Icma.az
close
up
RU
Manatın gələcəyi: Devalvasiya ehtimalı nə qədər realdır?

Manatın gələcəyi: Devalvasiya ehtimalı nə qədər realdır?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Vaxtaşırı Azərbaycanda iqtisadi göstəricilər və beynəlxalq bazarlardakı vəziyyət fonunda manatın dəyərinin azalacağı ilə bağlı ehtimallar gündəmə gəlir. Bu ehtimallar vətəndaşlar arasında çaşqınlıq və narahatlıq yaradır. Bəs əslində devalvasiya ehtimalı nə qədər realdır və ölkə iqtisadiyyatı buna hazırdır?

Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycanda devalvasiya yaxın üç il ərzində hökumət tərəfindən  proqnoz edilmir.

Onun sözlərinə görə, manatın dollarla münasibətləri 2029-cu il də daxil olmaqla indiki səviyyədə nəzərdə tutulub və dəyişməyəcəyi planlaşdırılır. Hökumətin proqnozu bundan ibarətdir. Ona görə də yaxın müddətdə devalvasiya kimi halların baş verməsi gözlənilmir.

Ekspert qeyd edib ki, hər şey dünya iqtisadiyyatının vəziyyətindən asılıdır:

“Xüsusilə Azərbaycanın dövlət gəlirləri enerji resurslarından asılı olduğundan, neftin dünya bazar qiymətləri böyük rol oynayır. Əgər heç bir fövqəladə vəziyyət yaranmasa, hökumətin planına uyğun olaraq, yaxın üç il ərzində manatın dollara qarşı dəyəri təxminən 1 manat 70 qəpik səviyyəsində qalacaq.

Lakin əgər neftin qiyməti ilə bağlı ciddi dəyişiklik baş verərsə, məsələn, qiymət uzun müddət üçün 50 dolların altına düşərsə, manatın dəyərinin müəyyən qədər aşağı düşməsi mümkündür. Bununla belə, hələlik belə bir vəziyyətin baş verməsi ehtimalı yüksək deyil”.

Qeyd edək ki, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri