Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Dollardan imtina edilir Azərbaycanın isə... TƏFƏRRÜAT

Dollardan imtina edilir Azərbaycanın isə... TƏFƏRRÜAT

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ukrayna mürəkkəb qlobal ticarət mühiti və Avropa ilə daha güclü əlaqələr fonunda ABŞ dollarından avroya keçməyi düşünür. Bu barədə “Reuters”ə ölkənin Milli Bankının rəhbəri Andrey Pışnıy məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqına (Aİ) potensial üzvlük, Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsində Aİ-nin rolunun gücləndirilməsi, qlobal bazarlarda yüksək volatillik və qlobal ticarətin parçalanma ehtimalı Milli Bankı avronun dollar əvəzinə Ukrayna qrivnası üçün baza valyutası olub-olmaması məsələsinə yenidən baxmağa vadar edir. “Bu iş mürəkkəbdir və yüksək keyfiyyətli, hərtərəfli hazırlıq tələb edir”, - tənzimləyicinin rəhbəri vurğulayıb.

Pışnıy qeyd edib ki, dollar əməliyyatları ölkənin valyuta bazarının bütün seqmentlərində üstünlük təşkil etsə də, avro ilə əməliyyatlarının payı artır.

Ukrayna hərbi səylərini dəstəkləmək üçün xarici maliyyəyə ümid edir. Milli Bankın rəhbəri əlavə edib ki, Kiyev bu il 55 milyard dollar gözləyir ki, bu da nəinki büdcə kəsirini qapadacaq, həm də yardımın həcminin çox güman ki, azalmağa başlayacağı yaxın illər üçün dövlət maliyyə ehtiyatının yaradılmasına sərf olunacaq.

Azərbaycan da bu yolla gedə bilərmi?

Eyyub Kərimli: “Azərbaycan və Ukraynanın iqtisadi vəziyyəti arasında kəskin fərq var”

İqtisadçı Eyyub Kərimli hesab edir ki, Azərbaycan və Ukraynanın iqtisadi vəziyyəti arasında kəskin fərq var. “Yeni Müsavat”a şərhində iqtisadçı qeyd etdi ki, Ukrayna daha çox Avropa ilə iqtisadi inteqrasiya həyata keçirir: “Ukraynanın Avropa ilə ticarət əlaqələri daha sıxdır. Bu baxımdan xarici ticarət əlaqələrində avroya keçid planları başadüşüləndir. Bu, həm də ABŞ-a qarşı siyasi təzyiqlərlə bağlı qərardır. Azərbaycanın analoji qərar barədə düşünməsinin müsbət təcrübə ola biləcəyini düşünmürəm. Digər tərəfdən, Azərbaycan daha çox neft ixracından asılıdır. Ölkəmizin ən çox ixracat həyata keçirdiyi ölkələr İtaliya, Çin, Rusiyadır. Neftin əsas idxalı dollarla həyata keçirilir. Dövriyyəmiz əsas etibarilə dollarladır. İqtisadiyyatın dövriyyəsini bir neçə valyuta ilə tənzimləmək və ya valyuta zənbilində hər iki valyutanı nəzərə almaq məqsədəuyğun olardı. Lakin düşünmürəm ki, Ukrayna kimi Azərbaycanın da dollardan tam imtina etmək imkanı olacaq. Bununla yanaşı, dünyada iqtisadi və siyasi vəziyyət dəyişsə, ABŞ, yaxud dollar zəifləsə, bu barədə düşünmək olar”.

Eldəniz Əmirov: “Azərbaycanın dollardan tam imtina etməsi mümkündür, amma...”

Ölkə.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov da hesab edir ki, Ukraynanın avroya keçid istəyi iki faktorla bağlıdır. “Yeni Müsavat”a şərhində iqtisadçı bu faktorlara aydınlıq gətirdi: “Ukraynanın dollardan tam imtina etməsi, avroya keçid istəyi ABŞ-ın Ukraynaya sərt diktə xarakterli münasibəti, eyni zamanda Ukraynanın Avropaya inteqrasiya istəyi ilə bağlıdır. ABŞ-Avropa İttifaqı münasibətlərinin xoş olmayan istiqamətdə irəliləməsi, ABŞ-ın Ukraynanı meydanda tək qoyması ilə bağlı rəsmi açıqlamalar Ukraynanı indiki məqam üçün daha etibarlı hesab etdiyi Avropa İttifaqına üz tutmasına sövq edir. Belə olan halda qarşıdakı dövrdə Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində, investisiya fəaliyyətində və s. sahələrdə əməkdaşlıq imkanları daha da genişlənəcək. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Ölkəmizin əsas ticarət tərəfdaşları Türkiyə, Rusiya, Çindir ki, dövriyyə dollar vasitəsilə həyata keçirilir. Yalnız İtaliya ilə dövriyyə avro vasitəsilə aparılır. Avropa İttifaqı ölkələri ilə neft kotirovkalarında da dollar dominant mövqedədir. Odur ki, Azərbaycanın dollardan tam imtina etməsi mümkün olsa da, amma gözlənilən deyil. Azərbaycan belə addım atmaz, atsa belə, bu, doğru olmaz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri