Icma.az
close
up
RU
Dollardan imtina edilir?

Dollardan imtina edilir?

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda dünya ölkələrinin yarıdan çoxu bu və ya digər dərəcədə dolları boykot edir. “RİA Novosti” agentliyi həmin ölkələri üç qrupa bölüb. 94 ölkənin daxil olduğu birinci qrup dövlətlərdə maliyyə orqanları dollara qarşı açıq şəkildə çıxış etməyib və məhdudlaşdırıcı tədbirlər görməyib.

Müəlliflər qeyd edirlər ki, buraya, həmçinin ABŞ valyutasını rəsmi valyuta kimi istifadə edən Panama, Salvador və Marşal adaları kimi ölkələr də daxildir. İkinci qrupa daxil olan ölkələr aktiv şəkildə milli valyutalarda ödənişlərə keçməyə başlayan və ya dollardan istifadəyə məhdudiyyətlər tətbiq edən dövlətlərdir. Bu qrupda 46 ölkə təmsil olunur.

Üçüncü qrupa açıq şəkildə ABŞ valyutasına qarşı çıxış edən dövlətlər daxildir ki, onların sayı 53-dür. Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinadla o da qeyd olunub ki, 2024-cü ilin üçüncü rübündə dolların dünya valyuta ehtiyatlarında payı son üç onilliyin ən aşağı səviyyəsinə çatıb. Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı  Eldəniz Əmirov bildirib ki, dolların dünya iqtisadiyyatında dominant rolu ABŞ-nin iqtisadi gücündən qaynaqlanır.

Onun sözlərinə görə, bu iqtisadi güc imkan verir ki, beynəlxalq ticarətdə, enerji bazarlarında, investisiya axınlarında, mərkəzi bankların valyuta ehtiyatlarında və digər iqtisadi fəaliyyətlərdə dollar öz hegemonluğunu saxlasın: “Dollarsızlaşma istiqamətində çağırışlar olsa da, yaxın müddətdə “dünya dollardan imtina edə biləcək”, – deyə bir yanaşmanı doğru hesab etmirəm. İlk növbədə ona görə ki, dollar hələ də dünya ticarətində, xüsusən də enerji bazarlarında, təbii sərvətlərdə, maliyyə sektorunda öz hegemonluğunu saxlayır. ABŞ-nin artan iqtisadi gücü, getdikcə böyüyən iqtisadiyyatı və dünya səviyyəsində artan reytinqi buna imkan verməyəcək. Digər tərəfdən, dollar sabitliyi və təhlükəsizliyi bu gün dünyada qəbul olunmuş bir iqtisadi simvoldur. Dünya iqtisadiyyatı üçün obrazlı şəkildə desək, təhlükəsiz liman, istinad nöqtəsi olaraq dollar qəbul edilir. Qlobal iqtisadi böhranlarda, qeyri-müəyyənlik hallarında dollar investorların daha çox güvəndiyi valyuta olaraq bu gün də qalmaqdadır. Eyni zamanda proses olaraq dolları əvəz etmək üçün çox ciddi texniki və infrastruktur dəyişikliklər lazımdır. Bu sadə proses deyil”.

İqtisadçı qeyd edib ki, bu gün dünyada valyuta ehtiyatlarında dolların payı 58-59 faizə qədər azalıb: “Bununla belə, dolların ixrac faktorlarında payı yenə də 55 faiz olaraq qalır. Hətta xarici valyuta əməliyyatlarında payın 88 faizi məhz dollara məxsusdur. Bunun özü də bir daha təsdiq edir ki, dünya yaxın müddətdə dollardan imtina edə bilməyəcəkdir. Sadəcə olaraq, müəyyən faktorlar xarici qlobal valyuta ehtiyatlarında dolların payını 59-60 faizə qədər endirmişdi. Bu, əslində çox böyük rəqəmdir. Ən azı ona görə ki, dollardan sonra gələn ikinci valyutanın xarici ehtiyatlarda payı cəmi 20 faizdir. Təsəvvür edin ki, ikinci valyutadan üç dəfəyə qədər artıq paya malikdir. Bu, inanılmaz bir göstəricidir”.

E.Əmirov söyləyib ki, Rusiya və İsveçin valyuta ehtiyatlarında fərqli yanaşma sərgiləməsi son dönəmlər dolların payının nisbətən azalmasına gətirib çıxarıb: “İsveçrə və Rusiya istisna olunarsa, 2020-ci ildən bu günə qədər, yəni son 4-5 il ərzində yenə də dolların payında müəyyən artım dinamikası var. Bunu stastistik göstəricilər təsdiqləyir. Hətta 2022-ci ilə qədər Çin valyutasının ümumi konteksdə götürülmüş həcmində artımlar olsa da, həmin ildən sonra o da azalıb. Burada digər ölkələrin daxildə dolları öz valyutaları ilə əvəz etmək cəhdini, elektron pulların rolunu, rəqəmsallaşmanın təsirlərini də qeyd edə bilərik. Yəni, yaranan mənzərə yalnız rəqiblərin dollara qarşı mübarizəsi deyil. Ümumi kontekstdə qloballaşan dünyada bu, mümkündür. Bütün bunlara rəğmən, hazırda ölkələr xarici valyuta əməliyyatlarının 88 faizini dollarla edirlər. Bu da yenə dollara olan inamın əsas göstəricisidir. Dollardan imtina etmək üçün mütləq şəkildə edilə biləcək birinci yol qeyri-ABŞ iqtisadiyyatlarının inkişafıdır. Ələlxüsus da dollardan imtina etmək istəyən ölkələrin iqtisadiyyatının inkişafıdır. Yəni dollardan imtina etməyin əsasını bu istəyin söykənə biləcəyi iqtisadiyyat təşkil etməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Yanvar 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see148

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see134

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see133

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see133

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see131

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see128

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see127

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see126

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see126

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see125

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see123

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see120

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri