Icma.az
close
up
RU
Hər şey niyə bahalaşır?

Hər şey niyə bahalaşır?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ərzağın və gündəlik tələbat malları bahalaşmaqda davam edir. 

Bəzi məhsullarda, o cümlədən ət, yağ kimi ərzaqlarda kəskin qiymət dəyişikliyi baş verir. Məsələn, son 6 ayda mal ətinin 1 kiloqramı 15 manatdan 17 manata qədər artıb, kərə yağlarının qiymətində isə 4 manat fərq var. Hazırda isə ölkədə iribuynuzlular arasında yayılan xəstəliklə bağlı mal ətinin daha da bahalaşacağı gözlənilir. 

Eyni zamanda, dərmanların qiymətində də bahalaşma var. Çörəyin qiymətinə gəldikdə isə hazırda bu rəqəm 0.50 qəpikdən 1.20 manata qədər dəyişir. Bu da faktiki qiymətlərin bahalaşdırılması deməkdir. 

Son vaxtlar verilən qərarlardan biri də kommunal xidmətlərlə bağlıdır ki, onsuz da baha qiymətə olan qazın, işığın qiymətinə sabit tarif tətbiq olunacaq. İctimai nəqliyyatda isə bahalaşma demək olar ki, hər payız mövsümündə təsadüf edilir. Belə ki, əvvəlcə 30 qəpikdən 40 qəpiyə, sonra 50, nəhayət sonuncu dəfə 60 qəpiyə qədər artırılıb. 

Beləliklə, hər sahədə özünü göstərən bahalaşmanın səbəbi nədir və qarşıdakı ildə vətəndaşları nə gözləyir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət”-ə bildirib ki, bahalaşmanın ən birinci səbəbi Azərbaycanın istehsal potensialının gündən-günə azalmasıdır: 

“Azərbaycan ixracatçı ölkə statusundan idxalçı ölkə adını qazanıb. İdxaldan asılı bir ölkə bahalaşmadan mütləq əziyyət çəkməlidir. Çünki Azərbaycana, qeyri-neft sektoruna daxil olan investisiyalar yox səviyyəsindədir. Neft sahəsindən daxilolmalar isə büdcənin idarə olunması və valyuta ehtiyatlarında saxlanılmasına sərf olunur. 

Yəni canlı orqanizmlər iqtisadiyyatda sıradan çıxıb. Ölkənin aqrar sektorunu formalaşdırmaq üçün vacib olan vasitələr idxal olunur. İstər yem, istər texnika aqrar sektorun yaranmasında vacib alət rolu oynayır. Azərbaycanın sənayesi demək olar ki, yox səviyyəsindədir. 

İdxal xarici valyutanın təzyiqi deməkdir. Manat üzərində təzyiq sürətlə artır. İdxal zamanı xarici bazarlardakı təsirlər birbaşa özünü Azərbaycanda da göstərir. Manat dəyər itirir. Nəticə etibarilə zəncirvari bahalaşma prosesi gedir. Bir məhsul bahalaşırsa, təbii ki, digər məhsul da bahalaşacaq”. 

O bildirib ki, bahalaşma yalnız bir sahəyə şamil edilə bilməz:

“Əgər aqrar sektoru inkişaf etdirmək istəyirsizsə, aqrar sektordakı iştirakçılar, fermerlər sənaye istehlakçılarıdır. Onlar həm geyim, həm digər ərzaq növləri, eləcə də nəqliyyatdan, xidmətdən və digər zəruri istehlak mallarından istifadə edirlər. 

Yalnız aqrar sektorda istehsalçı deyillər. Alıcı bahalaşmanı gördükdə istehsal etdiyi məhsulun qiymətini də bahalaşdırır. Nəticə etibarilə istehsal etmədiyinə və idxaldan asılı vəziyyətə düşdüyünə görə Azərbaycanda bahalaşma prosesi davam edir”. 

Ekspertin sözlərinə görə, vəziyyət daha da pisləşə bilər: 

“Əhalinin sosial vəziyyəti bir qədər də ağırlaşar. Nəzərə almaq lazımdır ki, gələn il üçün büdcənin formalaşdırılmasında yük daha çox vətəndaşların üzərinə qoyulur. Birincisi, özəl sektorda 7 ildən sonra gəlir vergisi bərpa olunur. İkincisi, İcbari Tibbi Sığortanın işsizlər üçün ləğv edilməsi nəzərdə tutulur. Bundan sonra İcbari Tibbi Sığortadan istifadə etmək istəyənlər ödəniş etməli olacaqlar. Böyük ehtimalla bu, təqaüdçülərə də şamil olunacaq. 

Təqaüdlərindən müəyyən məbləğ tutulmaqla onlara sığorta xidmətləri göstəriləcək. Bir sıra məqamlar var ki, əhalinin birbaşa gəlirlərinin zəifləməsinə, azalmasına gətirib çıxaracaq. Eyni zamanda, 2026-cı ildə neft hasilatı ilə bağlı OPEC+ ölkələrinin müəyyən məhdudiyyətləri gözlənilir. 

Neftin büdcədə nəzərdə tutulan qiyməti aşağı səviyyədə olacaq. Eləcə də aqrar sektor proqnozların özünü doğrultmaması, ildən-ilə dövlət proqramlarındakı hədəflərdən uzaqlaşması halları var ki, bu 2026-cı ildə də davam edəcək. Nəticə etibarilə işsizlik səviyyəsinin yüksəlməsi riskləri çoxdur. Sahibkarların yükü artdıqca, iş yerləri azalmağa başlayır. 

Eyni zamanda, dövlət sektorunda sürətli olaraq ixtisarlar həyata keçirilir və bu ixtisarlar nəticə etibarilə həyat səviyyəsini bir qədər də ağırlaşdırır. Nikbin proqnozlar üzərində köklənə bilmərik. 2026-cı ildə sosial vəziyyət bir qədər də çətinləşəcək”. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: Ərzaq bahalaşma Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:315
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri