İsveçrədə polis iğtişaşlar zamanı gözyaşardıcı qazdan istifadə etdi GÖRÜNTÜLƏR
Icma.az, Modern.az saytına istinadən bildirir.
İsveçrənin Sürix şəhərində sol radikal qrupların keçirdiyi etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Modern.az xarici mediaya istinadla bildirir ki, aksiya Helvetiaplatz meydanında və Langştrasse küçəsində başlayıb. Təşkilatçılar əvvəlcədən iştirakçıları əmlaka zərər vurulması ehtimalı barədə xəbərdar edib və onlara qoruyucu maskalar götürməyi tövsiyə ediblər.
Nümayiş zamanı etirazçılar binaların şüşələrini sındırıb, fasadlarına yazılar yazıblar. Bundan əlavə, zibil konteynerlərindən barrikadalar quraraq onları yandırıblar.
Zərər çəkən barlardan birinin sahibi nümayişçilərin hərəkətlərini pisləyib. Onun sözlərinə görə, etirazçılar ictimai əmlakı dağıdır və baş verənləri videoya çəkirdilər.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 01 Noyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















