Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq Bədəniniz çürüyə bilər
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara - o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza) səbəb olduğunun şahidi oluruq.
Xüsusilə burun, alın və dodaq ətrafı kimi damarlara yaxın bölgələrdə səhv inyeksiyaların həyati təhlükə yaratması ilə bağlı təcrübələr kifayət qədərdir.
Bəs dolğular hansı hallarda bədənin çürüməsinə səbəb ola bilir?
Mövzu ilə bağlı kosmetoloq Səadət Mustafayeva Bizim.Media-ya danışıb.
O, dolğunun əsas risk faktorlarından bəhs edib.
"Dolğuda iki əsas risk faktoru var: həkimin peşəkarlığı və istifadə olunan preparatın keyfiyyəti. Əgər həkim lazımi tibbi savada malik deyilsə və keyfiyyətsiz dolğu maddəsindən istifadə edilirsə, nəticələr ciddi ola bilər.
Həkim preparatı inyeksiya edərkən onun damara daxil olmamasına xüsusi diqqət yetirməlidir. Uyğun olmayan nahiyəyə tətbiq və ya süni, keyfiyyətsiz maddənin istifadəsi damarlarda tıxanma yarada bilər. Bu zaman qan dövranı pozulur, toxumalar oksigensiz qalır və nəticədə çürümə - yəni nekroz baş verir".
Kosmetoloq bildirib ki, bəzi süni sintetik dolğular insan orqanizmində "yatmış bomba" effekti yaradır.
"Belə maddələr zamanla əyilmə, fibrozlaşma, iltihab və allergik reaksiyalara səbəb ola bilər. Hətta dolğunun içindəki maddə illər sonra fəsad verməyə başlayır. Təbii dolğuların keyfiyyətli və keyfiyyətsiz olan növləri var".
S.Mustafayevanın sözlərinə görə, hazırda Azərbaycanda bu sahədəki ən böyük problem keyfiyyətsiz preparatların istifadəsidir. Bu isə həkimlərin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır.
"Əgər dolğu materialı keyfiyyətlidirsə və prosedur peşəkar şəkildə aparılıbsa, çürümə riski yoxdur".
Kosmetoloq proseduru etdirərkən təcrübəli və ixtisaslı həkim seçməyi tövsiyə edib.
"Eyni zamanda prosedurun steril şəraitdə aparılmasına diqqət edilməli, yalnız sertifikatlı və keyfiyyətli dolğu preparatlarından istifadə olunmalıdır", - deyə o xəbərdarlıq edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 İyun 2025 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















