Icma.az
close
up
RU
Dolların şah dövrü bitdi: Devalvasiya qorxusu arxada qalır Manatın mövqeyi güclənir

Dolların şah dövrü bitdi: Devalvasiya qorxusu arxada qalır Manatın mövqeyi güclənir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Valyuta bazarında müşahidə olunan son dinamika iqtisadi mühitdə davranış dəyişikliklərinin başladığını göstərir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ötən il valyuta hərraclarında təklif tələbi üstələyib. Bir hərracda 70 milyon dollar təklif olunduğu halda, tələb 54 milyon dollar təşkil edib. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə - 18 milyon dollara enib. Bundan əlavə, Neft Fondunun transfertlərinin bir hissəsinin dollar şəklində Maliyyə Nazirliyinə təklif edilməsi və tələb yarandıqda bazara çıxarılmağa hazır olması valyuta təklifinin kifayət qədər olduğunu göstərir. Bu statistika bir neçə mühüm sual doğurur: Əhalinin dollara marağı niyə zəifləyib? Təklifin tələbi üstələməsi müvəqqətidir, yoxsa uzunmüddətli meyildir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Dollar ehtiyat vasitəsinə çevrilir"

Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun fikrincə, dollar funksiyasını dəyişir: "Azərbaycanda dolların "şah dövrü"nün başa çatdığı barədə fikirlər daha çox səslənir. Əgər qorxu ilə alınan, psixoloji sığınacaq funksiyası daşıyan valyuta nəzərdə tutulursa, həqiqətən də həmin mərhələ arxada qalır. Lakin bu, dolların iqtisadiyyatdan çıxması anlamına gəlmir. Sadəcə, onun funksiyası dəyişir: dollar investisiya və qorxu alətindən rasional ödəniş və ehtiyat vasitəsinə çevrilir. Bu dəyişiklik iqtisadi zəifliyin deyil, makroiqtisadi yetkinliyin göstəricisi kimi qiymətləndirilə bilər".

İ.Məmmədovun fikrincə, əhalinin dollara marağının azalmasında əsas amillərdən biri real faiz fərqidir: "Manat depozitləri illik 10-12 faizədək gəlir təklif etdiyi halda, dollarla qorunan əmanətlərin gəlirliliyi təxminən 2-2,5 faiz civarındadır. "Fişer effekti"nə görə, kapital real gəlir gətirən aktivə yönəlir. Bu şəraitdə dollar saxlamaq daha aşağı gəlir deməkdir. Nəticədə əhali üçün "dollar qazandırmır" reallığı formalaşıb. Digər mühüm faktor məzənnə sabitliyidir. 2017-ci ildən bəri manat-dollar məzənnəsinin faktiki dəyişməməsi devalvasiya gözləntilərini zəiflədib. Uzunmüddətli sabitlik fonunda əhali artıq valyutanı qorxu motivi ilə almır. Valyuta bazarında təklifin tələbi üstələməsi də bu dinamikanın davamıdır. Neft gəlirlərinin bazara planlı şəkildə çıxarılması, xarici ticarət balansında müsbət saldo və bank sistemində yüksək manat likvidliyi bazarda dollar bolluğu yaradır".

"Əhali artıq iqtisadi hesabla qərar verir"

Ekspert bildirdi ki, manat gündəlik iqtisadi dövriyyədə dominant valyutaya çevrilib: "Vergilər, kreditlər, ödənişlər və daxili alqı-satqılar manatladır. Dollar artıq iqtisadiyyatın aktiv dövriyyə vasitəsi deyil, daha çox xarici əməliyyatlarda istifadə olunan alətə çevrilib. Bu da dolların "anbarda saxlanılan sərmayə" funksiyasını zəiflədir. Cari əməliyyatlar balansının müsbət olması, fiskal qaydaların işləməsi və dollarlaşma səviyyəsinin azalması prosesin təsadüfi deyil, struktur xarakter daşıdığını göstərir".

Artıq manat dəyər saxlayan vasitə kimi qəbul edilir

İqtisadçı-ekspert Gündüz Camalzadənin fikrincə, Mərkəzi Bankın son açıqlaması valyuta bazarında davranış dəyişikliyinə işarə edir. Müşahidə olunan dinamikanın arxasında iqtisadiyyatdakı struktur dəyişikliklər dayanır. Son illər qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatın diversifikasiyası neft gəlirlərindən asılılığı nisbətən azaldıb. Qeyri-neft sahələrində istehsal və ixracın artması daha sabit valyuta axını formalaşdırır. Bu isə daxili bazarda dollar qıtlığı riskini minimuma endirir, manatın mövqeyini gücləndirir və əhalinin xarici valyutanı ehtiyat məqsədilə toplamaq motivini zəiflədir: "Dollar tələbinin azalmasının digər mühüm səbəbi makroiqtisadi sabitlikdir. İnflyasiyanın hədəf diapazonda saxlanılması və məzənnənin uzun müddətdir stabil qalması gözləntiləri dəyişib. Əhali artıq manatı qısamüddətli riskdən qorunma aləti kimi deyil, dəyər saxlayan vasitə kimi qəbul etməyə başlayır".

"Pul siyasəti daha çevik aparılır"

G.Camalzadə bildirir ki, Mərkəzi Bankın yanaşmasına görə, məzənnə sabitliyi inflyasiyanın əsas lövbəridir: "Güclü xarici ehtiyatlar və cari əməliyyatlar hesabında gözlənilən profisit valyuta bazarında tarazlığı qoruyur. Təklifin tələbi üstələməsi devalvasiya təzyiqini azaldır və ehtiyatların artırılmasına imkan yaradır. Klassik iqtisadi modelə əsasən, valyuta bolluğu milli pul vahidinin möhkəmlənməsi və ya ən azı sabit qalması üçün zəmin formalaşdırır. Xarici ticarət balansının profisitli olması da mühüm faktordur. İxracın idxalı üstələməsi ölkəyə əlavə valyuta daxilolmaları yaradır və məzənnə üzərində spekulyativ təzyiqləri zəiflədir. Bu vəziyyət pul siyasətinin daha çevik aparılmasına imkan verir. Xarici şoklar baş vermədiyi təqdirdə, müşahidə olunan proses müvəqqəti epizod deyil, struktur meyl kimi dəyərləndirilə bilər".

"Nağdsız dövriyyədə əsas valyuta manatdır"

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, son dövrlər manatla həm əmanətlərin, həm də alışların artması əhalinin dollara marağının azalması kimi şərh olunmamalıdır: "Bu proses daha çox son illər aparılan pul siyasəti və maliyyə tənzimləmələrinin nəticəsi kimi qiymətləndirilir. Xüsusilə nağdlaşmaya tətbiq edilən məhdudiyyətlər iri həcmdə vəsaitlərin nağdsız hesablarda saxlanmasına səbəb olub. Nağdsız dövriyyədə isə əsas valyuta manatdır. Ölkə daxilində bütün alqı-satqı əməliyyatlarının milli valyuta ilə aparılması da manata olan tələbi artıran əsas amillərdəndir. İnsanlar vəsaitlərini dollarla saxlasa belə, hər hansı əməliyyat zamanı həmin vəsaiti manata çevirməyə məcbur qalırlar. Bu isə dövriyyədə manat ehtiyacını yüksəldir".

R.Atakişiyev bildirdi ki, bu baxımdan manatlaşma prosesi yalnız psixoloji və ya davranış dəyişiklikləri ilə izah olunmur, həm də institusional və əməliyyat mexanizmlərinin nəticəsidir: "Dollara tələbin azalması risk kimi qiymətləndirilmir. Əksinə, bu, milli valyutaya inamın formalaşmasının göstəricisi hesab olunur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Fevral 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri