Dollar və neft bahalaşdı
Icma.az, Tribuna saytına istinadən bildirir.
Məlum olduğu kimi, ABŞ ötən həftənin son günü İrana hücum edib.
Tribunainfo.az xəbər verir ki, İranın üç istiqamətdə inşa etdiyi nüvə obyetklərinə aviasiiya və raket zərbələri endirilib.
Bu hadiisədən sonra dünya neft bazarında “qara qızıl” yenidən bahalaşıb. Belə ki, ABŞ xam nefti 3,6% artaraq 76,47 dollara, Brent markalı neft isə 3,2% artaraq 74,59 dollar/barelə çatıb.
Lakin ABŞ fond bazarlarında durum tərisnə olub. Bu dəfə səhmlər ucuzlaşıb. Belə ki, Dow Jones Industrial Average 250 bənd, S&P 500 və Nasdaq fyuçersləri isə müvafiq olaraq 0,6% və 0,7% ucuzlaşıb.
Bu əsnada ABŞ dolları 0,3% bahalaşıb.
Fərda Uğur

Dollar və avro bahalaşdı
05 Noyabr 2024 11:10
İranda dollar bahalaşdı
20 Fevral 2025 22:39

