə daxildən, nə də xaricdən bu prosesin baş verməsi mümkün deyil. Reklamlara və hər deyilənə inanmayın. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri