Icma.az
close
up
RU
Dolların “şah dövrü” bitdi KONKRET

Dolların “şah dövrü” bitdi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Valyuta bazarında müşahidə olunan son dinamika iqtisadi mühitdə davranış dəyişikliklərinin başladığını göstərir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ötən il valyuta hərraclarında təklif tələbi üstələyib. Bir hərracda 70 milyon dollar təklif olunduğu halda, tələb 54 milyon dollar təşkil edib. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə – 18 milyon dollara enib. Bundan əlavə, Neft Fondunun transfertlərinin bir hissəsinin dollar şəklində Maliyyə Nazirliyinə təklif edilməsi və tələb yarandıqda bazara çıxarılmağa hazır olması valyuta təklifinin kifayət qədər olduğunu göstərir. Bu statistika bir neçə mühüm sual doğurur:

Əhalinin dollara marağı niyə zəifləyib? Təklifin tələbi üstələməsi müvəqqətidir, yoxsa uzunmüddətli meyildir?

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun fikrincə, dollar funksiyasını dəyişir:

“Azərbaycanda dolların “şah dövrü”nün başa çatdığı barədə fikirlər daha çox səslənir. Əgər qorxu ilə alınan, psixoloji sığınacaq funksiyası daşıyan valyuta nəzərdə tutulursa, həqiqətən də həmin mərhələ arxada qalır. Lakin bu, dolların iqtisadiyyatdan çıxması anlamına gəlmir. Sadəcə, onun funksiyası dəyişir: dollar investisiya və qorxu alətindən rasional ödəniş və ehtiyat vasitəsinə çevrilir. Bu dəyişiklik iqtisadi zəifliyin deyil, makroiqtisadi yetkinliyin göstəricisi kimi qiymətləndirilə bilər”.

İ.Məmmədovun fikrincə, əhalinin dollara marağının azalmasında əsas amillərdən biri real faiz fərqidir:

“Manat depozitləri illik 10-12 faizədək gəlir təklif etdiyi halda, dollarla qorunan əmanətlərin gəlirliliyi təxminən 2-2,5 faiz civarındadır. “Fişer effekti”nə görə, kapital real gəlir gətirən aktivə yönəlir. Bu şəraitdə dollar saxlamaq daha aşağı gəlir deməkdir. Nəticədə əhali üçün “dollar qazandırmır” reallığı formalaşıb. Digər mühüm faktor məzənnə sabitliyidir. 2017-ci ildən bəri manat-dollar məzənnəsinin faktiki dəyişməməsi devalvasiya gözləntilərini zəiflədib. Uzunmüddətli sabitlik fonunda əhali artıq valyutanı qorxu motivi ilə almır. Valyuta bazarında təklifin tələbi üstələməsi də bu dinamikanın davamıdır. Neft gəlirlərinin bazara planlı şəkildə çıxarılması, xarici ticarət balansında müsbət saldo və bank sistemində yüksək manat likvidliyi bazarda dollar bolluğu yaradır”.

Ekspert bildirdi ki, manat gündəlik iqtisadi dövriyyədə dominant valyutaya çevrilib:

“Vergilər, kreditlər, ödənişlər və daxili alqı-satqılar manatladır. Dollar artıq iqtisadiyyatın aktiv dövriyyə vasitəsi deyil, daha çox xarici əməliyyatlarda istifadə olunan alətə çevrilib. Bu da dolların “anbarda saxlanılan sərmayə” funksiyasını zəiflədir. Cari əməliyyatlar balansının müsbət olması, fiskal qaydaların işləməsi və dollarlaşma səviyyəsinin azalması prosesin təsadüfi deyil, struktur xarakter daşıdığını göstərir”.

İqtisadçı-ekspert Gündüz Camalzadənin fikrincə, Mərkəzi Bankın son açıqlaması valyuta bazarında davranış dəyişikliyinə işarə edir. Müşahidə olunan dinamikanın arxasında iqtisadiyyatdakı struktur dəyişikliklər dayanır. Son illər qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatın diversifikasiyası neft gəlirlərindən asılılığı nisbətən azaldıb. Qeyri-neft sahələrində istehsal və ixracın artması daha sabit valyuta axını formalaşdırır. Bu isə daxili bazarda dollar qıtlığı riskini minimuma endirir, manatın mövqeyini gücləndirir və əhalinin xarici valyutanı ehtiyat məqsədilə toplamaq motivini zəiflədir:

“Dollar tələbinin azalmasının digər mühüm səbəbi makroiqtisadi sabitlikdir. İnflyasiyanın hədəf diapazonda saxlanılması və məzənnənin uzun müddətdir stabil qalması gözləntiləri dəyişib. Əhali artıq manatı qısamüddətli riskdən qorunma aləti kimi deyil, dəyər saxlayan vasitə kimi qəbul etməyə başlayır”.

G.Camalzadə bildirir ki, Mərkəzi Bankın yanaşmasına görə, məzənnə sabitliyi inflyasiyanın əsas lövbəridir:

“Güclü xarici ehtiyatlar və cari əməliyyatlar hesabında gözlənilən profisit valyuta bazarında tarazlığı qoruyur. Təklifin tələbi üstələməsi devalvasiya təzyiqini azaldır və ehtiyatların artırılmasına imkan yaradır. Klassik iqtisadi modelə əsasən, valyuta bolluğu milli pul vahidinin möhkəmlənməsi və ya ən azı sabit qalması üçün zəmin formalaşdırır. Xarici ticarət balansının profisitli olması da mühüm faktordur. İxracın idxalı üstələməsi ölkəyə əlavə valyuta daxilolmaları yaradır və məzənnə üzərində spekulyativ təzyiqləri zəiflədir. Bu vəziyyət pul siyasətinin daha çevik aparılmasına imkan verir. Xarici şoklar baş vermədiyi təqdirdə, müşahidə olunan proses müvəqqəti epizod deyil, struktur meyl kimi dəyərləndirilə bilər”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, son dövrlər manatla həm əmanətlərin, həm də alışların artması əhalinin dollara marağının azalması kimi şərh olunmamalıdır:

“Bu proses daha çox son illər aparılan pul siyasəti və maliyyə tənzimləmələrinin nəticəsi kimi qiymətləndirilir. Xüsusilə nağdlaşmaya tətbiq edilən məhdudiyyətlər iri həcmdə vəsaitlərin nağdsız hesablarda saxlanmasına səbəb olub. Nağdsız dövriyyədə isə əsas valyuta manatdır. Ölkə daxilində bütün alqı-satqı əməliyyatlarının milli valyuta ilə aparılması da manata olan tələbi artıran əsas amillərdəndir. İnsanlar vəsaitlərini dollarla saxlasa belə, hər hansı əməliyyat zamanı həmin vəsaiti manata çevirməyə məcbur qalırlar. Bu isə dövriyyədə manat ehtiyacını yüksəldir”.

R.Atakişiyev bildirdi ki, bu baxımdan manatlaşma prosesi yalnız psixoloji və ya davranış dəyişiklikləri ilə izah olunmur, həm də institusional və əməliyyat mexanizmlərinin nəticəsidir:

“Dollara tələbin azalması risk kimi qiymətləndirilmir. Əksinə, bu, milli valyutaya inamın formalaşmasının göstəricisi hesab olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Fevral 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri