Icma.az
close
up
RU
Dollar sabitdir, amma qiymətlər artır NİYƏ?

Dollar sabitdir, amma qiymətlər artır NİYƏ?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan bazarında dolların məzənnəsi sabit qalsa da, idxal məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu artım xüsusilə ərzaq və gündəlik tələbat mallarında daha qabarıq şəkildə hiss edilir. Nəticədə bazarda qiymət fərqləri yaranır və bu vəziyyət istehlakçıların aylıq xərclərinin artmasına səbəb olur. Daxili bazarda sabit məzənnə ilk baxışdan qiymətlərin dəyişməyəcəyi ilə bağlı gözlənti yaratsa da, idxaldan asılı olan məhsullar üçün əsas müəyyənedici amil dünya bazarındakı qiymət dinamikasıdır. Azərbaycan bir çox ərzaq və istehlak mallarını xaricdən idxal etdiyinə görə, qlobal qiymət artımları yerli bazara da birbaşa təsir göstərir.
Bu barədə iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib. O bildirib ki, dollar hazırda Azərbaycanda nisbətən sabit qalır:
“Amma dünyada vəziyyət fərqlidir. Dünya bazarında qiymətlər dollarla artır. Biz idxal məhsullarını dollarla alırıq, buna görə də bu artım birbaşa məhsulların qiymətinə təsir edir. Manatın məzənnəsi dəyişməz qalır. Məsələn, dünən 10 dollara aldığımız məhsulu bu gün 11 dollara alırıqsa, manatla hesablayanda qiymət dünən 17 manat idisə, bu gün 18 manat 70 qəpik olur. Beləliklə, idxal məhsullarının bahalaşmasının əsas səbəbi dünya bazarında dollarla qiymət artımıdır”.
İqtisadçının sözlərinə görə, qlobal bazarlarda xammal və logistika xərclərinin artması, geosiyasi gərginliklər, eləcə də istehsal zəncirində yaranan fasilələr qiymətlərin yüksəlməsinə təsir edən əsas amillər sırasındadır. Bu isə idxaldan asılı ölkələr üçün əlavə inflyasiya təzyiqi yaradır.
Belə şəraitdə daxili bazarda qiymət sabitliyinin qorunması daha çox yerli istehsalın gücləndirilməsindən və idxaldan asılılığın azaldılmasından keçir. Əks halda, dünya bazarındakı hər bir qiymət dalğalanması ölkə daxilində də özünü göstərməyə davam edəcək.
Mövcud vəziyyət istehlakçılar üçün əlavə maliyyə yükü yaradır və ailə büdcələrinin planlaşdırılmasını çətinləşdirir. Xüsusilə aşağı və orta gəlirli ailələr üçün ərzaq və gündəlik tələbat mallarındakı qiymət artımı daha həssas şəkildə hiss olunur.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri