Icma.az
close
up
RU
Dolların ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

Dolların ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xeyli müddətdir dollar qarşısında ucuzlaşan avro son günlər yenidən öz mövqeyini möhkəmləndirməyə başlayıb.

Belə ki, son günlər dünya birjalarında dolların avro qarşısında ucuzlaşması, eləcə də neftin qiymətinin aşağı düşməsi müşahidə olunur. Hazırda 1 avro 1,09 dollara satılır. Ekspertlər bunu dünyada baş verən siyasi proseslərlə izah edirlər.
 

MÖVZU İLƏ BAĞLI:
1 avro 2 manat OLACAQ?


Yaranmış vəziyyətdə görəsən dollar manat qarşısında da ucuzlaşa bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli düşünür ki, manat dollar münasibətlərindəki mövcud vəziyyət saxlanılacaq:

“Dollarla avro arasındakı münasibətlərlə manatla dollar arasında olan münasibətlər bir-birindən ciddi surətdə fərqlənir. Belə ki, dollar avro münasibətlərini onların dünya bazarındakı mövqeləri müəyyənləşdirir. Yəni onlar arasındakı münasibətləri bazar tənzimləyir. Ona görə də müxtəlif dövrlərdə avro, bəzi hallarda da dollar üstün mövqeyə malik olur.
Dollarla manatın məzənnəsini isə Azərbaycanda inzibati yolla müəyyənləşir. Azərbaycan hökuməti bunun üçün valyuta bazarına müdaxilə edir və tələb olunan valyutanı hərrac vasitəsilə banklara satır ki, manatın məzənnəsi sabit qalsın”.
Ekspert qeyd edir ki, ölkəmizdə manatın məzənnəsinin dəyişməsi hökumətin qərarına bağlı məsələdir:
“Ona görə də bunu proqnozlaşdırmaq mümkün deyil. Lakin prosesə təsir edən digər amillər də var. Məsələn, dünya bazarında neftin qiyməti uzun müddət ucuzlaşarsa, manatın dollara nisbətən məzənnəsinin sabit saxlanılması da mümkün olmayacaq. Amma hazırda belə bir təhlükə yoxdur.
Mərkəzi Bankın valyuta ehtiyatları 10 milyard dollardan çoxdur. Azərbaycanın Neft Fondunun aktivləri 60 milyard dollardan çoxdur. Ona görə də hökumətin hazırkı maliyyə siyasətini davam etdirməsi üçün münbit şərait mövcuddur. Üstəlik neftin qiyməti də dövlət büdcəsində götürülən qiymətdən az da olsa yuxarıdır, 73-76 dollar ətrafındadır. Deməli, mövcud vəziyyətdə manatla dollar arasında olan mövcud münasibətin dəyişəcəyi gözlənilmir”.
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri